19
funksiyalarını və ya məqsədini açır, strukturunu və yaxud mövcudluq
formasını müəyyənləşdirir. 2006-cı ilə qədər nəşr edilmiş elmi ədəbiy-
yatlarda elektron kataloqa aşağıdakı tərif verilmişdir: «Elektron kataloq -
real zaman rejimində işləyib kitabxana oxucularının istifadəsinə verilən
maşınlaoxunan formada kitabxana kataloqudur». Bu təyin kataloqun
yalnız ayrı-ayrı xüsusiyyətlərini - iş rejimini və təqdimat formasını əks
etdirir.
Elektron kataloqun daha bir tərifi: «Kitabxananın elektron
kataloqu (sinonimi: kitabxananın biblioqrafik verilənlər bankı) VBİS
(verilənlər bazasını idarəetmə sistemin) kompleksində biblioqrafik və
leksikoqrafik verilənlər bazasının məcmusu və ənənəvi kitabxana kata-
loqları ilə müqayisədə tam yeni axtarış imkanlarını təmin edən tətbiqi
proqramların yığımıdır. Müxtəlif biblioqrafik və leksikoqrafik verilənlər
bazasının vahid şəkildə birləşdirilməsi keyfiyyətcə yeni anlayışa gətirib
çıxarır». Deyilən tərif elektron kataloqu struktur və əlavə axtarış
imkanları baxımından xarakterizə edir.
Elektron kataloqun yaradılmasına kitabxana texnologiyalarının
digər proseslərindən ayrıca şəkildə baxmaq olmaz. Çünki onlarsız
elektron kataloq yalnız ənənəvi kartoçka kataloqunun təkrarı olar. Hər
şeydən əvvəl bunlar aşağıda sadalanan texnoloji proseslərdir:
komplektləşdirmə (istifadəçilərin informasiya tələbatının və nəşr olunan
ədəbiyyatın təhlili), sifariş, nəzarət və mövcud daxilolmaların işlənməsi
(kataloqlaşdırma, sistemləşdirmə, fondda sənədin saxlanma yerinin
müəyyənləşdirilməsi, soraq aparatının təşkili), istifadəçilərə kitabxana və
soraq biblioqrafik xidmət, kitabxana fondları ilə əlaqəli müxtəlif
informasiya nəşrlərinin hazırlanması, kitabxana fondlarının vəziyyətinin
uçotu və nəzarəti, sənədlərin dövriyyəsinə nəzarət, kitabxanadaxili
texnoloji proseslərin təmin olunması (oxucu tələbatının formalaşdırıl-
ması, sifariş verilməsi və s.), uçot və statistikanın aparılması, sənədlərin
işlənməsi və xidmət texnoloji proseslərinə nəzarət.
«Elektron kataloq» anlayışını formalaşdırmaq üçün onun
strukturunu məzmun və fəaliyyət baxımından təyin etmək lazımdır.
Kataloqun ümumi strukturu ilk növbədə ayrı-ayrı yazıların daxili
strukturu ilə təyin olunur. Elektron kataloqun əsasını maşınlaoxunan
biblioqrafik yazıların massivi təşkil edir. Bu biblioqrafik yazılar ənənəvi
kataloqda olduğu kimi üç hissədən ibarətdir: 1.Biblioqrafik təsvir;
2.Axtarış
nöqtələri; 3.Nüsxələr və yerləşmə haqqında məlumat.
Elektron kataloqa sənəd bütün zəruri əlamətlər (hətta onlar yüzlərlə
olsa belə) qeyd edilməklə bir dəfə daxil edilir. Lakin bu əlamətlərin hər
biri üzrə axtarış aparmaq olar. Əgər kartoçka kataloqunda biraspektli,
yəni yalnız bir əlamət (müəllif və ya hər hansı mövzu) üzrə axtarış
20
aparılması mümkündürsə, elektron kataloq çoxaspektli sistemdir. Sənəd
kompüterə bir dəfə daxil edilir və müxtəlif əlamətlər (müəllif, sərlövhə,
açar söz, seriyanın adı və s.) üzrə axtarış aparılaraq ondan dəfələrlə
istifadə edilir.
Kartoçka, elektron və ya kitab kataloquna müraciət edilməsindən
asılı olmayaraq, onlar fondun məzmununu tam aça, qiymətli ədəbiyyatın
seçilməsinə və ədəbiyyat axtarışına yardım edirlər. Qeyd etmək lazımdır
ki, kataloqlar yeni maraqların və sorğuların
meydana gəlməsinə təsir edir,
biliklər sistemi haqqında təsəvvürləri genişləndirir, diqqəti məzmunca
daha geniş ədəbiyyat dairəsinə cəlb edir.
ƏDƏBĠYYAT
1.
Вершинин,М.И. Электронный каталог: проблемы и решения.-
СПБ, 2006.-235 с
2.
Минеяров,З.М. Электронный каталог – особая поисковая
среда // Науч. и техн. б-ки, 2005.- № 7.- с. 67-72
3.
Пищальников,С.А. Эволюция библиотечных каталогов: (фор-
мы, развитие, состояние, перспективы), Ленинград, 1992.- 200 с.
4.
Селиванова,Ю.Г. Электронный каталог: формирование и
поиск // Библ. дело.- 2004.- № 8 (20).- с. 20-21
5.
Briant,P. The library catalogue: current state a future trends/
Libr. and inform. science, 1990.- № 28.- p. 11-20
С.ХАЛАФОВА
ФОРМЫ РАЗВИТИЯ БИБЛИОТЕЧНЫХ КАТАЛОГОВ
РЕЗЮМЕ
В публикации проанализированы формы и время развития
библиотечных каталогов и нынешнее состояние, дана информация о
создании и развитии наиболее часто используемых сегодня
традиционных карточных и электронных каталогов.
S.KHALAFOVA
DEVELOPMENT FORMS OF LIBRARY CATALOGS
SUMMARY
The article reflects explanation of development forms
and existence
period of library catalogs from viewpoint of the history, information on
creation and development of currently used at libraries – traditional card
catalogs
and e-catalogs
21
Yusif QAZIYEV
276 saylı orta məktəbin müəllimi,
əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru
NATAMAM ORTA VƏ ORTA MƏKTƏBLƏRĠN
KĠTABXANALARI
(
Azərbaycanda məktəb kitabxanalarının inkiĢaf tarixindən)
Açar sözlər: kitabxana, Azərbaycan, xidmət, məktəb kitabxanası,
cəmiyyət.
Ключевые слова: библиотека, Азербайджан, служба, школьная
библиотека, общество.
Key words: library, Azerbaijan, service, school library, community.
1864-cü il Nizamnaməsinə əsasən XIX əsrin 60-cı illərindən
başlayaraq Azərbaycanda natamam orta və orta məktəblər açılıb və
onların nəzdində əsaslı və şagird kitabxanaları təşkil edilirdi. Sonra isə
uzaq şəhər və kəndlərdən gəlmiş şagirdlərin dərslərinə yaxşı hazırlaş-
malarına kömək etmək məqsədi ilə məktəblərin nəzdində pansion
kitabxanaları, kasıb şagirdlər üçün dərsliklər və kitab anbarı, sinif rəhbər-
lərinin təşəbbüsü ilə kiçik sinif kitabxanaları da təşkil edilirdi (1).
1 sentyabr 1865-ci ildə ilk dəfə Bakıda 4 sinifli ali məktəbin
əsasında təşkil edilmiş Bakı realnı progimnaziyası bu tip məktəblərdən
idi (2). 1865-ci ildə onun əsaslı kitabxanasında 583 adda, 1325 nüsxə
kitab, pansion kitabxanasında 2 qlobus, Korablevin bir dənə Rusiya
xəritəsi, Sidovun xəritələri, şagird kitabxanasında müxtəlif kitablar (sayı
məlum deyildir), 2 böyük qlobus, Sidovun coğrafiya xəritələrindən bir
nüsxə, 1 nüsxə ibtidai oxunun tədrisi üçün səyyar əlifba vardır (3). 1868-
ci ildə isə progimnaziyanın əsaslı kitabxanasında 746 adda, şagird
kitabxanasında 212 manat 27 qəpik dəyərində 99 adda kitab vardır.
Şagird kitabxanasında olan kitablardan 6-sı əsaslı kitabxanadan gətirilmiş,
19-u direktor və müəllimlər tərəfindən, 12-i progimnaziyanın pansionçu
şagirdləri tərəfindən verilmiş tamaşalardan əldə edilmiş pulun hesabına,
2-i pansionun yetirmələrdən birinin hesabına, 36-ı tədris vəsaitlərinin
hesabına, qalanları 4 sinifli ali məktəbinin şagird kitabxanasından əldə
edilmişdir (4).
Bakı realnı məktəbinin əsaslı kitabxanası başqa məktəblərə nisbə-
tən zəngin idi. Bununla bərabər kitabxananın hər il əldə etdiyi kitabların
sayı QTD-nin (Qafqaz Tədris dairəsi) başqa məktəb kitabxanalarından
üstünlük təşkil edirdi. Ancaq şagird kitabxanasında sinifdənxaric mütaliə