Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə73/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   70   71   72   73   74   75   76   77   78

165 
 
ehtiram  bəlkə  də  az  yerlərdə  tapılar.  Bunun  kökləri  var,  çünki  bizim 
ədəbiyyatımız  da,  mədəniyyətimiz  də  zəngindir,  ədəbiyyatımızı, 
mədəniyyətimizi  və  tariximizi  zənginləşdirən  dahi  şəxsiyyətlərimiz  də 
olubdur. Ona görə də xalq bu şəxsiyyətlərlə həmişə fəxr edərək, onların 
yaratdıqlarını  həmişə  sevə-sevə  oxuyaraq  mədəniyyətə,  ədəbiyyata 
hörməti nəinki saxlayıb, hətta artırıbdır.”(4,c.XIII,s.9)  
Hörmətli  prezidentin  çıxışından  sonra  Azərbaycan  Yazıçılar 
Birliyinin  sədri  yazıçı  Anar,  Xalq  şairi  Qabil,  yazıçı  Əkrəm  Əylisli, 
Respublika  Mətbuat  və  İnformasiya  Naziri  yazıçı  Elçinin  dinlənilən 
çıxışları müvafiq dildə yer almışdır.  
  Göstəricinin  son  bölməsi  “Coğrafi  adlar”  bölməsi  adlanır.  Bu 
bölmədə  müxtəlif  ölkə,  şəhər,  çaylar,  dənizlər  və  müxtəlif  coğrafi 
obyektlər  haqqında  olan  materiallar  əlifba  sırası  ilə  düzülmüşdür. 
Beləliklə  də  “Müstəqilliyimiz  əbədidir”  çoxcildliyinin  X-XXVIII 
cildlərində  materiallar  bu  bölmədə  toplanmış  və  oxuculara  təqdim 
olunmuşdur. Bakı haqqında ulu öndərin fikirlərini, çıxışlarını əks etdirən 
materillar  çoxcildliyin  X  cildindən  XXVIII  cildə  qədər  olan  bütün 
cildlərdə əks olunmuşdur.  
  Bildiyimiz  kimi  bütün  dünyada  məşhur  olan  Bakı-Ceyhan  neft 
kəmərinin  salınmasında  ümummilli  lider  Heydər  Əliyevin  əvəzsiz 
xidmətləri  olmuşdur.  Onun  böyük  səyləri  nəticəsində  Bakı-Tbilisi-
Ceyhan  neft  kəməri  1998-ci  il  oktyabrın  29-da  Azərbaycan,  Türkiyə, 
Gürcüstan,  Qazaxıstan,  Özbəkistan  prezidentləri  və  ABŞ-ın  Energetika 
naziri  Bakı-Tbilisi-Ceyhan  marşrutunu  müdafiə  edən  “Ankara  bəyən-
naməsini imzalamışlar. Uzunluğu 1695 km olan Bakı-Tblisi-Ceyhan neft 
kəməri 2006-cı ildə istifadəyə verilmişdir.
 
(5,s.40)  
  Heydər  Əliyevin  bu  məsələ  ilə  bağlı  bütün  çıxışları 
“Müstəqilliyimiz əbədidir” çoxcildliyininXX; XXI; XXII; XXIII; XXIV; 
XXV;  XXVI;  XXVII;  XXVIII  cildlərində  yer  almışdır.  “Xam  neftin 
Azərbaycan  respublikasi,  Gürcüstan  və  Тürkiyə  respublikasinin  əraziləri 
ilə  Baki–Tbilisi–Ceyhan  əsas  ixrac  boru  kəməri  vasitəsilə  nəql 
edilməsinə  dair  Аzərbaycan  respublikası,  Gürcüstan  və  Türkiyə 
respublikasi  arasında  saziş”in  imzalanması  mərasimindəki  nitqində 
Heydər Əliyev qətiyyətlə bu fikri söyləmişdir: “Mən bu gün böyük iftixar 
hissi  keçirirəm.  Ona  görə  ki,  beş  il  bundan  öncə,  1994-cü  ilin  sentyabr 
ayında  Bakıda  imzalanmış  “Əsrin  müqaviləsi”  adlı  böyük  neft 
müqaviləsinə,  Хəzər  dənizinin  neft  və  qaz  ehtiyatlarından  müştərək 
istifadə  etmək  üçün  yaranmış  konsorsiumun  tərkibinə  Аzərbaycan, 
Аmerika Birləşmiş Ştatları, Аvropa ölkələri, Тürkiyə və Rusiya daxildir-
lər  və  bu  müqavilənin  imzalanmasından  beş  il  keçəndən  sonra  həmin 
müqavilə  imzalanarkən  nəzərdə  tutulmuş  Bakı–Тbilisi–Ceyhan  neft 


166 
 
kəmərinin  həyata  keçirilməsi  üçün  artıq  bu  gün  bu  sənədlər  imzalandı. 
Məlumdur ki, bu, asan iş deyildi. Bizim qarşımızda çox böyük çətinliklər 
var  idi.  “Əsrin  Müqaviləsi”ni  imzalayanda  da  biz  böyük  çətinliklərlə 
rastlaşdıq.  Sonra  da  Bakı–Ceyhan  neft  kəmərini  çəkmək  üçün  bizim 
qarşımızda  çox  böyük  maneçiliklər,  əleyhimizə  çıxanlar  var  idi.  Ancaq 
biz  öz  iradəmizi  itirmədik,  başladığımız  işi  axıra  çatdırdıq.” 
(3.c.XXIII,s.74) 
Nəticə  olaraq  qeyd  etmək  lazımdır  ki,  ulu  öndərimiz  Heydər 
Əliyevə  həsr  olunmuş  “Müstəqilliyimiz  əbədidir”  çoxcildliyinə  verilmiş 
köməkçi göstəricilər Heydər Əliyev irsini tədqiq edən elmi işçilər üçün, 
eyni  zamanda  onun  irsini  öyrənən  yeni  nəsil  üçün  böyük  əhəmiyyətə 
malikdir,  bütövlükdə  cəmiyyətin  biblioqrafik  təminatında  əvəzedilməz 
biblioqrafik ehtiyatdır.  
 
ƏDƏBĠYYAT 
 
1.
 
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanu-
nu. //Azərbaycan,1999.-14 mart. 
2.
 
Dövlətçilik müdrikliyi Azərbaycan müstəqillik yollarında möv-
zusunda elmi-nəzəri konfransın materialları (2 may 2002-ci il (tarixi hə-
qiqətlər, faktlar və reallıqlar) Bakı: Universiteti Nəşriyyatı,2002.- 526 s. 
3.
 
Əliyev  Heydər//  Müstəqilliyimiz  əbədidir.XXXVIII  c.-də.I  c.- 
Azərnəşr, 1997.- 612 s. 
4.
 
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Coxcildliyin I-X cild-
lərinin köməkçi göstəricisi (Qeydlər, şəxsi və coğrafi adlar göstəriciləri)/ 
M.F.Axundov adına Azərbaycan Milli kitabxanası.-Bakı,2010.-512s 
5.
 
Heydər  Əliyev.  Müstəqilliyimiz  əbədidir.  Coxcildliyin  X-
XXVIII  cildlərinin  köməkçi  göstəricisi  (Qeydlər,  şəxsi  və  coğrafi  adlar 
göstəriciləri)/  M.F.Axundov  adına  Azərbaycan  Milli  kitabxanası.-
Bakı,2010.-512s 
6.
 
Xələfov  A.A.  Kitabxanaşünaslığa  giriş.  Dərslik.  I  hissə.-B., 
Bakı Universiteti Nəşriyyatı, 2001.-400 s. 
7.
 
Xələfov  A.A.  Kitabxanaşünaslığa  giriş.  Dərslik.  II  hissə.-B., 
Bakı Universiteti Nəşriyyatı, 2003.-314 s. 
8.
 
Xələfov  A.A.  Azərbaycanda  kitabxana  işinin  tarixi:  Dərslik.  II 
hissə.- B.: “Bakı Universiteti” nəşriyyatı, 2007.-552 s.  
  
 
Kh. Khayala 
 
 
 


167 
 
Х. ХАЛИЛОВА 
ПОИСКОВЫЕ ВОЗМОЖНОСТИ МНОГОТОМНОГО 
“MÜSTƏQILLIYIMIZ ƏBƏDIDIR” ПОСВЯЩЕННОМУ 
ОБЩЕНАЦИОНАЛЬНОЕ ЛИДЕРА ГАЙДАРА АЛИЕВА  
 
РЕЗЮМЕ 
 
 В  статье  находит  отражение  анализ  вспомогательных  ука-
заний из многотомника  "Наша независимость вечна", посвещенной 
личности  Гейдар  Алиева  и  дана  инормация  о  роли  указаний  в 
обеспечении  библиографического  информирования  общества  в 
целом.  
  
X.XALILOVA 
SEARCH OPPORTUNITIES OF THE VOLUMINOUS 
EDITION NAMED “MÜSTƏQILLIYIMIZ ƏBƏDIDIR” WHICH 
WAS DEDICATED TO NATIONAL LEADER HEYDAR ALIYEV  
SUMMARY 
 
 The  article  reflects  the  analysis  of  the  auxiliary  indexes  named 
“Müstəqilliyimiz  əbədidir” which was dedicated  to  Heydar Aliyev. The 
article  informs  people  about  the  information  security  of  that  auxiliary 
indexes.  
    
 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə