Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə75/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   70   71   72   73   74   75   76   77   78

171 
 
Akademiyası  Mərkəzi  Elmi  Kitabxanasının,  BDU-nun  Elmi  kitabxana-
sının, İqtisad Universitetinin, Tibb Universitetinin elmi kitabxanalarının, 
bir  sıra  nəşriyyatların  və  digər  müəssisələrin  əməkdaşları  da  yaxından 
iştirak edirlər.  
Kitabiyyatda  biblioqrafik  təsvirlər  2003-cü  ildə  qəbul  edilmiş 
QOST 7.1-2003 “Biblioqrafik yazı. Biblioqrafik təsvir. Ümumi tələbat və 
tərtibat qaydaları”  əsasında tərtib  edilmişdir. Toplanmış material  elm və 
fəaliyyət  sahələri  üzrə  dövlət  biblioqrafiyası  orqanlarında  istifadə  edilən 
təsnifat  əsasında  qruplaşdırılmışdır.  Burada  məcburi  ünsürlərlə  yanaşı, 
fakultativ ünsürlər də öz əksini tapır. 
Bölmələr daxilində əvvəlcə Azərbaycan, sonra isə rus dilində olan 
materiallar  verilmişdir.  Hər  bir  bölmə  və  yarımbölmə  daxilində  əlifba 
prinsipi  gözlənilmişdir.  Vəsaitin  sonunda  oxucuların  ondan  istifadəsini 
asanlaşdırmaq məqsədilə köməkçi aparat kimi həm Azərbaycan, həm də 
rus  dillərində  “Müəlliflərin  əlifba  göstəricisi”  və  “Sərlövhələrin  əlifba 
göstəricisi”  tərtib  olunmuşdur.  Birinci  köməkçi  göstərici  müəllif  üzrə 
axtarışa köməklik göstərirsə, ikincisi illikdə sərlövhə üzrə təsvir olunmuş 
əsərlərin axtarışını asanlaşdırır. 
İctimai  istiqamətinə  görə  bu  vəsait  ümumi,  funksional  məqsəd  və 
xronoloji  əlamətə  görə  retrospektiv,  biblioqrafiyalaşdırma  obyektinin 
məzmun  əlamətinə  görə  isə  universal  göstəricidir.  Onun  tərtibində  əsas 
meyar  kimi  bir  il  ərzində  respublikamızda  kitab  və  kitabça  halında  nəşr 
olunmuş əsərlər götürülmüşdür.  
Milli  Kitabxana  2006-cı  ildən  öz  fonduna  daxil  olan  yeni 
ədəbiyyatın cari biblioqrafik göstəricilərini tərtib etməyə başlamışdır. Bu 
cari  informasiya  göstəricisini  hazırlamaqda  məqsəd  oxucu  və  mütəxəs-
sisləri  Milli  Kitabxanaya  daxil  olan  yeni  ədəbiyyatla  tanış  etməkdir. 
“Yeni  kitablar”  adlı  annotasiyalı  biblioqrafik  informasiya  göstəricisi 
əvvəllər  yarımillik  idi,  ildə  iki  nömrəsi  buraxılırdı.  Lakin  kitablar  çox 
olduğuna  görə  2007-ci  ildən  etibarən  bu  biblioqrafik  vəsait  rüblük 
hazırlanır və həmin dövr ərzində Milli Kitabxananın fondlarına daxil olan 
bütün  yeni  ədəbiyyat  orada  öz  əksini  tapır.  Burada  Azərbaycan,  rus  və 
digər  xarici  dillərdə  olan  bütün  nəşrlər  əhatə  olunur.  Materiallar 
bölmələrin  daxilində  elm  sahələri  üzrə  qruplaşdırılır  və  oxucuların 
istifadəsini asanlaşdırmaq məqsədilə hər bir kitabın şifrələri də verilir. 
Hər  bölmə  daxilində  əvvəlcə  Azərbaycan  dilində,  daha  sonra  isə 
rus və digər xarici dillərdə olan ədəbiyyat verilmiş, onların düzülüşündə 
əlifba  prinsipi  əsas  götürülmüşdür.  Burada  hər  bir  əsərə  qısa  məlumat 
annotasiyası da verilmişdir.  
Milli Kitabxana hər il kitabxana işinin bu və ya başqa məsələlərinə 
dair  xeyli  miqdarda  vəsaitlər  nəşr  edir  və  kitabxanalara  göndərir. 


172 
 
Bunların  içərisində  60-70-ci  illərdə  çap  olunan  və  müəyyən  səbəblərə 
görə uzun müddət çap olunmayan “Əlamətar və tarixi günlər təqvimi”ni 
xüsusilə  qeyd  etmək  lazımdır.  2004-cü  ildə  bu  vəsaitin  nəşri  yenidən 
bərpa  olunmuşdur  və  elə  həmin  ildə  2005-ci  ili  əhatə  edən  ilk  buraxılış 
işıq üzü görmüşdür. 2006-2010-cu illərə aid buraxılışlar çap olunmuşdur 
və hazırda 2011-cu ili əhatə edən 7-ci buraxılış nəşrə hazırlanır. 
Ümumi  xarakterli  cari  informasiya  bülleteni  ilə  yanaşı,  kitabxana 
sahəvi  cari  göstərici  də  çap  etdirir.  1976-1994-cü  illərdə  kitabxana 
“Azərbaycan  mədəniyyəti  və  incəsənəti  haqqında  yeni  ədəbiyyat  göstə-
ricisi”ni  çap  etdirirdi.  Lakin  maliyyə  problemləri  ilə  əlaqədar  neçə 
illərdən  bəri  bu  vəsaitin  nəşri  dayandırılmışdır.  Avtomatlaşdırılmış 
sistem  tətbiq  olunduqdan  sonra  həmin  vəsait  “Mədəniyyət,  incəsənət  və 
turizm  haqqında  yeni  ədəbiyyat”  adı  ilə  yenidən  aylıq  cari  biblioqrafik 
informasiya  göstəricisi  kimi  nəşr  olunur.  Çap  olunan  yeni  göstəricini 
əvvəlki vəsaitin yenidən nəşri kimi qiymətləndirmək olar. Lakin əvvəlki 
cari  informasiya  göstəricisindən  fərqli  olaraq,  burada  “Mədəniyyət”  və 
“İncəsənət” bölmələrindən başqa müstəqil “Turizm” bölməsi də verilir. 
Bu  vəsaiti  nəşr  etməkdə  məqsəd  Respublikanın  Mədəniyyət  və 
Turizm Nazirliyinin rəhbər işçilərinə və aparıcı mütəxəssislərinə müvafiq 
mövzu  üzrə  Azərbaycan  və  rus  dillərində  Milli  Kitabxanaya  daxil  olan 
yeni  kitablar,  bəzi  jurnal  və  qəzet  səhifələrində  dərc  olunmuş  məqalələr 
haqqında operativ məlumat verməkdir. Hazırda bu vəsaitdə əhatə olunan 
materialların  tam  elektron  mətnləri  kitabxananın  saytında  müvafiq 
bölmədə yerləşdirilmişdir. [5, s. 181] 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Əliyev Z.H. Azərbaycan biblioqrafiyasının tarixi: Dərslik/Red. 
N.İ.İsmayılov. – Bakı: Bakı Universiteti nəşriyyatı, 2007. – 190 s. 
2.
 
Əliyev  Z.H.  Azərbaycanda  biblioqrafik  fəaliyyətin  bəzi  təşkili 
məsələləri  (Tarixi  xülasə)//Kitabxanaşünaslıq  və  biblioqrafiya:  elmi-
nəzəri təcrübi jurnal. – 2003. - № 1. – s. 63-77 
3.
 
Əliyev Z.H. Ümumi biblioqrafiyaşünaslıq: Dərs vəsaiti. - Bakı: 
Bakı Universiteti nəşriyyatı, 2001. – 145 s. 
4.
 
Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu // 
Azərbaycan. – 1999-cu il. – 14 mart 
5.
 
Tahirov  K.  M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxana-
sının tarixi (1923-2008-ci illər). – Bakı: Ulu, 2009. – 218 s. 
6.
 
Tahirov K. M.F.Axundov adına Milli Kitabxana müstəqillik ill-
lərində//Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. – 2010. - 
№ 2. – s. 373-381. 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə