Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə42/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   38   39   40   41   42   43   44   45   ...   56

130
Əhməd Sami Elaydi
da toxunulmuşdur. Məsələn, son illərdə bir sıra maraqlı 
yazıları ilə diqqəti cəlb edən, istedadlı yazıçı S. Ağayevin 
«Tənhalığın qaydaları» romanında Sovet İttifaqının dağıl-
ması  nəticəsində
 müasir Rusiyada dərhal immiqranta çev-
rilən sovet vətəndaşlarının həyatından bəhs edilir. Romanda 
yaşı qırxı haqlayan, kifayət qədər var-dövlət yiyəsi olsa da, 
zərurət ucbatından Moskvada biznes aləminə düşən, acılar 
öz yerində, ölümlə üzləşən, ailə qurmağa macal tapmayan
qürbətə – qəribçiliyə  məhkum iş adamı  İslam Qarayevin 
ömür yolu fonunda qürbətin və tənhalığın gətirdiyi sarsıntı-
lar qələmə alınmışdır. 
Elçin Hüseynbəylinin «Yovşan qağayılar» romanında Azər-
baycan folklorunun mühüm incilərindən olan nağıllardan mə-
harətlə yararlanılmışdır. Buna misal olaraq «Nəhlət daşı» və 
«Üç qardaş» nağıllarını göstərmək olar. Yazıçı «Nəhlət daşı» 
nağılından yaradıcı  şəkildə  bəhrələnmişdir: «Nəhlət daşının 
altında  Şeytan yatır. Həmin  Şeytan iki kəndi torpaq üstündə 
bir-birilə düşmən edib. Bir kəndin adamları o biri kəndin çoba-
nını öldürüb. O biri kənd də bunun əvəzini çıxıb. Bu qan düş-
mənçiliyinin qarşısını almaq üçün hər iki kəndin ağsaqqalları 
bir yerə toplaşıblar, həmin yeri lənətlənmiş yer sayıblar və ora 
«Nəhlət daşı» qoyublar» (59, s. 240). 
Göründüyü kimi, nağıl da romanda qaldırılmış məsələlər-
dən biri olan qisas və qan düşmənçiliyi motivlərinin tənqidinə 
xidmət edir. 
Ümumiyyətlə, romanda nağıllardan yararlanma əsərin süjet 
xəttində mühüm yer tutan milli yaddaşın qaytarılması məramı-
na uyğun gəlir və problemin açılışına yardım edir. 
«Yovşan qağayılar» romanında yazıçı digər əsərlərində ol-
duğu kimi əsər boyu oxucunu keçmişə aparmağa çalışır, amma 
bu dəfə süjetin gedişatını kəsərək alleqoriya fonunda babası-
nın atı ilə müsahibəni təsvir edir: 
«Atın gözlərinin yaşı və ağzının suyu üstümü isladırdı. 


Müstəqillik dövrü Azərbaycan romanı
131
 – Mən babanın atıyam – o, sanki qulağıma pıçıldayırdı. 
İndi o danışsa da, təəccüblənməzdim. Hər nəydisə  mən onu 
eşidirdim. O təkrar edirdi:
– Mən baban Mahmudun atıyam. 
Başımla təsdiqlədim. 
At:
– Yara yeri onların yadigarıdır, – deyə mənim sığalladığım 
yara yerinə işarə ilə dedi. – Bu çoxdan olub – əlavə elədi. – 
Uzun bir yol gəldim – dərindən nəfəs aldı... » (59, s. 100-101). 
Göründüyü kimi, yazıçı Azərbaycan xalqının milli-et-
nik yaddaşı ilə bağlı müxtəlif simvollardan istifadə etmişdir. 
Xatırladaq ki, at ən qədim dövrlərdən bəri türk soylarının, o 
cümlədən, Azərbaycan xalqının həyatında böyük rol oynamış, 
ondan həm sülh, həm də döyüş zamanı istifadə olunmuşdur. 
Romanda yaddaş haqqında danışılsa da, burada müəyyən 
bir zaman kəsimi, konkret bir dövr göstərilmir ki, bu da əsərin 
özünəməxsus səciyyəvi cəhətlərindən biridir. Ümumiyyətlə, 
«Yeni nəsrin daha bir xüsusiyyəti kimi, zamansızlıq
 və zaman-
lar arasında  əlaqənin pozulmasını qeyd edə bilərik. Burada 
söhbət  ənənəvi zaman ardıcıllığının pozulmasından və «ha-
disələr hansı zaman kəsiyini əhatə edir» – sualının oxucu ixti-
yarına buraxılmasından gedir» (27, s. 15). 
Elçin Hüseynbəylinin «Yovşan qağayılar» romanında qal-
dırılan problemlər bu gün olduğu kimi, gələcəkdə də insanlığı 
düşündürən, narahat edən məsələlərdir. Məhz bu cəhət roma-
nın ictimai siqlətini, bədii tutumunu, ideya-estetik dəyərini tə-
min etməkdədir. Romanın geniş oxucu auditoriyasının diqqət 
və marağını çəkəcəyi şübhə doğurmur. 



IV FƏSİL
BƏDİİ-SƏNƏTKARLIQ 
XÜSUSİYYƏTLƏRİ


134
Əhməd Sami Elaydi
Müstəqillik dövrü Azərbaycan romanlarının bədii-estetik 
keyfi yyətlərinin üzə çıxarılması, mövcud bədii örnəklərin bu 
aspektdə  təhlilə  çəkilməsi, ayrı-ayrı müəllifl ərin fərdi yara-
dıcılıq özünəməxsusluqlarının aşkarlanması olduqca zəruri 
məsələlərdəndir. Çünki nəsrin mühüm janrlarından biri olan
«özündə bütün digər janrların daxili təcrübəsini əridərək ümu-
miləşdirən» (120,s. 100) rоmanın bədii potensialını duymaq, 
anlamaq üçün ilk növbədə yaranan əsərlərin bədii-estetik 
məqamlarına diqqət yetirilməlidir. Xatırladaq ki, müstəqil-
lik dövrü Azərbaycan romanlarına həsr olunmuş ayrı-ayrı 
məqalələrdə  və müxtəlif səpkili tədqiqatlarda həmin  əsərlə-
rin bədii-estetik yönü bu və ya digər formada təhlil obyektinə 
çevrilmişdir. Lakin bunlar yarımçıq və pərakəndə səciyyə da-
şıdığından mövcud romanlarının bədii imkanları və poetikası 
haqqında canlı təsəvvür yaradılmamışdır. Dissertasiyada çağ-
daş Azərbaycan romanlarının bədii-estetik keyfi yyətlərinin, 
özünəməxsusluqlarının müstəqil  şəkildə araşdırılması  məhz 
bu məqamdan irəli gəlir. Əlbəttə, tədqiqatın əvvəlki fəsillərin-
də Azərbaycan romanları digər problemlər işığında nəzərdən 
keçirilərkən də yeri gəldikcə, poetika məsələlərinə yer veril-
mişdir. Lakin roman janrı sənətkarlıq məsələləri müstəvisində 
təhlilə cəlb olunmadan onların bədii özəlliklərini dəyərləndir-
mək mümkün deyildir. 
Müstəqillik dövrü Azərbaycan romanlarını əvvəlki dövrlər-
dən fərqləndirən bir sıra mühüm bədii-estetik məqamlar möv-
cuddur ki, onları  səciyyələndirmədən janrın yaradıcılıq təka-
mülünü izləmək mümkün deyildir. Bu, ilk növbədə yazıçıların 
dövrün şərtlərinə uyğun mövzu seçimi, ideya axtarışları və qal-
dırılan problemin bədii həlli yolları, dil-üslub fərdiyyəti, obraz 
və xarakter yaradılışı məsələsində bədii məharət nümayiş etdir-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə