39
vermir, eyni zamanda isə digər Dövlət fərdə əvvəlki vətəndaşlığından
imtina etməyənə qədər öz vətəndaşlığını vermir. Bəzi hallarda fərddən,
yaşadığı Dövlətdə vətəndaşlıq almaq məqsədi ilə müraciət edə bilməsi
üçün başqa ərazidə vətəndaşlığından imtina etməyi tələb olunur. Bunun
nəticəsində, fərd təzə vətəndaşlıq alana qədər vətəndaşlığı olmayan
şəxsə çevrilir.
Bu problemdən necə qaçmaq olar:
- 1961-ci il Konvensiyasına əsasən vətəndaşlığın itirilməsi və ya ondan
imtina başqa vətəndaşlığın əvvəlcədən alınması və ya alınması barədə
zəmanətlə şərtləndirilməlidir. Naturalizasiya olunmuş şəxslər barəsində
istisnalar ola bilər, onlar tələb olunan qaydalar və müddətlər barədə
məlumatlı olduqları halda uzun illər xaricdə yaşayaraq vətəndaşlıqlarını
saxlamaq iddiasında deyillər. Bu halda naturalizasiya olunmuş şəxs
Razılığa gələn müvafiq Dövlətə verdikləri ərizə əsasında vətəndaşlıq
almış şəxsdir, və bu şəxsin ərizəsi rədd edilə də bilərdi. vətəndaşlığın
itirilməsi yalnız qanuna müvafiq olaraq və bütün prosedur qaydalarına
uyğun həyata keçirilir. Bura işə məhkəmədə və ya digər müstəqil orqan-
da ədalətli baxılması da daxildir.
- Vətəndaşlıq haqqında qanunvericilik vətəndaşın başqa vətəndaşlıq
almadan və ya bu cür vətəndaşlığın alınacağı barədə müvafiq orqan-
lardan yazılı sübut almadan vətəndaşlığından imtina edə bilməyəcəyinə
şərait yaratmalıdır.
- Bəzi Dövlətlər qanunvericiliklərinə vətəndaşlığını itirmiş və təzə
vətəndaşlıq almamış şəxslərin əvvəlki vətəndaşlıqlarını bərpa edə
biləcəyini təmin edən müddəalar daxil ediblər.
- İkili və ya çox vətəndaşlığı qəbul etməyən dövlətlərdə vətəndaşlıq
haqqında qanunvericilik təmin etməlidir ki, başqa vətəndaşlıqdan imtina
edilməsi və ya vətəndaşlığın alınması və ya saxlanılmasının ilkin şərti
olaraq itirilməsi tələbi vətəndaşlıqdan bu cür imtina və ya onun itirilməsi
mümkün olmadıqda işləməsin. Məsələn, qaçqınlardan gəldikləri ölkəyə
qayıtmaları və ya həmin ölkənin hakimiyyət orqanlarına vətəndaşlıqdan
imtina etmək üçün müraciət etmələri tələb edilməməlidir.
40
Faydalı təcrübə
: Ukrayna
1944-cü ildə 200 mindən artıq Krım tatarları faşist işğalçıları ilə
əməkdaşlıqda ittiham edilərək Krımdan SSRİ-nin müxtəlif regionlarına
deportasiya edilmişdilər. Çoxları Özbəkistan Sovet Sosialist
Respublikasına (ÖSSR) sürgün edilmişdir. İyirmi il sonra SSRİ-nin Ali
Sovetinin Rəyasət Heyətinin Sədri Krım tatarlarına qarşı ittihamların
əsassız olduğunu və tatarların Krım yarımadası daxil olmaqla SSRİ-
nin hər bir yerində məskunlaşa bildiklərini bəyan etmişdir.
Lakin Krıma qayıtmış tatarlar qeydiyyat, işə düzəlmə, yaşayış yeri
və torpağın alınması ilə əlaqədar problemlərlə üzləşdilər. 1987-
ci ildə SSRİ-nin Nazirlər Şurası Krım tatarlarının repatriasiyasını
yarımadanın daxili hissəsində yalnız 8 rayonla məhdudlaşdıran qərar
qəbul etmiş və bununla onların Krımın daha məhsuldar və inkişaf etmiş
cənub sahilində doğma yerlərinə qayıtmalarını qadağan etmişdir. İki
ildən sonra, Ali Sovet məcburi “deportasiyaya məruz qalmış xalqların
hüquqlarının məhdudlaşdırılmasının qanunazidd” olmasını bəyan
etdikdən sonra Krıma repatriantların kütləvi axını başladı.
1991-ci ilin dekabr ayında SSRİ dağıldıqdan sonra dövlətlərin
varisliyi ilə əlaqədar, ərazi sərhədlər və vətəndaşlıq daxil olmaqla
gözlənilmədən mürəkkəb siyasi və hüquqi problemlər meydana
gəldi.
Hazırda tərkibinə Krımın ərazisi daxil olan Ukrayna, Ukrayna SSR-
nın varisi oldu. Ukraynanın vətəndaşlıq haqqında birinci qanununa
(1991) əsasən keçmiş SSRİ-nin vətəndaşları olan və, Krım daxil
olmaqla, 1991-ci il 24 avqust müstəqilliyin elan edildiyi günə qədər,
Ukrayna ərazisində daimi yaşayan şəxslər avtomatik olaraq (ex lege)
mənşələrindən, sosial statusundan, irqindən, milliyyətindən, cinsindən,
təhsilindən, ana dilindən, siyasi baxışlarından və dinindən asılı
olmayaraq Ukrayna vətəndaşı oldular. Göstərilən şəxslərin avtomatik
olaraq Ukrayna vətəndaşı olmaqlarına yeganə məhdudiyyət başqa
Dövlətin vətəndaşlığının olması və ya Ukrayna vətəndaşı olmaq
istəyinin olmamağından ibarət idi. Hətta müstəqilliyin əldə edilməsi
və vətəndaşlıq haqqında yeni qanunun qüvvəyə minməsi arasında
olan müddətdə - üç ay sonra – Ukraynada qeydiyyata düşən şəxslər
də avtomatik olaraq Ukrayna vətəndaşlığını alırdılar. 150 minə yaxın
Krım tatarı qanunun bu müddəalarına əsasən Ukrayna vətəndaşlığını
aldılar.
41
Vətəndaşlıq haqqında yeni qanunun qüvvəyə minməsindən sonra
(noyabr 1991-ci il) Ukraynaya qayıtmış təqribən 108 min Krım tatarı
Ukrayna vətəndaşlığını almaqda yeni problemlərlə üzləşdilər. 28
minə qədər insan vətəndaşlıq haqqında qanunvericiliyin qüvvəyə
minməsindən əvvəl başqa ölkələrdə daimi sakin statusundan imtina
edərək de jure vətəndaşlığı olmayan şəxslərə çevrildilər. 80 min
insan daha vətəndaşlıq haqqında qanunvericilik qüvvəyə minəndən
sonra əvvəl yaşadıqları ölkədə qeydiyyatlarını saxlayaraq o ölkələrin
de jure vətəndaşları oldular. Nəticədə, Ukrayna vətəndaşlığı onlara
avtomatik olaraq verilməmişdir. Onlara Ukrayna vətəndaşlığının fərdi
naturalizasiya vasitəsi ilə təklif olunmasına baxmayaraq, Ukrayna
vətəndaşlığını almaq istəyən repatriantların çoxu bu prosedurların
ciddi tələblərinə uyğun deyildilər. Buraya Ukraynada beş il müddətində
yaşamaq, kifayət qədər gəlirin olması və Ukrayna dilini bilmək tələbi
daxildi.
Bu problemləri həll etmək məqsədi ilə BMT QAK, Avropada Təhlükə-
sizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Avropa Şurası tərəfindən
Ukrayna hökumətinə vətəndaşlıq haqqında qanuna dəyişikliklərin
edilməsi təklif edilmişdir. BMT QAK Ukrayna Pasport və Naturalizasiya
idarəsinin əməkdaşlarının tədrisini və onlara texniki dəstəyin
verilməsini təklif etmişdir, həmçinin, vətəndaşlıq məsələlərinə dair
KİV kampaniyası təşkil etmişdir. Yerli QHT-lər BMT QAK-ın rəhbərliyi
altında ərizəçilərə Ukrayna vətəndaşlığının alınmasına dair hüquqi
məsləhət verirdilər və ayrı-ayrı şəxslərə Ukrayna hökumətinə qarşı
məhkəmə işlərində nümayəndəlik edirdilər.
Vətəndaşsızlığın azaldılması və nəticədə aradan qaldırılması məqsədi
ilə Ukrayna Parlamenti BMT QAK-la məsləhətləşmələri əsasında
vətəndaşlıq haqqında qanunun qüvvədə olduğu ilk on il ərzində yeddi
dəfə qanuna əlavə və dəyişikliklər etmişdir. 1997-ci ilin may ayında
qanundan ərizəçinin dil bilməsi və gəliri barədə tələblər çıxarılmış,
əvvəllər deportasiya edilmiş şəxslərin nəvə-nəticələrinə isə onların
əcdadlarının Krımdan olmaları əsasında vətəndaşlıq almaları icazə
verilirdi. Bu müsbət dəyişikliklər nəticəsində, de jure vətəndaşlığı
olmayan şəxs olan 28 minə yaxın repatriant Ukrayna vətəndaşlığını
əldə etmişdir.
Dostları ilə paylaş: |