15
olan və müəyyən bir prinsip üzrə tərtib edilən əsərlərin siyahısıdır.
Kataloq və kartotekalar sisteminin əsas funksiyası kitabxanaların
qarşısında duran elm, təhsil, tərbiyə, mədəni-maarif, informasiya
vəzifələrinin yerinə yetirilməsini təmin etməkdir. Kataloq və kartotekalar
sistemi ədəbiyyatı təbliğ edən ən mühüm vasitədir.
Kitabxana kataloqlarının formaları cəmiyyətin maddi və ictimai
şərtlərinin məhsulu sayılır. Hər bir kataloq forması özünün yaranma və
inkişaf, həmçinin dünya kitabxanalarında geniş tətbiq edilmə tarixinə
malikdir. Cəmiyyətin inkişafının müəyyən dövrlərində kataloqların fiziki
formalarının növbələşməsi baş vermişdir. Bəzi mütəxəssislər qeyd edir
ki, kitabxana kataloqlarının yeni formalarının yaradılması və yayılması-
nın əsas səbəbi iqtisadi faktordur. Həmçinin kitabxana kataloqlarının
formalarının dəyişməsinin zəruri şərtlərindən biri həmin mərhələdə
texnologiya və texniki vasitələrin inkişaf səviyyəsi sayılır.
Son 100 il ərzində kitabxana kataloqlarının tarixi baxımdan inkişafı
onları bir neçə formalara və mövcudluq dövrünü ayırd etməyə imkan
verir:
1.
XIX əsrin sonu-XX əsrin əvvəlləri - kitab formasında çap
kataloqları
2.
1920-30-cu illər - kataloqların kartoçka formasının inkişafı
3.
1940-50-ci illər - çap kataloqlarının və maşınlayazılan
kartoçkaların fotoofsetli metodlarla hazırlanması və inkişafı
4.
1960-80-ci illər - ilk elektron kataloqların
meydana gəlməsi
5.
1990-cı illər - elektron kataloqların geniş miqyasda tətbiq
olunması
6.
XXI əsrin əvvəlləri - elektron kataloqların digər axtarış alətləri
ilə inteqrasiyası (o cümlədən internet).
Deyilənlərdən aydın olur ki, kitabxana kataloqları formasına görə
kitab şəkilli, kartoçka formasında, elektron və ya maşınlaoxunan
növlərinə ayrılır.
Kitab formasında olan kitab kataloqları fondun az-çox stabil
hissəsini əks etdirir. Ənənəvi kitabxanalarda əsasən kataloqların kartoçka
formasından istifadə olunur. O, kataloqları kitabxanaya yeni daxil olan
kitabların təsviri ilə tamamlamaq imkanı verir, bu zaman təsvirin qəbul
olunmuş yerləşmə sırası da pozulmur. Respublikamızın kitabxanalarında
da hal-hazırda ənənəvi kartoçka formalı kataloqlardan daha çox istifadə
edilir. Müasir informasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq
isə son dövrlərdə ənənəvi kataloqlarla yanaşı, elektron kataloqlar da
yaradılaraq istifadəyə verilmişdir.
Kartoçka kataloqları, yayılma səbəbləri və ilkin Ģərtləri. XIX
əsrin sonu XX əsrin əvvəllərində bütün dünya kitabxanalarında kitabxana