35
müdafiəsindən istifadə etmirlər.
Vətəndaşlığı olmayan şəxslərin ən yaxşı müdafiə yolları
hansılardır?
Vətəndaşlığı olmayan şəxslərin ən effektiv müdafiə yolu, ilk növbədə
vətəndaşsızlığı qeyri-mümkün edən qanunvericiliyin hazırlanmasıdır
(bax Fəsil 3, burada Vətəndaşsızlığın azaldılmasına dair 1961-ci il
Konvensiyası və onunla əlaqədar Dövlətin vətəndaşsızlığın azaldılması
və tam aradan qaldırılması üçün görə biləcəyi tədbirlər müzakirə edi-
lir).
Lakin, vətəndaşsızlıq problemi tam aradan qalxmayana qədər,
vətəndaşlığı olmayan şəxslər kimi tanınan fərdlərin müdafiəyə
ehtiyacı var. Vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü
il Konvensiyasına qoşulma, həmçinin, müvafiq qanunvericiliyin qəbul
edilməsi vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrinə riayət
olunmasını təmin edəcəkdir.
Yuxarıda göstərildiyi kimi, 1954-cü il Konvensiyası fərdin vətəndaşlığını
dəyişmir, eyni olaraq Dövlətlərin üzərinə qaçqın olmayan vətəndaşlığı
olmayan şəxsləri ərazisinə qəbul etməyə öhdəlik qoymur. 1954-cü il
Konvensiyasının müddəalarının tətbiqi vətəndaşlığın verilməsini əvəz
etmir. Bunun mümkün olduğu bütün hallarda, Dövlətlər ərazilərində
yaşayan vətəndaşlığı olmayan şəxslərin assimilyasiyasını və
naturalizasiyasını qanunvericiliyə və vətəndaşlıq məsələlərinə dair
təcrübəyə əsasən asanlaşdırmalıdırlar. Problemin bu cür həlli yerli inte-
qrasiya adı altında məlumdur.
2005-ci ildə Qırğızıstan və Türkmənistan hökumətləri Tacikistandan
olan çoxsaylı vətəndaşlığı olmayan qaçqınlara, onlara sığınacaq
verən ölkədə normal həyata başlaya bilmələri üçün tezləşdirilmiş
formada vətəndaşlıq almaq üçün imkan yaratmışdılar.
Bəzi müstəsna hallarda vətəndaşlığı olmayan şəxslərin hüquqi sta-
tusu onların yaşadıqları ölkədə qaydaya salına bilər. Bu cür şəxslərə
uyğun həll yolu başqa ölkəyə köçürülmə ola bilər. Baxmayaraq ki,
Dövlətlər tərəfindən tətbiq edilən köçürülmə amillərinə vətəndaşsızlıq
halları daxil deyil (köçürülmə adətən qaçqınlara münasibətdə tətbiq
edilir), BMT QAK-ın İcra Komitəsi Dövlətlərdən tətbiq etdikləri amilləri
genişləndirmək və onlara vətəndaşlığı olmayan şəxsləri daxil etməyə
çağırmışdı. İcra Komitəsinin № 95 (2003) saylı Rəyində deyilir:
36
“(İcra Komitəsi ) Dövlətlərə vətəndaşsızlıq problemlərinin həlli
sahəsində BMT QAK-la əməkdaşlıq etməyi və vətəndaşlığı ol-
mayan şəxslərin vəziyyətinin hazırda yaşadıqları ölkədə və ya
onların keçmişdə yaşadıqları hər hansı başqa ölkədə həll edilə
bilmədiyi və təhlükəli qaldığı halda köçürülmə üçün yerlərin
ayrılması imkanlarını müzakirə etməyi tövsiyə edir…”
BMT QAK vətəndaşlığı olmayan şəxslərin inteqrasiyası və köçürülməsi
məsələlərində Dövlətlərə tövsiyələr verə və köməklik edə bilər.
37
III FƏSİL
Vətəndaşsızlığın səbəblərinin aradan qaldırılması
Vətəndaşsızlıq bir çox amillərin nəticəsi ola bilər. Aşağıda
vətəndaşsızlığın bəzi əsas səbəbləri və Dövlətlər tərəfindən, xüsusilə
vətəndaşlıq haqqında qanunların təhlili zamanı, bu cür vəziyyətdən
qaçmaq məqsədi ilə atıla biləcək təcrübi addımlar müzakirə edilir.
Texniki səbəblər
Qanunlar arasında ziddiyyət
Bir Dövlətin qanunlarının digər Dövlətin qanunları arasında ziddiyyət
yarandıqda da problemlər ortaya çıxa bilər, nəticədə şəxs bu
Dövlətlərdən heç birinin vətəndaşlığını ala bilmir. Hər iki qanun lazımi
qaydada hazırlanmış ola bilər, lakin onlar birlikdə tətbiq edildikdə
problemlər yaranır. Məsələn, fərdin doğulduğu A Dövləti yalnız mənşə
əsasında (jus sanguinis) vətəndaşlıq verir, lakin fərdin valideynləri B
Dövlətinin vətəndaşıdırlar. Digər tərəfdən isə B Dövləti müstəsna olaraq
şəxslərə doğulduğu yer əsasında (jus soli) vətəndaşlıq verir, lakin fərd A
Dövlətində doğulub. Beləliklə fərd vətəndaşlığı olmayan şəxs olur.
Bu problemdən necə qaçmaq olar:
- 1930-cu il Haaqa Konvensiyasının müəyyən etdiyi kimi, hər Dövlət
– öz qanunvericiliyinə əsasən – onun vətəndaşı olan şəxsləri müəyyən
edir. Digər dövlətlər tərəfindən tanınan bu qanunvericilik vətəndaşlığa
dair beynəlxalq konvensiyalara, beynəlxalq təcrübəyə və ümumi qəbul
olunmuş hüquq prinsiplərinə uyğun olmalıdır. Beləliklə, vətəndaşlığa
aid qanunların ziddiyyətini həll etmək üçün Dövlətlər hər zaman daimi
yenilənən qanunlar toplusuna malik olmalı və onların praktiki tətbiqini
bilməlidirlər.
- Vətəndaşsızlığın azaldılmasına dair 1961-ci il Konvensiyası göstərir
ki, vətəndaşlıq aşağıdakı hallarda verilməlidir:
- Dövlətin ərazisində doğulmuş şəxslərə doğulduqda qanunun qüvvəsi
ilə;
- Dövlətin ərazisində doğulmuş şəxslərə milli qanunvericilikdə müəyyən
edilmiş qaydalara uyğun müəyyən yaş həddinə çatdıqda qanunun
qüvvəsi ilə;
38
- Dövlətin ərazisində doğulmuş şəxsin müraciəti əsasında (müraciət
aşağıda göstərilən bir və ya bir neçə şərtə uyğun ola bilər: ərizələrin
verilmə müddəti, yaşayışa dair müəyyən tələblər, cinayət məsuliyyətinə
cəlb edilmədiyi və/və ya fərdin daimi vətəndaşsızlıq vəziyyətində
olmağı);
- Doğulduqda anası Dövlətin vətəndaşı olduğu nikahda doğulmuş
uşağa;
- Mənşəyinə əsasən, fərd yaşına və ya yaşayışa dair tələblərə görə
ərazisində doğulduğu Razılığa gələn Dövlətin vətəndaşlığını ala
bilmədikdə (müraciət aşağıda göstərilən bir və ya bir neçə şərtə uyğun
ola bilər: ərizələrin verilmə müddəti, yaşayışa dair müəyyən tələblər və/
və ya fərdin daimi vətəndaşsızlıq vəziyyətində olmağı);
- Razılığa gələn Dövlətin ərazisində tapılan atılmış uşaqlara;
- Başqa ərazidə doğulmuş şəxslərə doğulduqda qanunun qüvvəsi ilə,
valideynlərindən birinin onun doğulduğu anda Razılığa gələn Dövlətin
vətəndaşı olduğu halda
- Milli qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciət vasitəsi
ilə başqa ərazidə doğulmuş şəxslərə, valideynlərindən birinin onun
doğulduğu anda Razılığa gələn Dövlətin vətəndaşı olduğu halda
(müraciət aşağıda göstərilən bir və ya bir neçə şərtə uyğun ola bilər:
ərizələrin verilmə müddəti, yaşayışa dair müəyyən tələblər, milli
təhlükəsizliklə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmədiyi və/ və ya
fərdin daimi vətəndaşsızlıq vəziyyətində olmağı);
- Bir çox Dövlətlər vətəndaşlarının əzəli məcmusunu və doğulduqda
vətəndaşlığın verilməsi qaydasını müəyyən etdikdə qanunvericiliklərində
jus soli və jus sanguinis prinsiplərini uzlaşdırırlar. İkili vətəndaşlığı
qəbul etməyən Dövlətlər müəyyən yaşa çatdıqda fərdə və ya onun
valideynlərinə bir vətəndaşlıq seçmək imkanını yaratmalıdırlar.
Vətəndaşlıqdan imtina ilə əlaqədar qanunlar arasında ziddiyyət.
Bir çox Dövlətlərin vətəndaşlıq haqqında qanunları başqa vətəndaşlığı
əldə etmədən və ya onun əldə ediləcəyi barədə zəmanət olmadan
vətəndaşlığından imtina etməyə imkan verir. Bu cür vəziyyət çox vaxt
vətəndaşsızlığa gətirib çıxarır. Bu məsələyə həsr olunmuş qanunlar
arazında ziddiyyət belə bir halda yarana bilər ki, bir Dövlət fərdin başqa
vətəndaşlıq almayana qədər vətəndaşlığından imtina etməyinə icazə
Dostları ilə paylaş: |