AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
164
164
4. Dəvəçilik: Dəvə də türk xalqının təsərrüfatında mühüm əhəmiyyəti olan
heyvanlardan biridir. Ondan həm yük və nəqliyyat vasitəsi kimi istifadə edilmiş,
həm də əti və südü yeyilmişdir. Bundan başqa, dəvənin dərisindən və yunundan
müxtəlif geyimlər, məişət əşyaları və s. hazırlanmışdır.
M.Kaşğarinin “Divan”ında dəvə ilə bağlı yazıya alınmış atalar sözlərindən biri
qoyunçuluqdan danışılarkən nümunə verilmişdir. “Divan”da dəvənin obyekt kimi
seçildiyi ikinci atalar sözü belədir: “təwi yük kötürsə, kaməç yəmə kötürür- dəvə
yük götürsə, çümçəni də bərabər götürər” (3.s.111). Bu atalar sözündə birinci
növbədə, dəvənin türk xalqının təsərrüfatında tutduğu yer öz əksini tapmışdır.
İkincisi, dəvə ilə bağlı bir təcrübə ümumiləşdirilmişdir.
Əkinçilik: Türklərin təsərrüfat fəaliyyətində heyvandarlıqla əkinçilik paralel
inkişaf etdirilmişdir. Əkinçilik oturaq həyatla bağlı ən qədim təsərrüfat sahələrindən
biridir. Aparılmış arxeoloji qazıntılar nəticəsində tapılmış maddi mədəniyyət
nümunələri Azərbaycanda əkinçiliyin çox qədim tarixi olduğunu göstərir. Akademik
Teymur Bünyadov yazır ki, “Azərbaycanda ən qədim və aparıcı təsərrüfat sahəsi
taxılçılıq olmuşdur”(4.s.9). M.Kaşğarinin “Divan”ında da əkinçiliyə aid bir neçə
atalar sözü qeydə alınmışdır. Onlardan biri şərti şumda kəsməklə bağlı olub,
aşağıdakı şəkildədir: “Sabanda sandırış bolsa, örtkündə irtəş bolmas- cüt zamanı
hay-küy olsa, vəl zamanı dava-dalaş olmaz” (2,s.400). Bu atalar sözü hazırda
Azərbaycanda mənasını olduğu kimi saxlamışdır və “şərti şumda kəsək, xırmanda
yavalaşmayaq” şəklində işlənir. Həm M.Kaşğari “Divan”ına düşməyi, həm də
Azərbaycanın bütün bölgələrində işlənməyi bu atalar sözünün tarixinin çox qədim
olduğunu göstərir. Bilmək lazımdır ki, atalar sözlərinin yaranması və yaşamaq
hüququ qazanması üçün min illərlə vaxt tələb olunur, çünki onlarda ümumiləşdirilən
fikir, hökm uzun müddətli təcrübələrlə sınaqdan keçərək təsdiqini tapmalıdır.
Yuxarıdakı atalar sözündə ifadə olunan fikrin hökmləşməsi üçün
bəlkə də neçə-neçə
nəsillərin ömrünə bərabər olan zaman sınaqlarına, şəxsi müşahidələrə ehtiyac
olmuşdur. Bəlkə də şərti şumda düzgün kəsməyən əkinçilər arasında xırmanda yüz
illər, min illər boyu dava-dalaş baş vermiş, nəhayət onun nəticəsi kimi bu atalar sözü
yaranmışdır.
Dəyirman dən üyütmək üçündür, harda dəyirman varsa, orda taxılçılıq
olmuşdur. M.Kaşğari “Divan”ında dəyirman haqqında iki atalar sözü var. Onun biri
dəyirmanın harda tikilməsi haqqındadır. Sözsüz ki, burada söhbət su dəyirmanından
gedir. Su dəyirmanları isə adətən çayların kənarında tikilir və çay suyu ilə işləyir.
Ona görə dəyirman tikilməsi üçün yerin düzgün seçilməsi mühüm şərtdir. M.Kaşğari
“Divan”ındakı bir atalar sözündə deyilir: “təngsizdə təgirmən turğursa, yarağsızda
yar berir- biri yaraşmayan yerdə dəyirman tiksə, gözlənilmədən yarıq peyda olar”
(2,s.309).
Dəyirman haqqındakı ikinci atalar sözündə dəyirmanda doğulmuş siçanın göy
gurultusundan qorxmadığı öz ifadəsini tapmışdır: “təgirməndə toğmış sıçğan kök
kökrəgində korkmas- dəyirmanda doğulmuş siçan göy gurultusundan qorxmaz”
(2,s.257). “Divan”da bu atalar sözü belə izah edilir: ”Bu söz təhlükəli işlərdə bişmiş
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com