132
ibarətdir. Dağlıq Şirvan iqtisadi rayonu ölkə kitabxana resurslarının
4,9%-ni təşkil edir. İqtisadi rayonda 419 kitabxana resursu fəaliyyət
göstərir. Bunlardan 366-ı və ya 87,4%-i kənd yaşayış mərkəzlərində
yerləşmişdir ki, bu da ölkə kitabxana resurslarının 5,9%-ni təşkil edir.
İqtisadi rayon üzrə kitabxanalar inzibati rayonlar baxımından aşağıdakı
kimi yerləşmişdir: İsmayıllı rayonunda 126, Şamaxı rayonunda 122,
Ağsu rayonunda 119, Qobustan rayonunda 52 kitabxana.Təhlillər
göstərir
ki, bəhs edilən regionda kitabxana resursları kənd yaşayış məntəqələrində
daha çox yerləşmişdir. Belə ki, bu rəqəm Ağsu rayonunda 91,6%,
İsmayıllı rayonunda 88,9%, Qobustan rayonunda 96,5, Şamaxı
rayonunda isə 82% təşkil edir. İqtisadi rayonda fəaliyyət göstərən
kitabxanaların 43,7%-i Mədəniyyət və Turizm Nazirliyinin, 53,4%-i
Təhsil Nazirliyinin payına düşür. İqtisadi rayonda 1 ali məktəb, 2 orta-
ixtisas təhsil məktəbi, 2 peşə litseyi, 4 musiqi məktəbi kitabxanaları
fəaliyyət göstərir. İqtisadi rayonun informasiya resursları ölkə kitabxana-
informasiya resurslarının 2,3%-ni təşkil edir və 2,6 milyon nüsxəyə
yaxındır. Bu resursların 98,8%-ni kitablar, 196-nı elektron informasiya
daşıyıcıları, 0,3%-ni jurnallar, 0,4%-ni qəzetlər, 11711 nüsxəni (0,5%)
isə digər informasiya daşıyıcıları təşkil edir. İnformasiya resursunun
69,1%-i kənd yaşayış məntəqələrində toplanmışdır. Regionun rayonları
üzrə kitabxanaların informasiya resursları aşağıdakı kıimi yerləşmişdir:
İsmayıllı rayonunda 811891 nüsxə, Şamaxı rayonunda 748761 nüsxə,
Ağsu rayonunda 634603 nüsxə, Qobustan rayonunda 359508 nüsxə.
İsmayıllı və Qobustan rayon kitabxanalarında qəzet, jurnal və digər
informasiya daşıyıcıları ümumi resursun 1,3%-ini təşkil edir ki, bu da
Şamaxı, Ağsu rayonlarına nisbətən yüksək göstəricidir. Kitabxanaların
informasiya resurslarının kənd yaşayış məntəqələri üzrə bölgüsü
aşağıdakı kimidir: Ağsu rayonu üzrə 64,7%, Şamaxı rayonu üzrə 69,9%,
İsmayıllı rayonu üzrə 69,9%, Qobustan rayonu üzrə 75,6%. İqtisadi
rayonda 292 kitabxana mütəxəssisi fəaliyyət göstərir. Onlardan 2,7%-i ali
ixtisas təhsilli, 5,1%-i ali qeyri-ixtisas təhsilli, 19,9%-i orta- ixtisas
təhsilli, 18,2%-i orta qeyri- ixtisas təhsilli, 54,1%-i isə ümumi orta
təhsilli kadrlardan ibarətdir. Bu iqtisadi rayon kitabxanaçı-biblioqraf
kadrlarla təminat səviyyəsinə görə də fərqlənir. Iqtisadi rayonun şəhər,
qəsəbə və kəndlərində 338 kitabxana mütəxəssisi cəmləşmişdir
. Bu
işçilərin cəmi 11 nəfər ali ixtisas təhsilli (3,3%), 22 nəfəri
ali qeyri-ixtisas
təhsilli (6,5%),69 nəfəri (20,4%) orta ixtisas təhsilli, 64 nəfəri (18,9%)
qeyri-ixtisas orta təhsilli, 172 nəfəri (50,9%) isə ümumi orta təhsilli
kadrlardan
ibarətdir.
Regionun
kənd
kitabxanalarında çalışan
mütəxəssislər Ağsu rayonu üzrə 73 nəfər, İsmayıllı rayonu üzrə 86 nəfər,
Qobustan rayonu üzrə 54 nəfər, Şamaxı rayonu üzrə 79 nəfər olmaqla,