32
yin yolverilməzliyi prinsipi daxildir. Mahiyyətcə, 1954-cü il Konvensiyası
bu müddəaların vətəndaşlığı olmayan şəxslərə “irq, din və ya yaşadığı
ölkə əlamətinə görə heç bir ayrı-seçkilik olmadan” tətbiqini təsdiqləyir
(maddə 3).
Vətəndaşlığı olmayan şəxs ərazisində olduğu ölkənin qanun və
qaydalarına riayət etməlidir (Maddə 2). Bu tələbə riayət edilməsini
nəzərə alaraq, Konvensiyanın 7(1) maddəsi vətəndaşlığı olmayan
şəxslərə təmin edilməli əsas müdafiə səviyyəsini müəyyən edir. Burada
göstərilir ki, Konvensiyanın daha üstün münasibət göstərdiyi hallar is-
tisna olmaqla “Razılığa gələn dövlət onlara adi digər əcnəbilərə olduğu
kimi münasibət göstərməlidir”
1954-cü il Konvensiyasında göstərilən hüquqların əksəriyyətinə
gəldikdə, apatridlər ən azı xaricilərin əldə etdikləri hüquq və imtiyaz-
lara çıxışı olmalıdır, xüsusilə, ödənişli iş almaq (Maddə 17, 18 və 19),
dövlət təhsili almaq (Maddə 22), yaşayış yeri (Maddə 21) və hərəkət
azadlığı (Maddə 26). Digər konkret hüquqlarla əlaqədar üzv Dövlətlərə
ərazisində qanuni yaşayan vətəndaşlığı olmayan şəxslərə vətəndaşları
üçün təmin etdiyi standartlarla müqayisə edilə biləcək müraciət
standartları ilə təmin etməlidir, xüsusilə, din azadlığı (Maddə 4), müəllif
və sənaye hüquqları (Maddə 14), məhkəməyə müraciət etmək hüququ
(Maddə 16), hökumət yardımı (Maddə 23) əmək qanunvericiliyi və so-
sial təminat (Maddə 24) sahəsində.
Apatrid sayılan insanlar şəxsiyyəti təsdiq edən sənəd və yol sənədi
ala bilərlərmi?
Konvensiya üzv Dövlətlər tərəfindən ərazisində olan qüvvədə olan yol
sənədləri olmayan bütün vətəndaşlığı olmayan şəxslərə şəxsiyyəti
təsdiq edən sənədlərin verilməsini nəzərdə tutur. 28-ci maddəyə
əsasən üzv Dövlətlər ərazisində qanuni yaşayan vətəndaşlığı olmayan
şəxslərə, milli təhlükəsizlik və ictimai asayiş məqsədləri üçün başqa şey
tələb olunmursa, yol sənədləri verməlidirlər.
Bu cür sənədin verilməsi vətəndaşlığın verilməsi demək deyil, fərdin
statusunu dəyişmir və diplomatik müdafiə hüququnu vermir.
28-ci maddənin ikinci hissəsində Dövlətlərə ərazisində yaşayan, hətta
yaşayışı qeyri-qanuni olan, bütün vətəndaşlığı olmayan şəxslərə yol
sənədlərinin verilməsini təklif edir. Konvensiyaya əsasən Dövlətlərə
ərazisində olan vətəndaşlığı olmayan o şəxslərə nəqliyyatdan istifadə
sənədlərini vermək təklif olunur ki, onlar qanuni yaşadıqları ölkədən
yol sənədlərini ala bilmirlər. Bu müddəa çox vacibdir, ona görə ki,
33
vətəndaşlığı olmayan şəxslərin çoxlarının qanuni yaşadığı ölkəsi ol-
maya bilər. Yol sənədləri bir tərəfdən vətəndaşlığı olmayan şəxslərin
eyniləşdirilməsinə səbəb olur, digər tərəfdən isə onlara müvafiq Dövlətin
ərazisinə girmək imkanını yaradır.
Yol sənədləri xüsusilə təhsil almaq, iş axtarmaq, müalicə və ya köçmək
məqsədi ilə xaricə getmək istəyən vətəndaşlığı olmayan şəxslərə va-
cibdir. Konvensiyaya Əlavəyə əsasən Razılığa gələn hər Dövlət başqa
Dövlətlər tərəfindən verilmiş nəqliyyatdan istifadə sənədlərini tanımalıdır.
BMT QAK bu cür sənədlərin verilməsinə dair texniki tövsiyələr edə
bilər.
Vətəndaşlığı olmayan şəxs kimi tanınan fərdi Dövlət ölkədən çıxara
bilərmi?
Konvensiyanın müddəalarına əsasən ölkədə qanuni yaşayan
vətəndaşlığı olmayan şəxslər bunun milli təhlükəsizlik və ictimai
asayiş məqsədlərinə görə tələb olunduğu hallar istisna olmaqla
ölkədən çıxarılmır. Ölkədən çıxarılma, milli təhlükəsizlik baxımından
başqası tələb olunduğu hallar istisna olmaqla, müvafiq hüquq prose-
duruna əsasən həyata keçirilməlidir. Buna görə vətəndaşlığı olmayan
şəxsə ittihamlara cavab verməyə, müvafiq sübutlar gətirməyə, vəkil
xidmətlərindən istifadə etmək və apelyasiya hüququnu əldə etmək üçün
imkan yaradan prosedur qarantiyaları həyata keçməlidir
Konvensiyanın yekun müddəasında göstərilir ki, ölkədən çıxarılmama
(nonrefoulement) ümumi qəbul olunmuş prinsipdir. Çıxarılmama,
şəxsin onun üçün təqib təhlükəsi olan əraziyə qaytarılmaması prin-
sipi, aydın şəkildə bir neçə beynəlxalq müqavilələr tərəfindən təsdiq
və interpretasiya edilir, bunlara BMT-nin Qaçqınların Statusuna dair
Konvensiyasının 33-cü maddəsi, İşgəncə və digər qəddar və qeyri-in-
sani rəftara qarşı Konvensiyanın 3-cü maddəsi və Mülki və siyasi hüqu-
qlara dair Beynəlxalq Paktın 7-ci maddəsi, həmçinin, insan hüquqlarına
dair bir neçə regional sənəd də daxildir.
Çıxarılmanın qadağan edilməsi beynəlxalq hüquq prinsipi sayıldığından
Konvensiyanı hazırlayanlar onu Konvensiyanın de jure vətəndaşlığı ol-
mayan şəxslərin statusunu tənzimləyən maddələrinə daxil edilməsini
artıq sayıblar.
Çıxarılma barədə yekun qərar verildikdə Konvensiya Dövlətlərə müvafiq
şəxsə başqa ölkəyə girməyə razılıq almaq üçün kifayət olan müddətin
verilməsini təklif edir.
34
Vətəndaşlığı olmayan şəxslər kimi tanınanlara hansı naturaliza-
siya növü əlçatan olmalıdır?
Konvensiyanın üzv Dövlətlərindən vətəndaşlığı olmayan şəxslərin
mümkün maksimal dərəcədə assimilyasiyasını və naturalizasiyasını
asanlaşdırmaq xahiş olunur. (Bu halda “assimilyasiya” sözü müvafiq
şəxslərin konkret mənsubiyyətini itirməsi deyil, onların ölkənin iqtisadi,
sosial və mədəni həyatına inteqrasiyası deməkdir.) Xüsusilə, onlardan
naturalizasiya prosesinin tezləşdirilməsi, mümkün olduqda rüsumların
və digər xərclərin azaldılması, üçün bütün səylərini göstərmələri xahiş
olunur.
Timor-Leste (Şərqi Timor) İndoneziyadan müstəqilliyini bəyan etdikdən
sonra İndoneziyada yaşayan Şərqi Timorda olan bütün insanlara öz
seçimləri ilə könüllü olaraq İndoneziya vətəndaşlığını saxlamaq və
ya Şərqi Timorun vətəndaşlığını əldə etmək təklif olunmuşdur. Şərqi
Timorun vətəndaşlığını əldə etdikdə onlar İndoneziyada yaşayış
hüququ olan xarici qismində qala biləcəkdilər.
Bir sıra ölkələrdə vətəndaşlıq haqqında qanunvericilik naturalizasiya
xahişi ilə müraciət edən qaçqınlar və vətəndaşlığı olmayan şəxslər
üçün ölkədə qanuni olma üçün qısaldılmış müddət nəzərdə tutur.
Daxili qanunvericilikdə Vətəndaşlıq haqqında 1997-ci il Avropa
Konvensiyasına qoşulmuş ölkənin ərazisində adi və qanuni olaraq
yaşayan xaricilərin naturalizasiyasına imkan yaradan müddəaların
olmasını təklif edən, Konvensiya daha sonra bu tövsiyəni göstərmişdir.
Bundan başqa, ECN naturalizasiya haqqında ərizə vermək üçün
tələb olunan minimal yaşayış müddətini 10 ildən artıq olmaması ilə
məhdudlaşdırır. Konvensiya, həmçinin, Dövlətlərə vətəndaşlığı olma-
yan şəxslər və qaçqınlar üçün tezləşdirilmiş naturalizasiya prosedurlarını
tətbiq etməyi tövsiyə edir.
Konvensiyanın yekun müddəasının əhəmiyyəti nədədir?
Yekun müddəa bütün Razılığa gələn Dövlətlərə, həmçinin, onlar şəxsin
vətəndaşı olduğu Dövlətin müdafiəsindən imtina etməyinin səbəblərini
mühüm saydıqda, bu cür şəxslərə Konvensiyanın apatridlərə olan
münasibətin göstərilməsi imkanına diqqətlə yanaşmalarını tövsiyə
edir. Bu tövsiyə de facto vətəndaşlığı olmayan şəxslərin maraqlarına
uyğun daxil edilmişdir. Bu şəxslərin hələ də vətəndaşlığı var, lakin onlar,
adətən, vətəndaşlıqla əlaqədar üstünlüklərdən, ilk növbədə Dövlətin
Dostları ilə paylaş: |