140
tarixli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı
nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il
27 dekabr tarixli sərəncamları xüsusi əhəmiyyət daşıyır. Belə ki,
kitabxanalarda olan ədəbiyyatın kiril qrafikasından latın qrafikasına
çevrilərək, yenidən nəşr edilib kitabxanalara pulsuz paylanması,
kitabxana fondlarından məzmunca əhəmiyyətini itirmiş və köhnəlmiş
kitabların çıxarılması da bu sərəncamın gözlənilən nəticələri arasındadır.
Kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi və
modernləşdirilməsi, kitabxana-informasiya resurslarının dünya məkanına
inteqrasiyasının təmin edilməsi, elektron informasiya fondlarının
formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi,
kompüterləşdirilmiş kitabxana infrastrukturunun qurulması, kitabxana-
ların yeni informasiya texnologiyaları ilə təmin edilməsi və. bu kimi
digər vəzifələr də kitabxanaların inkişafı üçün nəzərdə tutulmuşdur.
Kitabxana-biblioqrafiya işinin inkişafı və bu sahənin daha da
yaxşılaşdırılmasına dövlətimiz tərəfindən daim qayğı göstərilmişdir.
“Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”
Azərbaycan Respublikasının Prezidentinin 20 aprel 2007-ci il sərən-
camında deyildiyi kimi “Bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin
nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi
potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır” (4)
Azərbaycan
Respublikasında əhalinin kitabxana-informasiya
təminatının ödənilməsi, ayrı-ayrı regionlarda təşkil olunmuş kitabxana
infrastrukturunun inkişaf etmiş cəmiyyətin tələbləri səviyyəsində
modernləşdirilməsi, onların informasiya mənbələrinin elektron informa-
siya daşıyıcılarına köçürülməsi, kitabxanaların kadr potensialının
yaxşılaşdırılması, eləcə də bu inkişafın regionların sosial-iqtisadi poten-
sialına uyğun şəkildə həyata keçirilməsi və cəmiyyətin intellektual
potensialının tərkib hissəsi kimi dövlət siyasətinin aparıcı prioritetinə
çevrilməsində mühüm əhəmiyyət daşıyır.
ƏDƏBĠYYAT
1.
«Azərbaycan Respublikası regionlarının sosial- iqtisadi inkişafı
Dövlət Proqramı (2004- 2008-ci illər)».// Azərbaycan.- 2004.- 11 fevral.
2.
«Azərbaycan Respublikası regionlarının 2009- 2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı».-Bakı: Nurlar, 2009.-184s.
3.
«Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı».//Kitabxanaşünaslıq
141
və biblioqrafiya: elmi- nəzəri, metodiki və təcrübi jurnal.-2008.№ 2.-s.6-
29.
4.
«Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması
haqqında». Azərbaycan Respublikası Prezidentinin
sərəncamı.//Azərbaycan.-2007.-21 aprel. ”Azərbaycanın statistik
göstəriciləri 2009”.-Bakı.-“Səda”, 2009.-772s.
5.
«Kitabxanaların fəaliyyəti haqqında» statistik müayinənin
nəticələri barədə.
6.
Statistik bülleten. Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsi.-Bakı.-2009.-88s.
6.
Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu//
Kitabxanaşünaslıq və biblioqrafiya.1999.-N1.-S.3-16.
7.
İsmayılov.N.İ. Kitabxana-informasiya resurslarının yerləş-
məsinin nəzəri və təcrübi məsələləri // Kitabxanaşünaslıq və
biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi yurnal.- 2010.N1.-s.67-78.
И. БАЙРАМОВА
СОВРЕМЕННОЕ СОСТОЯНИЕ РАЗМЕЩЕНИЯ
БИБЛИОТЕЧНО-ИНФОРМАЦИОННЫХ РЕСУРСОВ В
РЕГИОНАХ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ
РЕЗЮМЕ
В статье анализируются современное состояние размещения
библиотечное-информационных
ресурсов в регионах Азербайд-
жанской Республики, о также проявление заботы государства в этой
области, о роле библиотек в повышение интеллектуально-
культурного развития уровня населения.
I. BAYRAMOVA
THE POSITION OF LOCATION LIBRARY-
INFORMATION RESOURSES IN REGIONS OF
AZERBAIYAN REPUBLIK
SUMMARY
In this article analyses the situation of library-information
resources
in the regions of Azerbaijan Republic. At the some trine in this specter
deals with the increasing of libraries because of development of people’s
intellectual-cultural leve lthe reflection of state’s care to it.
142
Əliyusif MƏMMƏDOV
BiblioqrafiyaĢünaslıq kafedrasının baĢ müəllimi
AZƏRBAYCAN RESPUBLĠKASI PREZĠDENTĠNĠN ĠġLƏR
ĠDARƏSĠNĠN PREZĠDENT KĠTABXANASINDA YARADILMIġ
“AZƏRBAYCAN RESPUBLĠKASI – 20” ELEKTRON SƏNƏD-
ĠNFORMASĠYA LAYĠHƏSĠNĠN QURULUġU VƏ
ĠNFORMASĠYA-AXTARIġ ĠMKANLARI
Açar sözlər: ilkin sənəd-informasiya mənbələri, törəmə sənəd-
informasiya mənbələri, elektron sənəd-informasiya toplusu, faktoqrafik-
xronoloji göstəricilər, Prezident Kitabxanası
Ключевые слова: первичные документально-информационные
источники, вторичные документально-информационные источ-
ники, электронные документально-информационные сборники, фак-
тографическо- хронологический указатель, Президентская библио-
тека
Key words: primary documentary-information sources, secondary
documentary-information sources, electronic documentary-information
compilation, factografical –chorological indexes, Presidential Library
2011-ci il Azərbaycanda kitabxana işi sahəsində uğurlu bir il
olmuşdur. Ölkəmizin bütün dövlət və qeyri-dövlət müəssisələri, təşkilat-
ları kimi respublikanın kitabxanaları da Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyini geniş qeyd etmiş,
“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-
2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrasını davam
etdirmiş, kitabxanalarda mütərəqqi informasiya texnologiyalarının,
qabaqcıl metodların tətbiqi sahəsində yeni nailiyyətlər qazanmışlar.
Məlumdur ki, Dövlət Proqramında ölkəmizin kitabxanalarının XXI əsrin
çağırışlarına cavab verə bilən səviyyəyə çatdırılması istiqamətləri
müəyyənləşdirilmiş, prioritetlər nəzərdə tutulmuşdur. Dövlət Proq-
ramında nəzərdə tutulmuş istiqamətlərdən kitabxanaların sənəd-informa-
siya resurslarının daha da inkişaf etdirilməsi, həmin resursların təşkilinin
və təqdim edilməsinin yeni metodlarının tətbiqi xüsusi qeyd edilməlidir.
Dövlət Proqramında bu istiqamətdə nəzərdə tutulmuş tədbirlərdən
aşağıdakıları göstərmək mümkündür;
“-köklü islahatların aparılması, kitabxana- informasiya resurslarının
dünya məkanına inteqrasiyasının təmin edilməsi, beynəlxalq təcrübənin
öyrənilməsi
və tətbiqi, idarələrarası koordinasiyanın təşkil;