AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
149
149
Axır əcəl gəldi, yetdi hay-haray!
Çəkdiyim qovğalar bitdi hay-haray!
Tüfəng çıxdı, mərdlik getdi hay-haray!
Mənmi qocalmışam, ya zəmanəmi?
Koroğluyam, Qırat üstə gəzərdim,
Müxənnətlər başın vurub əzərdim,
Nərələr çəkərdim, səflər pozardım,
Mənmi qocalmışam, ya zəmanəmi? (2, 314)
Koroğlu tüfəngin meydana çıxdığı və bic əyyamının gəldiyi bir vaxtda bu
gündən dünənə baxmaqla, dünənin həsrətini çəkməklə mərdlərin qılınc çalıb, at
oynatdığı zamanların ucalığını diqqətə çatdırmış olur.
Epos qəhrəmanlarını konkret tarixi şəxsiyyətlərlə məhdudlaşdırmaq mümkün
olmadığı kimi, eposdakı “ol zamanı” da konkret bir zamana sığışdırmaq mümkün
deyil. Epos qəhrəmanları ideal qəhrəmanlar olduğu kimi, eposdakı “ol zaman” da
ideal zamandır. Epos ifaçısı söylədiyi əhvalatları məhz ideal qəhrəmanlarla və ideal
zamanla bağlı əhvalatlar şəklində təqdim edir. İstər tarixlə az-çox əlaqəsi olsun,
istərsə olmasın, bütün qəhrəmanlar və əhvalatlar qəhrəmanlıq eposunda epik dünya
modelinin ifadəsinə xidmət edir. Epik dünya modeli üç əsas amillə müəyyənləşir:
doğma yurd, düşmən və öz yurdu uğrunda vuruşan qəhrəman. «Dədə Qorqud»
eposunda doğma yurd Oğuz elidir, düşmən kafirlərdir, öz yurdu uğrunda vuruşan
qəhrəmanlar isə heç bir tarixi şəxsiyyətlə məhdudlaşdırılması mümkün olmayan
Qazan xanlar, Beyrəklər, Qanturalılardır. Kafirlərin sırasında Qıpçaq Məliyin də
adının çəkilməsinə əsaslanan tədqiqatçılar «Dədə Qorqud» eposunda Oğuz-Peçeneq
müharibələrinin tarixi izlərinin olması qənaətinə gəlirlər (3, 154; 5, 54). Amma istər
Oğuz-Peçeneq müharibələri, istərsə də Oğuz-gürcü toqquşmaları ilə səsləşmə «Dədə
Qorqud»da qəhrəmanlıq eposları üçün səciyyəvi olan epik dünya modelini dəyişdirə
bilmir. Yəni epik dünya modeli tarixə yox, tarix epik dünya modelinə tabe olur və
bu modelin içində mümkün ifadəsini tapır.
Epik dünyanın «Dədə Qorqud» eposunda gördüyümüz modeli oxşar şəkildə
«Koroğlu» eposunda da özünü göstərir. Oğuz elinin funksiyasını «Koroğlu»da
Çənlibel, kafirlərin funksiyasını «Koroğlu»da namərdlər-müxənnətlər, Qazan
xanların, Beyrək və Qanturalıların funksiyasını isə Koroğlu və dəliləri daşıyırlar.
«Dədə Qorqud»la müqayisədə «Koroğlu» daha sonrakı dövrlərdə yarandığına görə
tarixiliyi bu dastanda («Koroğlu»da) axtarmaq qismən asan olmalıdır. Doğrudan da,
tədqiqatçılar «Koroğlu»da tarixi hadisələrlə səsləşən çoxlu epizod və obrazlar müəy-
yənləşdirirlər.”Koroğlu”nun görkəmli tərtibçisi və tədqiqatçısı M.H.Təhmasib
nəinki
Koroğlunu, eləcə də Eyvaz, Dəmirçioğlu, Dəli Həsən, Kosa Səfər, Bəlli Əhməd,
Tanrıtanımaz və b. dəliləri, həmçinin Həsən xan, Hasan paşa, Ələmqulu xan, Bolu
bəy və b. müxənnət obrazlarını tarixi hadisə və tarixi şəxsiyyətlərlə əlaqələndirir.
M.H.Təhmasib hətta bəzi obrazların konkret prototiplərini də müəyyənləşdirməyə
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com