171
Akademiyası Mərkəzi Elmi Kitabxanasının, BDU-nun Elmi kitabxana-
sının, İqtisad Universitetinin, Tibb Universitetinin elmi kitabxanalarının,
bir sıra nəşriyyatların və digər müəssisələrin əməkdaşları da yaxından
iştirak edirlər.
Kitabiyyatda biblioqrafik təsvirlər 2003-cü ildə qəbul edilmiş
QOST 7.1-2003 “Biblioqrafik yazı. Biblioqrafik təsvir. Ümumi tələbat və
tərtibat qaydaları” əsasında tərtib edilmişdir. Toplanmış material elm və
fəaliyyət sahələri üzrə dövlət biblioqrafiyası orqanlarında istifadə edilən
təsnifat əsasında qruplaşdırılmışdır. Burada məcburi ünsürlərlə yanaşı,
fakultativ ünsürlər də öz əksini tapır.
Bölmələr daxilində əvvəlcə Azərbaycan, sonra isə rus dilində olan
materiallar verilmişdir. Hər bir bölmə və yarımbölmə daxilində əlifba
prinsipi gözlənilmişdir. Vəsaitin sonunda oxucuların ondan istifadəsini
asanlaşdırmaq məqsədilə köməkçi aparat kimi həm Azərbaycan, həm də
rus dillərində “Müəlliflərin əlifba göstəricisi” və “Sərlövhələrin əlifba
göstəricisi” tərtib olunmuşdur. Birinci köməkçi göstərici müəllif üzrə
axtarışa köməklik göstərirsə, ikincisi illikdə sərlövhə üzrə təsvir olunmuş
əsərlərin axtarışını asanlaşdırır.
İctimai istiqamətinə görə bu vəsait ümumi, funksional məqsəd və
xronoloji əlamətə görə retrospektiv, biblioqrafiyalaşdırma obyektinin
məzmun əlamətinə görə isə universal göstəricidir. Onun tərtibində əsas
meyar kimi bir il ərzində respublikamızda kitab və kitabça halında nəşr
olunmuş əsərlər götürülmüşdür.
Milli Kitabxana 2006-cı ildən öz fonduna daxil olan yeni
ədəbiyyatın cari biblioqrafik göstəricilərini tərtib etməyə başlamışdır. Bu
cari informasiya göstəricisini hazırlamaqda məqsəd oxucu və mütəxəs-
sisləri Milli Kitabxanaya daxil olan yeni ədəbiyyatla tanış etməkdir.
“Yeni kitablar” adlı annotasiyalı biblioqrafik informasiya göstəricisi
əvvəllər yarımillik idi, ildə iki nömrəsi buraxılırdı. Lakin kitablar çox
olduğuna görə 2007-ci ildən etibarən bu biblioqrafik vəsait rüblük
hazırlanır və həmin dövr ərzində Milli Kitabxananın fondlarına daxil olan
bütün yeni ədəbiyyat orada öz əksini tapır. Burada Azərbaycan, rus və
digər xarici dillərdə olan bütün nəşrlər əhatə olunur. Materiallar
bölmələrin daxilində elm sahələri üzrə qruplaşdırılır və oxucuların
istifadəsini asanlaşdırmaq məqsədilə hər bir kitabın şifrələri də verilir.
Hər bölmə daxilində əvvəlcə Azərbaycan dilində, daha sonra isə
rus və digər xarici dillərdə olan ədəbiyyat verilmiş, onların düzülüşündə
əlifba prinsipi əsas götürülmüşdür. Burada hər bir əsərə qısa məlumat
annotasiyası da verilmişdir.
Milli Kitabxana hər il kitabxana işinin bu və ya başqa məsələlərinə
dair xeyli miqdarda vəsaitlər nəşr edir və kitabxanalara göndərir.
172
Bunların içərisində 60-70-ci illərdə çap olunan və müəyyən səbəblərə
görə uzun müddət çap olunmayan “Əlamətar və tarixi günlər təqvimi”ni
xüsusilə qeyd etmək lazımdır. 2004-cü ildə bu vəsaitin nəşri yenidən
bərpa olunmuşdur və elə həmin ildə 2005-ci ili əhatə edən ilk buraxılış
işıq üzü görmüşdür. 2006-2010-cu illərə aid buraxılışlar çap olunmuşdur
və hazırda 2011-cu ili əhatə edən 7-ci buraxılış nəşrə hazırlanır.
Ümumi xarakterli cari informasiya bülleteni ilə yanaşı, kitabxana
sahəvi cari göstərici də çap etdirir. 1976-1994-cü illərdə kitabxana
“Azərbaycan mədəniyyəti və incəsənəti haqqında yeni ədəbiyyat göstə-
ricisi”ni çap etdirirdi. Lakin maliyyə problemləri ilə əlaqədar neçə
illərdən bəri bu vəsaitin nəşri dayandırılmışdır. Avtomatlaşdırılmış
sistem tətbiq olunduqdan sonra həmin vəsait “Mədəniyyət, incəsənət və
turizm haqqında yeni ədəbiyyat” adı ilə yenidən aylıq cari biblioqrafik
informasiya göstəricisi kimi nəşr olunur. Çap olunan yeni göstəricini
əvvəlki vəsaitin yenidən nəşri kimi qiymətləndirmək olar. Lakin əvvəlki
cari informasiya göstəricisindən fərqli olaraq, burada “Mədəniyyət” və
“İncəsənət” bölmələrindən başqa müstəqil “Turizm” bölməsi də verilir.
Bu vəsaiti nəşr etməkdə məqsəd Respublikanın Mədəniyyət və
Turizm Nazirliyinin rəhbər işçilərinə və aparıcı mütəxəssislərinə müvafiq
mövzu üzrə Azərbaycan və rus dillərində Milli Kitabxanaya daxil olan
yeni kitablar, bəzi jurnal və qəzet səhifələrində dərc olunmuş məqalələr
haqqında operativ məlumat verməkdir. Hazırda bu vəsaitdə əhatə olunan
materialların tam elektron mətnləri kitabxananın saytında müvafiq
bölmədə yerləşdirilmişdir. [5, s. 181]
ƏDƏBĠYYAT
1.
Əliyev Z.H. Azərbaycan biblioqrafiyasının tarixi: Dərslik/Red.
N.İ.İsmayılov. – Bakı: Bakı Universiteti nəşriyyatı, 2007. – 190 s.
2.
Əliyev Z.H. Azərbaycanda biblioqrafik fəaliyyətin bəzi təşkili
məsələləri (Tarixi xülasə)//Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-
nəzəri təcrübi jurnal. – 2003. - № 1. – s. 63-77
3.
Əliyev Z.H. Ümumi biblioqrafiyaşünaslıq: Dərs vəsaiti. - Bakı:
Bakı Universiteti nəşriyyatı, 2001. – 145 s.
4.
Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu //
Azərbaycan. – 1999-cu il. – 14 mart
5.
Tahirov K. M.F.Axundov adına Azərbaycan Milli Kitabxana-
sının tarixi (1923-2008-ci illər). – Bakı: Ulu, 2009. – 218 s.
6.
Tahirov K. M.F.Axundov adına Milli Kitabxana müstəqillik ill-
lərində//Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. – 2010. -
№ 2. – s. 373-381.
Dostları ilə paylaş: |