Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə39/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   35   36   37   38   39   40   41   42   ...   78

90 
 
 Cədvəldən  göründüyü  kimi  11  və  18  saylı  kitabxana-filiallarda 
oxucu  tərkibi,  kitab  verilişi  və  kitabxananın  fondu  digər  kitabxana-
filiallardan azdır. Çünki 18 saylı kitabxana-filial Sarıqaya yaşayış məntə-
qəsində  yerləşir və işini heç bir məktəblə qurmur, 11 saylı kitabxana isə 
Corat qəsəbəsində yerləşir və işini 7 saylı məktəb, 2 saylı uşaq bağçası ilə 
əlaqəli  qurur.  Bu  yaşayış  məntəqələrində  məktəb  az  olduğundan  və 
əhalinin  az  hissəsinin  kitabxanalara  cəlb  olunmasını  nəzərə  alaraq  iş  də 
çox zəif gedir.  
 Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” Qanununda 
bildirilir ki,  Milli  kitabxana, qanunvericilik  və  müvafiq  icra hakimiyyəti 
orqanlarının kitabxanaları, respublika əhəmiyyətli elmi sahəvi kitabxana-
lar və Bakı Dövlət Universitetinin Kitabxanası müvafiq icra hakimiyyəti 
orqanı  tərəfindən  müəyyənləşdirilmiş  qaydada  ölkədə  nəşr  edilən  çap 
məhsullarının məcburi nüsxələrini almaq hüququna malikdir ( 1, 14 ).  
 Bunu  nəzərə  alaraq  Sumqayıt  şəhər  MKS-i  hər  il  müxtəlif 
orqanlardan yeni ədəbiyyatlar alaraq öz fondunu daim zənginləşdirir.  
 2005-ci  ildə  MKS-in  622866  nüsxə  fondu  olmuşdur  ki,  bunun 
279051 nüsxəsi Azərbaycan, 343815 nüsxəsi isə digər dillərdə olmuşdur. 
Latın qrafikalı ədəbiyyat 24325 nüsxədir. Fondun 561872 nüsxəsi kitab, 
28530 nüsxəsi kitabça, 32464 nüsxəsi jurnaldır. Elm sahələri üzrə fondun 
tərkibi:  təbiət  elmləri  49577  nüsxə,  ictimai,  siyasi  ədəbiyyat  110728 
nüsxə,  texnika,  kənd  təsərrüfatı  32452  nüsxə,  incəsənət27624  nüsxə, 
filologiya, bədii ədəbiyyat 402485 nüsxə olmuşdur.  
 2005-ci  ildə  MKS-in  fonduna  15745  nüsxə  yeni  ədəbiyyat  daxil 
olmuşdur.  Bu  ədəbiyyatın  467  nüsxəsi  Respublika  Kitabxana  Kollek-
torundan,  12567  nüsxə  Prezident  Aparatından,  20  nüsxə  Mədəniyyət 
İdarəsi  tərəfindən,  430  nüsxə  M.  F.  Axundov  adına  Respublika  Milli 
Kitabxanasının  mübadilə  şöbəsindən,  1233  nüsxə  müxtəlif  təşkilatlar, 
oxucular  və  müəlliflər  tərəfindən  hədiyyə  kimi,  471  nüsxə  avtoreferat, 
537 nüsxə jurnal kimi daxil olmuşdur.  
 2006-cı  ildə  MKS  üzrə  dövri  mətbuata  mərkəzləşdirilmiş  abunə 
yazılışı həyata keçirilmiş və 25 adda qəzet, 22 adda jurnala abunə yazıl-
mışdır. Hal-hazırda MKS-ə 25 adda qəzet və 17 adda jurnal daxil olur. 
 2006-cı  ildə  MKS-in  fondu  618381  nüsxə  olmuşdur  ki,  bunun 
253873  nüsxəsi  azərbaycan,  335859  nüsxəsi  digər  dillərdədir.  Latın 
qrafikalı  ədəbiyyat  28649  nüsxədir.  Elm  sahələri  üzrə  fondun  tərkibi: 
təbiət  elmləri  48879,  texnika,  kənd  təsərrüfatı  1772,  ictimai-humanitar 
42575, iqtisadiyyat 14980, hüquq və hərbi elm 11997, elm, əhsil, təhsil, 
mədəniyyət,  incəsənət  38972,  filologiya,  bədii  ədəbiyyat  401465,  din, 
fəlsəfə,  psixologiya  3738.  məlumat  nəşrləri  12983  nüsxə  olmuşdur. 
Fondun 253873 nüsxə ədəbiyyatı kiril qrafikalı, 28649 nüsxə ədəbiyyatı 


91 
 
latın  qrafikalı  azərbaycan  dilində,  335859  nüsxə  ədəbiyyatı  isə  digər 
dillərdə olmuşdur. 
 2006-cı  il  MKS-in  fonduna  7542  nüsxə  yeni  ədəbiyyat  daxil 
olmuşdur.  Bu  ədəbiyyatın  705  nüsxəsi  Respublika  Kitabxana 
Kollektorundan,  3937  nüsxə  Prezident  Aparatından,  428  nüsxəsi  M.  F. 
Axundov  adına  Respublika  Milli  Kitabxanasının  mübadilə  şöbəsindən, 
1669 nüsxə müxtəlif təşkilatlar, oxucular və müəlliflər tərəfindən hədiyyə 
kimi, 353 nüsxə avtoreferat, 450 nüsxə jurnal kimi daxil olmuşdur.  
 2007-ci  il  MKS-in  fondu  622410  nüsxə  olmuşdur  ki,  bunun 
252760  nüsxəsi  azərbaycan,  33673  nüsxəsi  digər  dillərdədir.  Latın 
qrafikalı  ədəbiyyat  35977  nüsxədir.  Fondun  589207  nüsxəsi  kitab,  21 
nüsxəsi  kitabça,  33182  nüsxəsi  jurnaldır.  Elm  sahələri  üzrə  fondun 
tərkibi:  təbiət  elmləri  48946,  texnika,  kənd  təsərrüfatı  31705,  ictimai-
humanitar  42956,  iqtisadiyyat  14961,  hüquq  və  hərbi  elm  12123, 
incəsənət  39033,  filologiya,  bədii  ədəbiyyat  405690,  din,  fəlsəfə  13807, 
biblioqrafik vəsait 13189 nüsxə olmuşdur.  
 2007-ci  il  MKS-in  fonduna  8928  nüsxə  yeni  ədəbiyyat  daxil 
olmuşdur.  Bunlardan  7539  nüsxəsi  Azərbaycan,  1389  nüsxəsi  rus 
dilindədir.  Azərbaycan  dilində  olan  ədəbiyyat  latın  qrafikalıdir.  Daxil 
olan yeni ədəbiyyatın 884 nüsxəsi Respublika Kitabxana Kollektorundan, 
5358  nüsxə  Prezident  Aparatından,  116  nüsxə  Mədəniyyət  İdarəsi 
tərəfindən,  1460  nüsxə  M.  F.  Axundov  adına  Respublika  Milli  Kitab-
xanasının mübadilə  şöbəsindən, 156 nüsxə müxtəlif təşkilatlar, oxucular 
və  müəlliflər  tərəfindən  hədiyyə  kimi  494  nüsxə  avtoreferat,  335  nüsxə 
jurnal kimi, 125 nüsxə KAA-dan daxil olmuşdur.  
 2008-ci il MKS-in fondu 622301 nüsxə olmuşdur. Bunun 249283 
nüsxəsi  azərbaycan,  327312  nüsxəsi  digər  dillərdədir.  Latın  qrafikalı 
ədəbiyyat 45706 nüsxədir. Elm sahəsi üzrə fondun tərkibi: təbiət elmləri 
48534  nüsxə,  texnika,  kənd  təsərrüfatı  31409  nüsxə,  ictimai-humanitar 
42354 nüsxə, iqtisadiyyat 14876 nüsxə, hüquq və hərbi elm 12210 nüsxə, 
incəsənət  39064  nüsxə,  filologiya,  bədii  ədəbiyyat  404624  nüsxə,  din, 
fəlsəfsə 13889 nüsxə, biblioqrafik vəsait 15341 nüsxə olmuşdur. 2008-ci 
il MKS-in fonduna 10375 nüsxə yeni ədəbiyyat daxil olmuşdur.  
 2009-cu il MKS-in fondu 608078 nüsxə olmuşdur ki, bunu 293916 
nüsxəsi  azərbaycan,  314162  nüsxəsi  digər  dillərdədir.  Latın  qrafikalı 
ədəbiyyat  52260  nüsxədir.  Elm  sahələri  üzrə  fondun  tərkibi:  təbiət 
elmləri  47595  nüsxə,  texnika,  kənd  təsərrüfatı  30654  nüsxə,  ictimai-
humanitar  38867  nüsxə,  iqtisadiyyat  13922  nüsxə,  hüquq  və  hərbi  elm 
11011 nüsxə, incəsənət 39090 nüsxə, filologiya, bədii ədəbiyyat 399298 
nüsxə,  din,  fəlsəfə  13698  nüsxə,  biblioqrafik  vəsait  14921  nüsxə 
olmuşdur.  


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə