Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə72/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   68   69   70   71   72   73   74   75   ...   78

163 
 
“Müstəqilliyimiz  əbədidir”  çoxcildliyinin  I  cildinin  481-ci  səhifəsində, 
Pirşağı  haqqında  olan  fikirləri  VI  cildin  212-ci  səhifəsində,  Maştağa  və 
Suraxanı kəndləri haqqındakı fikirləri isə müvafiq olaraq VI cildin 48-ci 
səhifəsində  və  II  cildin  149,  151  və  156-cı  səhifələrində  yer  almışdır. 
Çoxcildlikdə eyni zamanda Balaxanı (cV. s.400), Binə (c.I, s.414; s.546) 
Əmircan  (c.III,  s.50),  Keşlə  (c.III,  s.407)  Şüvəlan  (c.I,  s.  480)  kəndləri 
haqqında məlumatlar da əks olunmuşdur. Ümumilikdə Abşeron haqqında 
olan məlumatlar isə I (s.58), II (s.149; s.156 ), IV (s.382; 384; 385), VIII 
(s.373)  və  IX  (s.130)  cildlərdə  yer  almışdır.  Bakı  şəhəri  haqqında  olan 
məlumatları  əldə  etmək  baxımından  “Coğrafi  adlar”  göstəricisi  mühüm 
əhəmiyyətə  malikdir.  Bölməyə  nəzər  saldıqda  aydın  olur  ki,  bu  haqda 
olan  çıxışları  çoxcildliyin  I;  II;  III;  IV;  V;  VI;  VII;  VIII;  XIX-cu 
cildlərinin müvafiq səhifələrindən əldə etmək mümkündür.  
Köməkçi  göstəricinin  “Şəxsi  adlar”  bölməsində  ulu  öndərin 
Azərbaycanın  inkişafı,  tarixi  və  mədəniyyətində  böyük  rol  oynayan 
mühüm  şəxsiyyətlər  haqqında  fikirlərinin  yer  aldığı  cildlər  və  onların 
səhifələri  göstərilmişdir.  Heydər  Əliyev  cənablarının  prezident  İlham 
Əliyev  haqqında  fikirlərilə  maraqlanan  oxucular  köməkçi  göstəricinin  I 
(s.55), II (s.202), V (s.38) və VIII (s.338) cildlərdən məlumat ala bilərlər. 
Heydər  Əliyev  kitaba,  kitabxanaya  yüksək  qiymət  vermişdir. 
“Müstəqilliyimiz  əbədidir”  çoxcildliyinin  I-IX  cildlərinin  köməkçi 
aparatına  əsasən qeyd edə bilərik ki,  ulu  öndərin Axundova adına Milli 
Kitabxanada  kitabxana,  kitab  haqqında  olan  fikirləri  “Müstəqilliyimiz 
əbədidir” çoxcildliyinin III və V cildlərində öz əksini tapmışdır. 
 
Çoxcildliyin III cildində ulu öndər Heydər Əliyevin Axundov adına 
Milli  kitabxanada  “Vətənə,  dövlətə,  xalqa  sədaqət  andı”  miniatür 
kitabının təqdimat sərgisində kitabxana haqqında bu fikirləri söyləmişdir: 
“Kitabxana xalq,  millət üçün müqəddəs bir  yer, mənəviyyat,  bilik,  zəka 
mənbəyidir.  Ona  görə  də  kitabxanaya  daimi  hörmət  xalqımızın 
mədəniyyətini  nümayiş  etdirən  amillərdən  biridir.  Mən  bu  kitabxanaya 
dəfələrlə  gəlmişəm.  Amma  bu  gün  kitabxananın  astanasından  keçərkən 
çox böyük hörmət və ehtiram hissi duyuram” (3, c.III, s.473). 
Həmin çıxışında ümummilli  liderimiz Azərbaycan kitabı  haqqında 
belə  demişdir  .  “Azərbaycanda  kitab  çapının  tarixi  böyükdür.  Yaxın 
keçmişdə  Azərbaycan  Respublikası  onun  400  illiyini  qeyd  etmişdir. 
Keçmiş dövrlərdə məzmununa və  formasına  görə müxtəlif, çox maraqlı 
nəfis  kitablar  buraxılmışdır.  Bu  nəşrlər  dünyanın  bir  çox  ölkələrində  də 
Azərbaycanı təmsil edir, onun haqqında biliklər verir.” (3, c. III, s.473 ) 
 
Ümumilikdə  qeyd  etmək  lazımdır  ki,  köməkçi  göstərici  çoxcild-
likdən istifadəni asanlaşdırmaq baxımından mühüm əhəmiyyətə malikdir.  


164 
 
Çoxcildlikdən  istifadəni  asanlaşdırmaq  məqsədini  daşıyan  II 
göstərici  də  nəşr  olunmuşdur.  Mədəniyyət  və  Turizm  Nazirliyinin  və 
M.F.Axundov  adına  Milli  kitabxananın  birgə  layihəsi  olan  bu  göstərici 
2010-cu  ildə  çapdan  çıxmışdır.  Göstərici  512  səhifədən  ibarətdir  və 
“Müstəqilliyimiz əbədidir” çoxcildliyinin X və XXVIII cildlərindən oxu-
cuların istifadəsini asanlaşdırmaq baxımından olduqca böyük  əhəmiyyət 
kəsb edir. Bu göstəricidə də digərində olduğu kimi materiallar “Qeydlər”, 
“Şəxsi” və “Coğrafi” adlar bölməsində əlifba sırası ilə düzülmüşdür.  
“Qeydlər”  bölməsində  digər  bölmələrdə  (“Coğrafi  adlar”,  “Şəxsi 
adlar”) verilən məlumatların izahlı açıqlaması verilir. Qeydlər bölməsinə 
nəzər  saldıqda  aydın  olur  ki,  çoxcildlikdə  N.Xəzri,  N.Zeynalova, 
M.Gülgün, M.Füzuli, M.T.Sidqi, M.Dilbazi, Anar, Məhəmməd Peyğəm-
bər,  A.Babayev  kimi  görkəmli  şəxsiyyətlər  haqqında  olan  məlumatlar 
çoxcildliyin  müvafiq  bölmələrində  əks  olunur.  Lakin  göstəricidə  qeyd 
olunan şəxslərin vəzifəsi çoxcildliyin nəşr edildiyi zamana müfaviq qeyd 
edilmişdir. Azərbaycan Respublikasının xarici ölkələr ilə münasibətlərini 
müəyyən  etmək  məqsədilə  göstəricidəki  ölkələr  haqqında  olan  qeydlərə 
nəzər  yetirmək  kifayətdir.  Göstəriciyə  nəzər  yetirdikdə  aydın  olur  ki, 
Amerika  Birləşmiş  Ştatları  haqqında  ümummilli  liderin  çıxışları  göstə-
ricinin  müvafiq  cildlərinin  (c.  XI;  XII;  XVI;  XIX;  XX;  XXI;  XXII; 
XXIV;  XXV;  XXVII)  müvafiq  səhifələrində  əks  olunmuşdur.  Ancaq 
Moldova  respublikası  haqqında  isə  cəmi  I  cilddə-  XXIV  cildin  265  və 
307-ci səhifələrində materiallar verilmişdir. 
 Şəxsi adlar göstəricisində ümummilli liderin müxtəlif şəxsiyyətlər 
haqqında olan bir-birindən dəyərli çıxışlarının yer aldığı cildlər haqqında 
olan  məlumatlar  oxuculara  təqdim  olunmuşdur.  Bu  bölmədə  verilmiş 
məlumatlar  H.Əliyevin  dahi  şəxsiyyətlər  haqqında  fikirlərini  öyrənmək 
baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Burada həm xarici, həm 
də azəri sənətkarlar haqqında olan məlumatlar əlifba sırası ilə düzülmüş-
dür.  Göstəriciyə  əsasən  müəyyən  etmək  olar  ki,  H.Əliyevin  R.Rza 
haqqında çıxışları XIII; XV; XVII; XVIII; XIX; XXVI; XXVII; XXVIII 
cildlərdə,  Nigar  Rəfibəyli  haqqında  fikirləri  XIII;  XV;  XIX;  XXV 
cildlərdə,  yazıçı  Anar  haqqında  düşüncələri  isə  XIII;  XIV;  XV;  XVII; 
XIX;  XXII;  XXIII;  XXV;  XXVI;  XXVIII  cildlərdə  verilmişdir. 
Göstəricinin  XIII  cildinin  IX  səhifəsində  Azərbaycan  yazıçılarının  X 
qurultayı  ərəfəsində  yaşlı  nəsildən  olan  görüşündən  giriş  sözü  əksini 
tapmışdır. Ulu öndər Azərbaycan ədəbiyyatına olan sevgisini öz çıxışında 
belə əsaslandırmışdır:  “Mən düşünürəm  ki,  Azərbaycan xalqının  müsbət 
keyfiyyətlərindən  biri  də  odur  ki,  mədəniyyətə,  ədəbiyyata  daim  diqqət 
göstərib və hörmət ediblər. Bilmirəm bəlkə səhv edirəm ancaq yazıçıya, 
şairə,  mədəniyyət  xadiminə  bizim  Azərbaycandakı  kimi  hörmət  və 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə