29
pasport kimi şəxsiyyətlərini təsdiq edən sənədləri olmur. Hətta əvvəl
olduğu ölkə müəyyən edilsə belə, o ölkə, bu şəxsləri qəbul etməyə
dərhal razılaşmır. Bu hallarda həbsdən istifadə etməməyə çalışmaq və
yalnız insan hüquqları sahəsində beynəlxalq hüquqa uyğun olan milli
qanunvericiliyə əsaslanaraq şəxsi həbs etmək lazımdır. Hər şeydən
əvvəl, həbsə olan alternativlərin tətbiq edilə bilməyəcəyi barədə dəqiq
göstərişlərin olduğu hallar istisna olmaqla, alternativləri nəzərdən
keçirmək lazımdır.
Müvafiq ölkədə olmağa icazəsi olmayan apatridlər yalnız bütün müm-
kün alternativ variantlar nəzərdən keçiriləndən sonra həbs edilə bilərlər.
həbs barədə müstəsna qərar verildiyi halda, hakimiyyət orqanları
bu həbsin əsaslı və qoyulan məqsədlərə cavab verib-vermədiyini
müəyyənləşdirməlidirlər. Həbs mütləq hesab edildiyi halda ayrı-seçkilik
olmadan və yalnız minimal müddətdə həyata keçirilməlidir. BMT QAK
müvafiq sorğuya cavab olaraq bu məsələ üzrə lazımi məsləhətlər verə
bilər.
30
Əsassız saxlanılma məsələləri üzrə İşçi Qrup.
BMT-nin İnsan Hüquqları Komissiyası 1985-ci ildən başlayaraq,
dünya ictimaiyyətinin narahatlığına səbəb olan əsassız saxlanılma
məsələsini öyrənir. Bu Komissiya, ayrı-seçkiliyin qarşısının alınması
və azlıqların müdafiəsi üzrə Alt-Komissiyaya bu problemin dəqiq
araşdırılmasını və bu təcrübənin azaldılması üzrə tövsiyələrin
hazırlanmasını tapşırmışdı. Eyni zamanda, azadlıqdan məhrum
edilmiş bütün şəxslərə zəmanətlərin verilməsi ilə əlaqədar
narahatlıq 1988-ci il dekabr ayında BMT-nin Baş Məclisi tərəfindən
Hər hansı formada saxlanma və ya həbsə məruz qalmış bütün
şəxslərin müdafiəsi Prinsiplərinin məcmusunun qəbul olunmasında
ehtiva olundu. 1990-cı ildə yuxarıda göstərilən Alt-Komissiyanın
məruzəsində göstərilən tövsiyələrin yerinə yetirilməsi məqsədi ilə,
İnsan hüquqları Komissiyası əsassız saxlanılma məsələləri üzrə
İşçi Qrup yaratmışdı. Daha sonra İşçi Qrup həbs etmə və həbsdə
saxlanılmanı tənzimləyən aşağıdakı prinsipləri işləyib hazırlamışdı:
Prinsip 1
Sərhəddə və ya qeyri-qanuni keçmə hallarında milli ərazinin
daxilində dindirilmə üçün saxlanılan sığınacaq axtaran şəxs və ya
immiqrant ən azı şifahi formada, və onun üçün başa düşülən dildə
onun sərhədi keçməsinə və ya ölkə ərazisində müvəqqəti olmasına
icazənin verilməsindən imtinanın xarakteri və səbəbləri barədə
məlumatlandırılmalıdır.
Prinsip 2
Həbsdə olarkən, sığınacaq axtaran şəxs və ya immiqrantın cəmiyyətlə
əlaqə saxlamaq hüququ olmalıdır, həmçinin, telefon, faks və elektron
poçtdan istifadə etməklə və hüquqşünasla, konsulluq nümayəndələri
və qohumlarla əlaqə saxlamaq.
Prinsip 3
Həbsdə olan sığınacaq axtaran şəxs və ya immiqrant gecikdirilmədən
məhkəmə və ya digər hakimiyyət orqanları qarşısında durmalıdır.
Prinsip 4
Həbsdə olan sığınacaq axtaran şəxs və ya immiqrant onun adı,
saxlanılma səbəbləri və saxlanılma barədə səlahiyyətli orqanın
qərarı, həmçinin, həbs edilmə və azad edilmə vaxtı olan nömrələnmiş
və tikilmiş vərəqləri olan jurnala imza atmalıdır, və ya bu şəxsə
münasibətdə prosedur zəmanətlərini təmin edən başqa vasitələr
tətbiq edilməlidir.
31
Prinsip 5
Həbsdə saxlanılan sığınacaq axtaran şəxs və ya immiqrant orada
işləyən daxili qaydalar barədə və tətbiq olunduqda onların pozulmasına
görə intizam tədbirləri barədə, həmçinin, cəmiyyətlə əlaqə saxlamaq
hüququndan məhrum edilmənin mümkünlüyü və bu tədbiri müşayiət
edən qarantiyalar barədə məlumatlandırılmalıdır.
Prinsip 6
Qərar lazımi səlahiyyətləri olan hökumət nümayəndəsi tərəfindən
qəbul edilməli və qanunla müəyyən edilmiş qanunçuluq meyarlarına
əsaslanmalıdır.
Prinsip 7
Həbsdə saxlanılmanın minimal müddəti qanunla müəyyən edilir və
saxlanılma heç bir halda müddətsiz və ya uzunmüddətli olmamalıdır.
Prinsip 8
Həbsə alma haqqında qərar yazılı surətdə sığınacaq axtaran şəxs və
ya immiqrantın başa düşdüyü dildə, görülən tədbirin əsaslandırılması
ilə verilməlidir; orada sığınacaq axtaran şəxs və ya immiqrantın
görülən tədbirin qanuniliyi barədə gecikdirilmədən qərar verməli və
müvafiq halda şəxsin azad edilməsi barədə qərar verməli məhkəmə
instansiyasına müraciət edə bilməsinin şərtləri göstərilməlidir.
Prinsip 9
Saxlanılma yeri xüsusilə bu məqsəd üçün nəzərdə tutulmuş dövlət
müəssisəsi olmalıdır. Praktiki cəhətdən bu mümkün olmadıqda
sığınacaq axtaran şəxs və ya immiqrant cinayət törətməyə görə həbs
edilən şəxslərdən ayrı saxlanılmalıdır.
Prinsip 10
BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının (BMT QAK), Beynəlxalq
Qırmızı Xaç Komitəsinin (BQXK) və müvafiq hallarda lazımi şəkildə
səlahiyyətləndirilmiş qeyri-hökumət təşkilatlarının nümayəndələrinə
həbsdə saxlanılma yerlərinə lazımi qaydada çıxış təşkil olunmalıdır.
Vətəndaşlığı olmayan şəxs kimi tanınan fərdlərin hansı hüquq və
vəzifələri var?
Statusundan və müəyyən ölkədə olmalarının xarakterindən asılı olma-
yaraq, bütün şəxslərə aid olan əsas insan hüquqları mövcuddur. On-
lara, məsələn, işgəncələrin tətbiqinin qadağan edilməsi və ayrı-seçkili-