150
müstəqilliyinin bərpasından sonra Azərbaycanda sosial-iqtisadi inkişafın
ümumi icmalı verilir.
“Sənaye” adlanan ikinci bölmə dövlət müstəqilliyinin bərpasından
sonra Azərbaycanda sənayenin müxtəlif sahələrinin inkişafı sahəsində
qazanılmış uğurlardan,
“Kənd təsərrüfatı” adlanan
üçüncü bölmə dövlət
müstəqilliyinin bərpasından sonra Azərbaycanda kənd təsərrüfatının
nailiyyətlərindən,
“Neft strategiyası” adlanan dördüncü bölmə müstəqil
Azərbaycanın sosial-iqtisadi dirçəlişində mühüm əhəmiyyətə malik neft
sənayesinin inkişafı sahəsində siyasətin həyata keçirilməsindən,
“ĠKT”
adlanan beşinci bölmə Azərbaycanda dövlət müstəqilliyinin bərpasından
sonra informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində
görülmüş işlərdən,
“Regionların sosial-iqtisadi inkiĢafı” adlanan altıncı
bölmə Azərbaycanda müstəqillik dövründə regionların sosial-iqtisadi
inkişaf üzrə hazırlanaraq həyata keçirilən işlərdən, bu istiqamətli Dövlət
Proqramlarının reallaşdırılmasından bəhs edir..
Bu hissənin nisbətən geniş əhatəli
“Sosial sahə” adlanan yeddinci
bölməsində isə müstəqillik dövründə ölkəmizdə təhsilin, elmin,
səhiyyənin, mədəniyyətin, turizmin və idmanın inkişafının ümumi
icmalını verilir. Burada həmin sahələrin hər birinə ayrıca altbölmə həsr
edilmişdir.
Azərbaycanın müstəqilliyi ilə bağlı araşdırma aparan tədqiqatçıları,
mətbuat nümayəndələrini, eləcə də, bu mövzu ilə maraqlanan geniş
oxucu kütləsini bu məsələ ilə bağlı rəsmi sənədlər çox maraqlandırır.
Layihənin belə mənbələrin toplandığı dördüncü hissəsi “
Sənədlər”
adlanır. Bu hissə dörd bölmədən ibarətdir. Birincidə Azərbaycan
Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan
Respublikası Ali Sovetinin 30 avqust 1991-cu il tarixli Bəyannaməsinin,
ikincidə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında 18
oktyabr 1991-ci il tarixli Konstitusiya Aktının, üçüncüdə 12 noyabr
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Kons-
titusiyasının,
“Digər sənədlər” adlı sonuncu bölmədə isə 1990 -2008-ci
illərdə qəbul edilmiş bir sıra qanunların mətnləri verilmişdir. Sonuncu
bölmənin ingilis versiyası yoxdur
Layihənin beşinci hissəsi
“Müstəqilliyin ildönümünə dair
materiallar” adlanır. Bu hissə iki bölmədən ibarətdir.
“Nitqlər, çıxıĢlar,
müraciətlər, fərman və sərəncamlar” adlanan birinci bölmə ayrı-ayrı
illərdə dövlət müstəqilliyinin bərpasının ildönümü tarixləri ilə əlaqədar
keçirilən tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin söylədikləri nitqlər, çıxışlar, təbriklər, bu məsələ ilə
əlaqədar imzaladıqları fərman və sərəncamlar öz əksini tapmışdır.