Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə32/273
tarix27.10.2017
ölçüsü7,67 Mb.
#6951
1   ...   28   29   30   31   32   33   34   35   ...   273

 1996-


cı il iyulun 16-da qəbul edilmiş “Torpaq islahatı haqqında” qanunda 

əsas məqsəd azadlıq  və  sosial  ədalət prinsipləri  əsasında  torpaq  üzərində  yeni 

mülkiyy

ət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını inkişaf etdirmək, ölkənin  



iqtisadi müst

əqilliyinə, o cümlədən  ərzaq təhlükəsizliyinə  nail olmaq və  s.  idi.  

Bunun üçün torpaq üz

ərində üç – dövlət, bələdiyyə və xüsusi mülkiyyət  forması 

əyyənləşdirilmişdir. 



“Torpaq  islahatı  haqqında”    azərbaycan  respublikası  qanunundan  sonra 

“Dövl


ət  torpaq  kadastrı,  torpaqların  monitorinqi  və  yerquruluşu  haqqında”  22 

dekabr 1998-ci il tarixli, “Torpaq  icar

əsi  haqqında”  12  mart  1999-cu il tarixli, 

“Torpaq bazarı haqqında” 11 iyul 1999-cu il tarixli qanunlar qəbul olundu. 

Az

ərbaycan  Respublikasının  25  iyun  1999-cu il tarixli qanunu ilə 



“Az

ərbaycan Respublikasının Torpaq Məcəlləsi” təsdiq edilmişdir. 

Aqrar sah

ədə  islahatların  sürətləndirilməsi və  dərinləşməsi,  sahibkarlığın 

inkişafının  stimullaşdırılması  məqsədilə  2000-ci il 24 oktyabr tarixli 

“Öz


əlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatı nəticəsində ləğv olunmuş və 

işğal  altında  olan  rayonların  təsərrüfat subyektlərinin  borcları  haqqında”  qanun 

xüsusi  rol  oynamışdır.  Yeni  yaradılmış  və  özəlləşmə  ərəfəsində  olan təsərrüfat 

subyektl


ərinin  borclardan  azad  olunması  onların  inkişafına  müsbət təsir 

göst


ərmişdir. 

“Aqrar sah

ədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” 

Az

ərbaycan  Respublikası  Prezidentinin  22  mart  1999-cu il tarixli fərmanı  aqrar 



sah

ədə sahibkarlığın inkişafına böyük təkan vermişdir. 

“Dövl

ət nəzarəti sisteminin təkmilləşdirilməsi və  sahibkarlığın  inkişafı 



sah

əsində  sünü maneələrin  aradan  qaldırılması  haqqında”  Azərbaycan 

Respublikası Prezidentinin 07 yanvar 1999-cu il tarixli Fərmanı ilə bütün mərkəzi 

v

ə  yerli icra hakimiyyəti, o cümlədən hüquq-mühafizə  orqanları  tərəfindən  iş 



adamlarının  iqtisadi  fəaliyyətinə  əsassız  müdaxilə  hallarına    son  qoyuldu  və 

sahibkarlıq  fəaliyyətinin  genişləndirilməsi üçün əlverişli  şərait    formalaşdırıldı. 

Az

ərbaycan  Respublikası  Prezidentinin  9  noyabr  1999-cu il tarixli fərmanı  ilə 



“1999–2000-ci ill

ərdə  Azərbaycan  Respublikasında  aqrar  islahatların 

d

ərinləşdirilməsi və  kənd təsərrüfatında  sahibkarlığın    inkişafına  kömək 



göst

ərilməsinə dair Dövlət Proqram qəbul olundu. 

Aqrar islahatların 1995–2003-cü illəri əhatə edən birinci mərhələsində kənd 

əhalisində  torpaq və  əmlaka  sabitlik    hissi  artmış,  əhalidə  mülkiyyətçilik 

psixologiyası,  insanların  sərbəst fəaliyyətə,  yaradıcılığa  meyli  güclənmiş,  aqrar 

sektorda yeni istehsal münasib

ətləri  formalaşdırılmış,  bazar  iqtisadiyyatı 

prinsipl


ərinə uyğun bazar iqtisadiyyatı elementləri gücləndirilmiş, müasir texnika 

v

ə  texnologiyalar  şəbəkəsi  genişləndirilmiş,  məhsul vahidinə  çəkilən xərclərin 



azaldılmasına,  qənaətə  artmış,  israfçılığa qarşı  şəxsi nəzarət gücləndirilmiş,  kənd 

t

əsərrüfatında torpaq  və  əmlakdan istifadəyə  imkanlar  artmış,  iqtisadi tənəzzülün 



qa

rşısı  alınmış,  istehsalın  dinamik  inkişafına  zəmin  yaradılmış,  dünya 

standartlarına  uyğun  məhsul  istehsalı  və  daxili  bazarın  qorunması  üçün  meyllər, 

respublikanın  təbii  iqlim  şəraitinə, kənd təsərrüfatının  spesifik  xüsusiyyətlərinə, 

ad

ət və  vərdişlərinə  uyğun  ixtisaslaşmağa  meyllər  formalaşmağa  başlamış,  fərdi 




marağın  ölkənin  ümumi  marağı  ilə  əlaqələndirilməsinin təmin edilməsinə  şərait 

formalaşmış, idarəetmə funksiyaları təkmilləşdirilmişdir. 

Bu t


ədbirlərin nəticəsində  ölkənin aqrar-sənaye kompleksinin inkişafına  

keyfiyy


ətcə  və  məzmunca yeni bir təməl qoyuldu. 1995-ci ildən etibarən 

respublikada 1970 ictimai t

əsərrüfatda, həmçinin emal və  aqroservis 

əssisələrində islahat aparıldı, 3,4 milyon nəfərə və ya 872,0 min ailənin xüsusi 



mülkiyy

ətinə 1,4 milyon hektar torpaq, 830,0 min nəfərə isə əmlak payı verildi. 

Ümummilli lider Heyd

ər  Əliyevin  təşəbbüsü və  rəhbərliyi  altında  1995-ci 

ild

ən  başlayaraq  ölkəmizdə  həyata keçirilən  aqrar  islahatı  nəticəsində  869 minə 



yaxın ailə torpaq payı almış, mülkiyyətçilər yaranmışdır. Aqrar sahədə yaradılmış 

əlverişli şərait nəticəsində 842 minə qədər xırda (ailə-kəndli) təsərrüfatı, 36 dövlət 

t

əsərrüfatı  (məhdud məsuliyyətli cəmiyyət), 80-ə  yaxın  kənd təsərrüfatı  istehsal 



kooperativi, 1917 k

ənd təsərrüfatı müəssisəsi, 2593 fərdi sahibkarlar (hüquqi şəxs 

yaradanlar) v

ə  sair təsərrüfat  formaları  yaradılmışdır.  Göründüyü  kimi,  müxtəlif 

t

əşkilati-hüquqi formalı təsərrüfat subyektləri  yaranmışdır ki, bunların 97 faizini 



f

ərdi sahibkarlar, ailə kəndli təsərrüfatları təşkil edir. 

2011-ci ild

ə  istehsal  olunan  4525,2  milyon  manatlıq  kənd təsərrüfatının 

ümumi m

əhsulunun 236,0 milyon manatı (5 faizi) kənd təsərrüfatı müəssisələrində, 



qalan  4289,2  milyon  manatı  isə  (95 faizi) fərdi sahibkarlar, ailə-kəndli, ev 

t

əsərrüfatları və sair tərəfindən istehsal olunmuşdur. 



Hazırda ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının demək olar ki, 

99,7 faizi h

əmin təsərrüfatların payına düşür. Kiçik və orta ölçülü təsərrüfatlarda 

ümumi t


əsərrüfatların torpaqlarının təqribən 80 faizə qədəri cəmləşmişdir. 

Aparılan təhlillər göstərir ki, orta hesabla sahibkar təsərrüfatına 16,0 hektar 

k

ənd təsərrüfatına yararlı torpaq sahəsi və 11,1 hektar əkin yeri, kənd təsərrüfatı 



əssisələrinə  əkin yeri 46,8 hektar və  95,9 hektar kənd təsərrüfatına  yararlı 

torpaq  sah

əsi  düşür.  Ailə-kəndli təsərrüfatlarına  orta  hesabla  respublika  üzrə  1,6 

hektar, b

əzi rayonlarda məsələn, Lənkəran rayonu üzrə  bu göstərici 0,43 hektar, 

Astara rayonu üzr

ə 0,51 hektar, Tovuz rayonu üzrə 0,54 hektar. Naxçıvan  Muxtar 

Respublikası üzrə 0,61 hektar, Balakən rayonu üzrə 0,70 hektar, Abşeron rayonu 

üzr


ə  0,71  hektar,  Masallı  rayonu  üzrə  0,91 hektar torpaq sahəsi  düşür.  Torpaq 

sah


əsinin kiçik olması aqrotexniki işlərin aparılması və mütərəqqi texnologiyaların 

t

ətbiqinə imkan vermir, istehsalın intensivləşdirmə səviyyəsi və məhsuldarlıq aşağı 



düşür, bu da kənd təsərrüfatının davamlı inkişafını ləngidir. 

K

ənd təsərrüfatı bitkilərinin cəmi 1608,2 min hektarı, əkin sahəsinin 1521,5 



min  hektarı  və  ya 95 faizi fərdi sahibkarlar, ailə  kəndli və  ev təsərrüfatları 

t

ərəfindən  əkilmişdir.  Həmin təsərrüfat  formaları  1521,5  hektarın  903,8  min 



hektarında  və  ya 59,0 faizində  dənli bitkilər  əkmişdir.  Bundan,  39,1  min  hektar 

pambıq (2,4 faizi), 1,4 min hektarı tütün (0,08 faizi), 64,9 min hektar kartof (4,03 

faizi), 78,9 min hektar t

ərəvəz (4,9 faizi), 32,8 min hektarı (2,03 faizi) bostan, 6,1 

min  hektarı  şəkər  çuğunduru  (0,37  faizi),  9,9  min  hektarı    dən üçün günəbaxan 

(0,61  faizi),  37,2  min  hektarı  (2,3  faizi)  yem  bitkiləri bu təsərrüfatların  payına 

düşür. 



Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə