AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
153
153
Qaynaqlar
1. Kitabi-Dədə Qorqud. - Kitabi-Dədə Qorqud Ensiklopediyası, I cild, Yeni
nəşrlər evi, Bakı, 2000
2. Koroğlu. Tərtib edəni Təhmasib M.H. Gənclik, Bakı, 1982
3. Təhmasib M.H. Azərbaycan xalq dastanları. Orta əsrlər, “Elm” nəşriyyatı,
Bakı, 1972
4. Koroğlu. X. Oğuz qəhrəmanlıq eposu, “Yurd” nəşriyyatı, Bakı, 1999
5. Cəfərov N. Azərbaycan... Azərbaycanın türkləşməsi... və Azərbaycan
xalqının təşəkkülü. - Seçilmiş əsərləri, 5 cilddə, IV cild. “Elm” nəşriyyatı, Bakı,
2007, s.36-62
6. Kazımoğlu M. “Dədə Qorqud kitabı”nda dəli obrazı. – Gülüşün arxaik
kökləri, “Elm” nəşriyyatı, Bakı, 2005, s.119-140
7. Kazımoğlu M. Xalq gülüşünün poetikası, “Elm” nəşriyyatı, Bakı, 2006
8. Bəydili C. Dəli, dəlilər. - Kitabi-Dədə Qorqud ensiklopediyası, 2 cilddə, II
cild. Yeni nəşrlər evi, Bakı, 2000, s. 84
9. Hacılı A. Mifopoetik təfəkkür fəlsəfəsi. Mütərcim nəşriyyatı, Bakı, 2002,
s.87
10. Лотман Ю.М. Семиосфера, Санкт-Петербург, Искусcтво–СПБ, 2001
11. Путилов Б.Н. Героический эпос и действительность, Наука,
Ленинград, 1988
12. Путилов Б.Н. Типология фольклорного историзма. – Типология на-
родного эпоса, Наука, Москва, стр.164-181
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
154
154
Nizami Muradoğlu,
AMEA Folklor İnstitutu, elmi işçi
nizamimurad@gmail.com
BAYATILAR VƏ TARİXİMİZ
Özət
Azərbaycan xalqının həyatı, məişəti və tarixi ilə bağlı hadisələr folklorda özünə
geniş yer tapa bilmişdir. Bu baxımdan bayatılar da təxmini hadisələrin tarixi
haqqında əsaslı məlumat mənbəyi hesab edilə bilər. Məqalədə tarixi şərait ilə bağlı
olaraq yaradılan bayatılardan söhbət açılır.
Açar sözlər: bayatı, Araz, Nuh, Qarabağ, Təbriz.
Summary
The events about life, living and history of Azerbaijan nation have taken the
important place in folklore. That is why bayaties (quatrains) can be also considered
the main information source of the history of approximate events. In the article it
said about the bayaties (quatrains) formed according to the historical condition.
Key words: bayati (quatrain), Araz, Nuh, Garabag, Tabriz
* * *
Adətən belə deyirlər: “Türklər tarix yaratdı, ancaq yazmadı”. Təbii ki, bu
ifadənin işlədilməsində müəyyən həqiqət vardır, çünki tarixin qədim tarixinin yazılı
mənbələri olduqca azdır, yaxud da kimlərinsə tərəfindən bilərəkdən məhv edilmiş-
dir. Ancaq bununla belə türk xalq təfəkküründə onun tarixi ilə bağlı çox izlər vardır
ki, bunlara şifahi xalq ədəbiyyatı nümunələrində tez – tez rast gəlmək olar. Əslində
xalq ədəbiyyatının nağıl, lətifə, dastan janrlarında nəql edilən hər bir hadisə konkret
bir zamanla əlaqədardır və həmin dövrün ictimai – siyasi mahiyyətini özündə əks
etdirir. Məqsədimiz xalq ədəbiyyatı nümunələrindən bayatılarda əks olunan tarixə
işıq tutmaq, xalqımızın tarixi ilə bağlı bəzi məqamlara aydınlıq gətirməkdən
ibarətdir. Bir məsələni qeyd etmək lazımdır ki, yaranan nümunələr həm də,
nümunənin yarandığı ərazi ilə bilavasitə bağlı olub, həmin yerin etimologiyasının
öyrənilməsində də mühüm rol oynayır. Tutaq ki, Naxçıvan MR – nın ərazisində
toplanan bayatılar, xalq ədəbiyyatının digər növləri məhz bu regionun həyatı, tarixi,
məişəti ilə daha çox bağlıdır. Məsələn, belə bir bayatı var:
Nuh adına məkan var,
Ayağından çəkən var.
Düşmən istər dağıda,
Haqqdan onu tikən var. (1,31)
Göründüyü kimi, Naxçıvan Nuh Peyğəmbərin adı ilə bağlı olması fikrini
babalarımız, nənələrimiz öz deyimlərində sabitləşdirmişlər. Bayatının hər misrasını
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
155
155
təhlil etsək, bu yurdun düşmənlərə göz dağı olduğunu görərik. Yadelli düşmənlər
həmişə bu gözəl yurdu dağıtmağa çalışmışlarsa da, amma istəklərinə nail ola bilməmiş,
bu yurd, bu torpaq ilahi qüdrətin nəticəsində daima çiçəklənmiş, inkişaf etmişdir.
Yaxud daha bir bayatıya nəzər salaq:
Burda yatan Nuhudu,
Nişanəsi çoxudu.
Kitab yazan kişilər,
Bəlkə gəldi oxudu. (1,31)
Güman etmək olar ki, bu bayatı da Naxçıvan ərazisində, Gəmiqayada tapılan
yazılı daşlar ilə bağlı olaraq deyilmişdir. Həmin ərazidə Nuhdabanı, bir qədər oradan
aralıda Nuhgədiyi kəndləri vaxtı ilə yerləşmişdi. Yazılı daşlar isə çox böyük əhəmiy-
yət kəsb edən tarix nümunələridir ki, xalqımızın genetik yaddaşının formalaşma-
sında mühüm rol oynayır. Həm də bu daşlar yer daşlarına oxşamır, ətrafdakı adi
daşlardan fərqlənir. Bu daşlar tünd qara rəngli, çox ağır olan meteorik parçalarına
bənzəyir. Bu ərazidə Nuh Peyğəmbərlə əlaqədar yaranan əfsanələr, çoxlu yer
adlarının olması, ərazidə insanların on min illər bundan öncə məskunlaşmasından
xəbər verməklə yanaşı, bu barədə yaranmış xalq ədəbiyyatı nümunələrinin də nə
qədər dərin mənaya malik olması haqqında qənaət yaradır.
Folklorun tarix ilə əlaqəsinin tarix nümunələrinə Araz haqqında deyilmiş
bayatılara da rast gəlirik. Məlum olduğu kimi, Rus imperiyasının apardığı işğalçılıq
siyasətinin nəticəsində 1813 – ci ildə Azərbaycan ölkəsi iki yerə parçalanaraq bir
hissəsi Rusiyanın, digər hissəsi İranın tabeliyinə verildi. Bu parçalanma nəticəsində
Azərbaycan dövləti müstəqilliyini itirdi, Araz boyunca çəkilən sərhəd dirəkləri bir
xalqın ikiyə bölünməsinə səbəb oldu. Elə bu zamandan başlayaraq Araz hicran çayına
çevrildi. Çoxlu bayatılarda Araza qarğış edənlər də oldu, günahsız yerə incidilən
insanlar öz nifrətini, kinini, qəzəbini Arazın sularında qərq etməyə başladılar:
Şərmisən, xeyirmisən?
Qılıncın səyirmisən.
Qolun qurusun, Araz,
Vətəni ayırmısan. (2,117)
Və ya:
Araz, Araz budumu?
Araz dolu sudumu?
Quruyasan, ay Araz,
Olasan su udumu. (3,75)
Yaxud bu hicranın səbəbkarı kimi rusların işğalçılıq siyasətini pisləyən, xalqın
mənəvi iztirablarının nəticəsi olan bayatılar da vardır.
Urus, öləsən urus,
Gözə gələsən, urus
Səni də bölən ola,.
Onda biləsən, urus. (4)
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |