AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
151
151
qılınc sahibi kimi, Eyvazla ağıl-kamal, mərifət və qorxmazlıq keyfiyyətləri olan sadə
bir qəssab oğlu kimi, Dəmirçioğlu ilə heç kimdən çəkinməyən, gücünə güvənən bir
nalbənd oğlu kimi tanış olur. Yəni Koroğlu dəlilərinin bioqrafiyasında fərqli
məqamlarla, bir-birinə bənzəməyən epizodlarla qarşılaşırıq və bunu tamamilə təbii
hal kimi qiymətləndiririk. Bununla yanaşı, belə hesab edirik ki, fərqli avtobioqrafik
epizodlar eposda fərqli dəli obrazlarının ortaya çıxmasına səbəb ola bilmir. Dəli
Həsən, Eyvaz, Dəmirçioğlu, Bəlli Əhməd, Kosa Səfər və s. kimi müxtəlif adlar
altında və müxtəlif bioqrafik epizodlar əsasında vahid qəhrəman tipinin təqdim
edildiyinin şahidi oluruq. Bəli, Koroğlu dəliləri kimi tanıdıqlarımız sayından və
bioqrafiyasından asılı olmayaraq, vahid obrazın ifadəsinə çevrilirlər. Vahid obrazın
ifadəsinə çevrilmək Koroğlu dəlilərini ayrı-ayrı tarixi şəxsiyyətlərə aparıb çıxaracaq
yolların qarşısını alır. «Eyvazın prototipi varmı?» sualına qayıtsaq, qeyd etməliyik
ki, Eyvaz adlı bir üsyançı həmin adda obrazın mənbəyi olduğu qədər bütövlükdə
Koroğlu dəlilərinin mənbəyidir. Bu sözləri eynilə digər dəlilər və onların
“prototip”ləri barədə də söyləmək olar. Məsələn, belə söyləmək olar ki, XVII əsr
salnaməçilərinin xatırlatdığı Həsən adlı bir üsyançı Dəli Həsən obrazının
mənbəyidirsə, deməli, Koroğlu dəlisi kimi tanıdığımız qəhrəman tipinə impuls verən
mənbələrdən biridir. Koroğlu dəlilərinin vahid qəhrəman tipini ifadə etməsi öz
analoqunu
dünya eposunda, o cümlədən «Dədə Qorqud» eposunda da tapır. Təsadüfi
deyil ki, Y.Lotman skandinav eposunda dəlini səciyyəvi bir obraz sayır (10, 41),
«Dədə Qorqud» qəhrəmanlarından danışan araşdırıcılar həmin eposdakı dəli
obrazına xüsusi diqqət yetirməli olurlar (8, 84; 9, 87; 6, 170). Aydın olur ki, Koroğlu
dəlisi dünya epos ənənəsindən, ilk növbədə isə «Dədə Qorqud» eposundan gələn
obrazdır. «Dədə Qorqud»dakı Dəli Domrul, Dəli Qarcar, Dəli Dondar, Dəli Budaq,
Dəli Uran kimdirsə, «Koroğlu»dakı Dəli Həsən, Eyvaz, Dəmirçioğlu, Bəlli Əhməd,
Kosa Səfər, Tanrıtanımaz da odur. Başqa sözlə desək, «Koroğlu»dakı dəli adlı
qəhrəman tipi «Dədə Qorqud»dakı eyni adlı qəhrəman tipinin davamıdır. Qeyri-adi
hərəkətləri ilə başqalarından seçilən, ölçü-biçi bilməyən, normalara sığmayan
dəlilərin (hətta Dəli Domrul və Dəli Qarcarın) «Dədə Qorqud»da başlıca funksiyası
Oğuz elini qorumaqdan ibarət olduğu kimi, «Koroğlu»da da onların başlıca
funksiyası vətən rəmzi olan Çənlibeli qorumaqdan ibarətdir. Belə bir funksiya
eposdakı dəli obrazını üsyankarlığı və el-oba təəssübkeşliyi ilə yaddaşlarda müəyyən
iz buraxan tarixi şəxsiyyətlərə yaxınlaşdırsa da, epos qəhrəmanı epos qəhrəmanı
olaraq qalır və onu konkret bir «prototip» çərçivəsinə sığışdırmaq mümkün olmur.
Qəhrəman və «prototip» əlaqələrinin oxşar mənzərəsini məhəbbət dastan-
larında da görürük. Oxşar mənzərə ilk növbədə baş qəhrəman və tarixi şəxsiyyət
müstəvisində özünü göstərir. Bu müstəvidə yanaşdıqda məhəbbət dastanlarının tarixi
şəxsiyyətlə səsləşən baş qəhrəmanları içərisində aşıq-aşiq obrazı diqqətimizi daha
çox cəlb edir. Təsadüfi deyil ki, bizim ən məşhur məhəbbət dastanlarımızdan olan
“Qurbani” və “Abbas-Gülgəz”in baş qəhrəmanları aşıq şerinin iki nəhəng simasının
adı ilə bağlıdır. Bir ehtimala görə, həmin dastanların ilk variantlarını Qurbani və
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com