AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
161
161
Pərinaz Sadıqlı,
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun doktorantı
pərinaz-sadiqli@rambler.ru
MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİNDƏKİ
ATALAR SÖZLƏRİ TARİXİ QAYNAQ KİMİ
Özət
Hər bir atalar sözü müəyyən tarixi dövrdə yaranmış və həmin tarixi dövrün
izlərini qoruyub saxlamışdır.
Məqalədə Mahmud Kaşgari “Divan”ındakı atalar sözü və məsəllərdən tarixi
qaynaq kimi istifadə edilmiş, onların əsasında türklərin çox qədimdən ovçuluq,
qoyunçuluq, maldarlıq və əkinçiliklə məşğul olduqları haqqında fikirlər söylənmişdir.
Açar sözlər: M.Kaşgari, “Divan”, atalar sözü, tarix,
qaynaq
Резюме
Каждая пословица была создана в конкретном историческом периоде и
отражает следы того же исторического периода. В данной статье пословицы и
поговорки собранные в «Диване» Махмуда Кашгари использованы в качестве
исторического источника, на их основе высказаны мысли о том, что тюркский
народ занимался с очень давних времен охотой, овцеводством, скотоводством и
земледелием.
Ключевые слова: М.Кашгари, «Диван», пословицы, история, источник
Summary
Each proverb was created in definite time and kept the same time traces. In this
article proverbs and sayings in “Divan” by M.Kashgari were used as historical
source, on the basis of them it was told that from ancient times Turks were engaged
in hunting, sheep-breeding, cattle-breeding, husbandry.
Key words: M.Kashgari, “Divan”, proverb, history, source.
* * *
Hər bir atalar sözü müəyyən tarixi dövrdə və konkret etno-mədəni mühitdə
yaranmişdir. Ona görə də hər bir atalar sözündə onun yarandığı tarixi dövrün və
mühitin, eyni zamanda onları yaradan xalqın etnopoetik təfəkkürünün, həyat
tərzinin, təsərrüfat fəaliyyətinin, milli xarakterinin aydın izləri öz ifadəsini
tapmışdır. Bu baxımdan atalar sözləri etibarlı tarixi qaynaq sayıla bilər. Mahmud
Kaşğarinin “Divanü lüğat-it-türk” əsərindəki atalar sözləri tarixi qaynaq kimi heç
vaxt tədqiqat obyekti olmamışdır. Halbuki “Divan”da türk həyat və fəaliyyətinin
bütün sahələrinə aid atalar sözlərinə rast gəlinir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com