Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə6/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   2   3   4   5   6   7   8   9   ...   78

15 
 
olan  və  müəyyən  bir  prinsip  üzrə  tərtib  edilən  əsərlərin  siyahısıdır. 
Kataloq  və  kartotekalar  sisteminin  əsas  funksiyası  kitabxanaların 
qarşısında  duran  elm,  təhsil,  tərbiyə,  mədəni-maarif,  informasiya 
vəzifələrinin yerinə yetirilməsini təmin etməkdir. Kataloq və kartotekalar 
sistemi ədəbiyyatı təbliğ edən ən mühüm vasitədir. 
Kitabxana  kataloqlarının  formaları  cəmiyyətin  maddi  və  ictimai 
şərtlərinin  məhsulu  sayılır.  Hər  bir  kataloq  forması  özünün  yaranma  və 
inkişaf,  həmçinin  dünya  kitabxanalarında  geniş  tətbiq  edilmə  tarixinə 
malikdir. Cəmiyyətin inkişafının müəyyən dövrlərində kataloqların fiziki 
formalarının  növbələşməsi  baş  vermişdir.  Bəzi  mütəxəssislər  qeyd  edir 
ki,  kitabxana kataloqlarının  yeni  formalarının  yaradılması və  yayılması-
nın  əsas  səbəbi  iqtisadi  faktordur.  Həmçinin  kitabxana  kataloqlarının 
formalarının  dəyişməsinin  zəruri  şərtlərindən  biri  həmin  mərhələdə 
texnologiya və texniki vasitələrin inkişaf səviyyəsi sayılır.  
Son 100 il ərzində kitabxana kataloqlarının tarixi baxımdan inkişafı 
onları  bir  neçə  formalara  və  mövcudluq  dövrünü  ayırd  etməyə  imkan 
verir: 
1.
 
XIX  əsrin  sonu-XX  əsrin  əvvəlləri  -  kitab  formasında  çap 
kataloqları 
2.
 
1920-30-cu illər - kataloqların kartoçka formasının inkişafı 
3.
 
1940-50-ci  illər  -  çap  kataloqlarının  və  maşınlayazılan 
kartoçkaların fotoofsetli metodlarla hazırlanması və inkişafı 
4.
 
1960-80-ci illər - ilk elektron kataloqların meydana gəlməsi 
5.
 
1990-cı  illər  -  elektron  kataloqların  geniş  miqyasda  tətbiq 
olunması 
6.
 
XXI əsrin əvvəlləri - elektron kataloqların digər axtarış alətləri 
ilə inteqrasiyası (o cümlədən internet). 
Deyilənlərdən  aydın  olur  ki,  kitabxana  kataloqları  formasına  görə 
kitab  şəkilli,  kartoçka  formasında,  elektron  və  ya  maşınlaoxunan 
növlərinə ayrılır. 
Kitab  formasında  olan  kitab  kataloqları  fondun  az-çox  stabil 
hissəsini əks etdirir. Ənənəvi kitabxanalarda əsasən kataloqların kartoçka 
formasından  istifadə  olunur.  O,  kataloqları  kitabxanaya  yeni  daxil  olan 
kitabların  təsviri  ilə  tamamlamaq  imkanı  verir,  bu  zaman  təsvirin  qəbul 
olunmuş yerləşmə sırası da pozulmur. Respublikamızın kitabxanalarında 
da  hal-hazırda  ənənəvi  kartoçka  formalı  kataloqlardan  daha  çox  istifadə 
edilir. Müasir informasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq 
isə  son  dövrlərdə  ənənəvi  kataloqlarla  yanaşı,  elektron  kataloqlar  da 
yaradılaraq istifadəyə verilmişdir. 
Kartoçka  kataloqları,  yayılma  səbəbləri  və  ilkin  Ģərtləri.  XIX 
əsrin sonu XX əsrin əvvəllərində bütün dünya kitabxanalarında kitabxana 


16 
 
fondunu açan, ayrı-ayrı kitab və ya kitab seriyası şəklində nəşr olunmuş 
çap  kataloqları  geniş  yayılmışdır.  Bu  dövrdə  çap  məhsullarının  sayı 
artırdı  ki,  bu  da  kitabxana  fondlarının  həcminin  genişlənməsinə  səbəb 
olurdu. Böyük kitabxanaların fondlarının illik artımı il ərzində 50-75 min 
cildə  çatmışdı.  Kitabxanalar  öz  fondlarına  kitab  formalı  çap  kataloq-
larının  hazırlanması  zamanı  ciddi  maddi  və  əmək  problemləri  ilə 
üzləşmişdilər.  Kitab  formasında  çap  kataloqları  kitabxanaların  fəaliy-
yətinin dəyişən şərtlərinə uyğun gəlmirdi. Bu səbəbdən kitabxanalara ye-
ni  daxil  olan  kitabları  operativ  şəkildə  əks  etdirən  və  yüksək  xərc  tələb 
etməyən  yeni  kataloq  formasına  ehtiyac  vardı.  Bu  forma  kartoçka  kata-
loqu oldu. 
Kitabxana  praktikasında  kartoçka  kataloqunun  kütləvi  tətbiqinə 
başlanması XIX əsrin sonlarına təsadüf edir. Hərçənd kartoçka kataloqu 
qəti şəkildə xeyli sonralar tətbiq edildi. Kitabxanalarda kitab formalı çap 
kataloqlarından  kartoçka  kataloquna  hərtərəfli  keçid  XX  əsrin  20-ci 
illərində  baş  verdi.  Bu  keçid  tədrici  təkamül  yolu  ilə  deyil,  inqilabi 
şəkildə oldu və fantastik qısa müddət - bir neçə il ərzində yekunlaşdı. Bu 
cür  sıçrayışın  səbəbi  I  Dünya  müharibəsindən  sonra  dünyanın  bütün 
kitabxanalarının  ağır  iqtisadi  durumda  olması  idi.  Məhz  bu  dövrdə  bir 
sıra  ölkələrdə  (Avstiya,  Rusiya,  Almaniya,  ABŞ)  kitabxanaları 
əhəmiyyətli  xərclərdən  azad  edəcək  mərkəzləşdirilmiş  kataloqlaşdırma 
orqanlarının  yaradılması  məsələsi  müzakirə  olunurdu.  Bu  kataloqlaşdır-
ma üsulu kitabxana yazılarını əks etdirən kartoçkalardan istifadə etməklə 
daha asan təmin olundu. 
XIX  əsrdən  başlayaraq  kitabxana  kartoçkaları  həm  ölçü,  həm  də 
kitab  haqqında  məlumatların  düzülüş  ardıcıllığı  baxımından  müxtəlif 
görkəm  dəyişikliyinə  məruz  qalmışdı.  Ayrı-ayrı  kitabxanalarda  kartoç-
kaların müxtəlif forma və növləri tətbiq olunurdu. 1876-cı ildə Amerika 
Kitabxana Assosiasiyasının təsis konqresində M.Dyui tərəfindən işlənmiş 
7,5 x 12,5 sm ölçüdə standart kataloq kartoçkası forması qəbul edildi. Bu 
forma tədricən digər ölkələrə yayıldı və beynəlxalq status aldı. 
Kartoçka  kataloqu  öz  yığcamlığı  və  operativliyi  sayəsində  uzun 
illər  kitabxana  kataloqunun  əsas  və  geniş  yayılmış  forması  oldu.  Amma 
1920-ci  illərin  əvvəllərində  kitab  formalı  çap  kataloqunun  kartoçka 
kataloqu  ilə  əvəzlənməsi  birincinin  tamamilə  aradan  qaldırılması  demək 
deyildi.  Kartoçka  kataloqunun  çatışmazlıqlarını  yüngülləşdirmək  üçün 
kitabxanalar  eyni  zamanda  kitab  formalı  çap  kataloqundan  da  geniş 
istifadə  edirdilər.  Belə  ki,  1946-cı  ildə  Konqres  Kitabxanasının  kitab 
formalı çap kataloqu 167 cilddə nəşr olundu. Çap kataloqları hazırda da 
müxtəlif daşıyıcılarda buraxılır. Bununla belə, kartoçka kataloqları kitab 
formalı  çap  kataloqları  ilə  müqayisədə  daha  effektiv  olub  dövrün 



Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə