Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə39/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   35   36   37   38   39   40   41   42   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
121
dığı işığın pulunu da hər ayın başında elə bil balasının ətindən 
kəsib verirdi. Ayağı yer tutan kənddən çıxıb gedir. Kənddə yüz-
dən çox ev başlı-başına qalmışdır. Bu kəndin tarixində belə şey 
heç vaxt olmamışdı. Burada çörək almağa bir «məmməd»pul 
tapmayan adamlar ola-ola, Bakıda on milyon dollar pulu olan o 
«yüz adam» hardan tapılıb çıxmışdı? O adamlar o pulu necə qa-
zanmışdı? Düz yolla bu qədər pul qazanmaq... mümkün deyil-
dir. Əyri yolla qazanırdısa, bəs hökumət hardaydı? O adamları 
niyə tutub dama basmırdılar?» (51, s, 44). 
Qeyd etmək lazımdır ki, yalnız «Ətirşah Masan» romanında 
deyil, müstəqillik dövründə yaranan bir sıra digər romanlarda da 
cəmiyyətin maddi yönümdən təbəqələşməsi məsələsi bədii ifa-
dəsini tapmışdır. Məsələn, Sabir Əhmədlinin «Axirət sevdası» 
romanında maddi təbəqələşmə məsələsi çağdaş Azərbaycan cə-
miyyətini narahat edən əsas problemlərdən biri kimi mövzu ob-
yektinə çevrilmişdir: «Bir dəstə quldur daraşıb yeyir, yığır, xalq, 
ziyalı qalıb yaman günə. Soyhasoy, götürhagötürdür. Milyonçu, 
milyarder olublar. Əlli cür fırıldaq işlədir, ölkəni talayır, xarici 
banklara toplayırlar. Bir gün bir qəza baş versə, erməni, rus gə-
lib lap Bakını da tutsa, onlara zaval yoxdur. Qaçıb gedib dünya-
nın harasında istəsələr yaşayacaqlar» (39, s. 13-14). 
«Ətirşah Masan» romanında müəllifi n ən çox diqqət yetir-
diyi məsələlərdən biri insanların sosial problemlər üzündən 
doğma yurd yerlərini tərk edərək qürbət ölkələrə üz tutmasıdır. 
Əsərin əsas qəhrəmanlarından olan Ələddin bir zamanlar dola-
nışıq ucundan doğma kəndini tərk edərək Rusiyaya getmişdir. 
Uzun müddət orada işləyən, əlinə pul salan Ələddin nəhayət, 
doğma vətənə qayıdaraq burada məskunlaşmaq, ömrünün son 
günlərini doğma insanlar arasında keçirmək istəyir. O, gətirdi-
yi pulla ev tikməyə başlayır, lakin tikəcəyi binanı başa çatdı-
ra bilmir. Çünki kənd artıq bir zamanlar onu tərk etdiyi yurd 
yeri deyildir. Ələddin öz doğma kəndində özünü qərib kimi 
hiss edir və yenidən qürbətə getmək barədə düşünür. 
Yazıçı 


122
Əhməd Sami Elaydi
Ələddinin timsalında öz vətənində qəribə çevrilən insanların 
ümumiləşdirilmiş surətini yaratmışdır. «Əylislinin nəsrinə 
əlavə etdiyi bir xüsusiyyət də kəndə məhəbbətin kənddən qa-
çışla əvəzlənməsidir
. Safl ığın iyrənc siyasi oyunlarla, sadəliyin 
hiylə ilə, təmizliyin iyrəncliklə əvəz edildiyi kimi» (27, s. 25). 
«Ətirşah Masan» romanında müasir Azərbaycan cəmiyyə-
tini narahat edən mənəvi-əxlaqi problemlərin bir sıra aspektlə-
rinə aydınlıq gətirilmiş, həmin problemlərin sosial qaynaqları 
bədii təhlil obyektinə çevrilmişdir. 
3.2. Milli özünəqayıdış problemi 
İstiqlaliyyət dövrü Azərbaycan romanının  ən çox müraciət 
etdiyi mövzulardan biri milli özünəqayıdış problemi ilə bağlıdır. 
Bu, bəhs olunan problemin çağdaş Azərbaycan cəmiyyəti üçün 
son dərəcə mühüm aktuallıq kəsb etməsindən qaynaqlanır. 
Qeyd edək ki, milli özünəqayıdış problemi bədii nəsrin di-
gər formalarından daha çox roman janrında öz bədii ifadəsini 
tapmaqdadır. Bu da təsadüfi  deyildir. Çünki milli özünəqayı-
dış probleminin bədii təcəssümü üçün roman digər janrlardan 
daha böyük imkanlara malikdir. 
«Roman janrının inkişafı  və çiçəklənməsi realizmlə  sıx 
bağlıdır. Buna görə  də romanın problematikasını realizmdən 
ayrı  təsəvvür etmək mümkün deyildir. Realizm varlığın ob-
yektiv təsvirini tələb edir. Romanda bu tələb özünün daha dol-
ğun ifadəsini tapır» (6, s. 17). 
Müstəqillik dövrü Azərbaycan nəsrində milli özünəqayıdış 
problemi İsa Hüseynovun (Muğanna) «İsahəq, Musahəq», Elçin 
Hüseynbəylinin «Yovşan qağayılar» romanlarında əsas mövzu 
obyektinə çevrilmiş və onun bədii həllinə səy göstərilmişdir. 
Milli özünəqayıdış problemi İsa Hüseynovun (Muğanna) 
«İsahəq, Musahəq» romanında özünəməxsus  şəkildə  işlənil-


Müstəqillik dövrü Azərbaycan romanı
123
mişdir. Qeyd edək ki, adıçəkilən əsər yazıçının əvvəllər yazmış 
olduğu «Doğma və yad adamlar» romanının əsasında qələmə 
alınmışdır. 
«İsahəq, Musahəq» romanında milli özünəqayıdış problemi 
açıq publisistik səpkidə deyil, bədii müstəvidə qaldırıldığın-
dan yazıçı qarşısına qoyduğu məsələni obrazların taleyi və ha-
disələrin ümumi axarında canlandırmağa çalışmışdır. 
Bəzi tədqiqatlarda «nəsrimizin Nəsimisi» (144) (Yaqub 
Zəlimxan) kimi dəyərləndirilən  İsa Hüseynov (Muğanna) 
romanda belə bir həqiqəti təsdiq etməyə çalışır ki, öz soykö-
künü bilməyən, milli-mənəvi dəyərlərinə sahib olmayan xalq 
qloballaşan dünyada digər xalq və toplumların güclü təzyiq 
və təhdidlərinə məruz qalacaqdır. Bütün bunlar romanda şər-
ti-metaforik yazı tərzi ilə təqdim olunduğundan oxucuya qa-
ranlıq qala biləcək məqamların olması labüddür. 
«İsahəq, Musahəq» romanı həcmcə kiçik olsa da, məzmun 
və ideya yükü baxımından dərin və düşündürücü bədii sənət 
örnəyidir. Yazıçıya bələd olanların  fi kirlərinə  əsasən demək 
olar ki, burada avtobioqrafi k elementlər üstünlük təşkil edir. 
Roman müəllifi n baş qəhrəman kimi təqdim etdiyi gənc yazıçı 
Rəşidin dilindən nəql olunur. Yazıçı öncə Rəşidin uşaqlıq illə-
rinə, daha doğrusu, o illərin konkret bir parçasına nəzər salır. 
Bu parça Rəşid və onun bacılığı Nailə (Nalə) ilə ilk tanışlıq 
səhnəsidir. İlk baxışda sadə kənd həyatını əks etdirən kiçik bir 
epizod – Seyid Əlinin qızı Nailəni gətirib Rəşidin anasına tap-
şırması və müharibəyə getməsi bir qədər ağrılı olsa da, sadə 
görünür. Bu sadəlik isə  İsa Muğannanın yazılarına xas olan 
maraqlı bir keyfi yyətdir. Onun yazılarında həmişə sadədən 
başlayıb, mürəkkəbə doğru irəliləmək özünü göstərir. 
Romanda təsvir olunan hadisələr bir-birini əvəzləyir; Rəşi-
din anası rəhmətə gedir və o, bacılığı ilə Taftı nənə, İsa, Musa 
babanın yanında yaşamağa məcbur olur. Bu itki ilə barışa bil-
məyən Rəşidin yeganə təsəllisi cəfalı Nalə bacısı olur. Lakin 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə