Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə70/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   66   67   68   69   70   71   72   73   ...   78

158 
 
artırmışdır. Göstəricinin qurluşunu cildlərin xronologiyası müəyyən edir 
və  o  dövrdə  xalq  nağıllarımızın  nəşri  qeyri-intensiv  olduğu  üçün 
göstəricidə  də  təbii  olaraq  nağılların  yeri  müxtəlifdir.  E.Kozubsskinin 
tərtib  etdiyi  göstəricidən  (5,6)  fərqli  olaraq  bura  bütün  buraxlışlar  daxil 
edilmişdir.  Əsərlərin  biblioqrafik  təsvirindən  əlavə  sərlövhələri  açan 
annotasiya  da  verilmişdir.  Topludakı  bir  qism  şöbələrin  daxilində  veril-
miş yarım başlıqlar isə göstəricidə açılmamış, istifadəçi üçün informasiya 
natamam qalmışdır. Göstəriciyə 3 adda köməkçi aparat tərtib edilmişdir. 
Müəlliflərin, sərlövhələrin əlifba göstəricisi və mövzu göstəricisi. Mövzu 
göstəricisində  məqalələr  elm  sahələrinə  görə  qruplaşdırılmışdır.  Bu 
köməkçi  aparatda  folklor  bölməsi  yaradılmamış,  nağıllar  ədəbiyyat 
bölməsinə daxil edilmişdir.  
Lakin  Ə.Əfəndiyevin  yaratdığı  biblioqrafik  göstəricinin  çox 
mühüm  xüsusiyətlərindən  biri,  müəllifin  özünəməxsus  yazı  üslubu  və 
materiallara yanaşma tərzidir. Təəssüf olsun ki, məcmuənin səhifələrində 
ermənilər folklor nümunələri ilə yanaşı bir çox elm sahələrində də yalnış 
informasiya vermişdirlər. Məsələn, SMOMPK-da adət-ənənələrimizə aid 
cox  sayda  məqalələr  nəşr  edilmişdir  ki,  ermənilər  onları  öz  adət  - 
ənənələri  kimi  təsvir  etmişdirlər.  Bu  məcmuənin  səhifələrində  bu  kimi 
yazılara tez-tez rast gəlmək olur. 
Göstəricidə  müəllif  yuxarıda  qeyd  etdiyimiz  bu  cür  problemlərə 
biganə qalmamış və tez-tez oxucunun diqqətini bu məsələyə çəkə bilmiş, 
yalnız  biblioqrafiya  yaratmaqla  kifayətlənməmiş,  plagiatizmi  nümayiş 
etdirməyə çalışmışdır. 
Göstəricinin  digər  müsbət  cəhəti  toplunun  bütün  cildlərində  nəşr 
olunmuş  nağılların  xülasə  şəklində  biblioqrafiyaya  daxil  edilməsidir. 
Lakin  göstəricinin  nöqsanı  nağılların  tam  dəqiqliklə  kitabda  öz  əksini 
tapmamasıdır.  İlk  növbədə  folklora  aid  materiallar  ədəbiyyat  bölməsinə 
daxil  edilmiş,  digər  tərəfdən  isə  şöbələr  daxilində  verilmiş  bütün  nağıl-
ların adları göstərilməməsidir.  
Hər  iki  müəllifin  tərtib  etdiyi  göstəricilər  1800-ci  yüzillikdə  nəşr 
olunmuş  nağıllarımızın  biblioqrafik  təzahürüdür.  Lakin  bu  hələ  ilk  nəşr 
olunmuş nağılların tam biblioqrafiyası demək deyil.  
 
ƏDƏBĠYYAT 
 
1.
 
Əfəndiyev  Ə.  “Qafqaz  əraziləri  və  xalqlarının  təsvirinə  dair 
materiallar  toplusu”  (QƏXTMT-СМОМПК):  izahlı  biblioqrafiya.-
B.:Qartal,1997.-217 s. 


159 
 
2.
 
Səfərəliyeva A. XIX əsr rus mətbuatı və ədəbiyyatında Azərbaycan 
folkloru:  f.e.n.  ailmlik  dərəcəsi  almaq  üçün  dissertasiya.  -  Bakı,2008.-
150 s. 
3.
 
Сборник  материалов  для  описания  местностей  и  племень 
Кавказа.-Maxaч- Кала,1926.-Вып.45.-264 с. 
4.
 
Сборник  материалов  для  описания  местностей  и  племень 
Кавказа.-Maxaч- Кала,1929.-Вып.46. 
5.
 
Указатель  к  I  –  XX  выпускамь  «Сборник  материалов  для 
описания  местностей  и  племень  Кавказа  »  1881-1894  г.  /  Сост. 
Е.Козубский.- Тифлис, 1895.-177 с. 
6.
 
Указатель к XX I – XXX выпускамь «Сборник материалов для 
описания  местностей  и  племень  Кавказа  »  1896  –  1902  г.  /  Сост. 
Е.Козубский.- Тифлис, 1902.- 60 с. 
7.
 
antiq-books.com 
8.
 
dic.academic.ru 
9.
 
ru.wikisource.org 
10.
 
www.knigafund.ru 
11.
 
http://rutracker.org
 
 
В. ГАСАНОВА  
СКАЗКИ В СИСТЕМЕ БИБЛИОГРАФИЧЕСКИХ 
ИНФОРМАЦИОННЫХ РЕСУРСОВ 
РЕЗЮМЕ 
 
Статья  посвящена  библиографическим  указателям  собранных 
под  названием  “Сборник  материалов  для  описания  местностей  и 
племень  Кавказа”.  Здесь  анализированы  библиографические  указа-
тели составленные Э.Казубским и Э.Эфендиевым.  
 
V. HASANOVA 
TALES AT SYSTEM OF BIBLIOGRAPHICAL 
INFORMATION RECOURSES 
SUMMARY 
 
The  article  is  about  two  bibliographical  indicators  devoted  to 
«Collection  of  materials  about  the  description  of  Caucasus  region  and 
people», which is one of the first press organizations, where Azerbaijan 
tales  were  published.  The  bibliographical  indicators  which  were 
compiled by E.Kazubskiy and E.Efendiyev, were analyzed here.  
 
 


160 
 
Xəyalə XƏLĠLOVA  
BiblioqrafiyaĢünaslıq kafedrasının magistrantı 
 
ÜMUMMĠLLĠ LĠDERĠMĠZ HEYDƏR ƏLĠYEVƏ HƏSR 
OLUNMUġ “MÜSTƏQĠLLĠYĠMĠZ ƏBƏDĠDĠR” 
ÇOXCĠLDLĠYĠNĠN AXTARIġ ĠMKANLARI 
 
Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaĢı bu 
irsə layiq olmağa çalıĢaraq böyük bir tarixi keçmiĢi, zəngin 
mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm 
dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir 
məsuliyyət hissi ilə yanaĢmalıdır. 
Heydər Əliyev 
 
  Açar  sözlər:  Qeydlər,  şəxsi  adlar,  coğrafi  adlar,  köməkçi 
göstərici, çoxcildlik. 
Ключевые  слова:  заметки,  личные  имена,  географические 
названия, вспомогательные указания, многотомник 
Keywords:  notes,  personal  names,  geographic  names,  auxiliary 
indexes, voluminous edition. 
 
Azərbaycanın XX əsr tarixinin əlli ildən çox dövrü Heydər Əliyev 
şəxsiyyəti  ilə  sıx  bağlıdır.  Heydər  Əliyev  yeni  Azərbaycanın  quru-
cusudur.  Heydər  Əliyev  şəxsiyyəti  öyrənilməmiş  dünyadır.  Bu  nadir 
dühanın  siyasət  aləmini,  bitib-tükənməyən,  sahilləri  görünməyən  üm-
mana  bənzətmək  olar.  Misilsiz  dövlət  xadimi  kimi  ən  nadir,  ən  mürək-
kəb,  hətta  çıxılmaz  hesab  olunan  vəziyyətlərdən  Vətən  üçün,  doğma 
xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı 
Allahın  ona  bəxş  etdiyi  vergidir.  Bütün  bunların  hamısı  bir  keyfiyyət 
altında  birləşir:  Heydər  Əliyev  böyük  Azərbaycanlıdır,  Azərbaycan 
xalqının,  Azərbaycan  torpağının  misilsiz  təəssübkeşidir.  Bu  nadir 
keyfiyyət Heydər Əliyev fəaliyyətinin bütün dövrləri üçün səciyyəvidir.  
Sadə  zəhmətkeş  bir  azərbaycanlı  ailəsində  dünyaya  göz  açan  və 
tükənməz  fitri  istedad  sahibi  olan  Heydər  Əliyev  doğma  xalqının 
dərdlərinə dərindən bələd olan, hələ çox gənc ikən məkrli qonşuların min 
bir  hiyləsini  öz  gözləri  ilə  görən,  mükəmməl  təhsil  almış,  o  cümlədən 
tarixi  biliklərə  dərindən  yiyələnmiş,  son  dərəcə  geniş  dünyagörüşünə  və 
konkret  biliklərə  malik  olan  nadir  tarixi  şəxsiyyət  olmuşdur.  O,  yarım 
əsrdən artıq zəngin idarəçilik təcrübəsinə malik olan, müxtəlif xarakterli 
və səviyyəli idarəçilik sistemlərinə bələd, SSRİ kimi nəhəng bir dövlətin 
rəhbərlərindən biri səviyyəsinə ucalan nadir siyasətçi olmuşdur (2,s.16). 
 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə