Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə71/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   67   68   69   70   71   72   73   74   ...   78

161 
 
Belə  bir  şəxsiyyət  haqqında  yüzlərlə  maraqlı  əsərin  yazılması  heç 
də  təsadüfi  deyil.  Xalqımızın  tanınmış  yazıçı  və  şairləri  öz  ümummilli 
liderini tərənnüm edən bir-birindən dəyərli sənət nümunələri yaratmışlar. 
Bu geniş  sənət  kütləsini məhz biblioqrafiya elminin köməyi  ilə ümumi-
ləşdirmək  və  oxucuları  Heydər  Əliyevə  həsr  edilmiş  bütün  əsərlər  haq-
qında məlumatlandırmaq mümkün olmuşdur.  
Bu zamana qədər Heydər Əliyevin bütün yaradıcılığını və ona həsr 
edilmiş  əsərləri,  eyni  zamanda  onun  çıxışlarını  əks  etdirən  sənədlərdən 
biri  “Müstəqilliyimiz  əbədidir”  çoxcildliyidir.  “Müstəqilliyimiz  əbədidir 
çoxcildliyi” ümummilli lider Heydər Əliyevin irsini öyrənmək baxımın-
dan  olduqca  mühüm  əhəmiyyət  kəsb  edir.  “Müstəqilliyimiz  əbədidir 
çoxcildliyi”  1997-ci  ildən  nəşr  olunmağa  başlanmışdır.  Hal-hazırda  38 
cildi  nəşr  olunmuşdur.  Burada  Heydər  Əliyevin  ölkəmizdə,  o  cümlədən 
xaricdə  olan  çıxışları,  onun  nitqləri,  fikir  və  düşüncələri  haqqında  olan 
məlumatlar öz əksini tapmışdır.  
Çoxcildliyin  I  və  IX  cildlərinin  köməkçi  göstəricisi  2008-ci  ildə 
Mədəniyyət  və  Turizm  Nazirliyinin  təşəbbüsü  ilə  Azərbaycan  Milli 
Kitabxanası tərəfindən tərtib edilmişdir (4,s.3). 
Köməkçi  göstəricidə  çoxcildliyin  mətnində  verilən  qeydlər,  şəxsi 
və coğrafi adlar əlifba sırası ilə qruplaşdırılmışdır. Beləliklə coxcildliyin 
müvafiq  cildlərindəki  materiallar  sistemli  formada  bir  yerə  toplanaraq 
göstəricidə öz əksini tapmışdır. 
 Göstərici “Qeydlər”, “Mövzu”, “Şəxsi adlar”, “Coğrafi adlar” böl-
mələrindən  ibarətdir.  Qeydlər  bölməsində  çoxcildlikdə  qeyd  olunmuş 
dövlətlər,  ictimai  təşkilatlar,  təşkilat  və  şirkətlərin  başçıları  haqqında 
məlumatlar  öz  əksini  tapmışdır.  Belə  ki,  göstəricinin  “Qeydlər”  bölmə-
sinə  nəzər  yetirdikdə  oxucuya  aydın  olur  ki,  ümummilli  lider  Heydər 
Əliyevin  Avropa  şurası  ilə  əlaqədar  çıxışları  “Müstəqilliyimiz  əbədidir 
çoxcildliyi”nin III; V; VI; VII; VIII; XIX cildlərində öz əksini tapmışdır. 
Bununla da istifadəçilər lazımi məlumatları əldə etmək üçün çoxcildliyin 
bütün  cildlərini  axtarmaq  məcburiyyətində  qalmır,  göstəricinin  köməyi 
ilə  tez  bir  zamanda  axtarışı  “Müstəqilliyimiz  əbədidir  çoxcildliyi”nin  I-
IX cildlərinin köməkçi göstəricisi vasitəsilə həyata keçirirlər.  
Göstəricidən  istifadəni  asanlaşdırmaq  məqsədilə  məlumatların 
yerləşdiyi  cildlər  qara  hərflərlə  göstərilmiş,  onların  qarşısında  isə 
səhifələr  qeyd  olunmuşdur.  Göstəriciyə  əsasən  müəyyən  etmək  olar  ki, 
“Yeni  Azərbaycan”  partiyası  ilə  əlaqədar  materiallar  çoxcildliyin  8-ci 
cildində  331,  341,  447,  457-ci  səhifələrində  öz  əksini  tapmışdır.  Ulu 
öndərimizin  Azərbaycan  Xalq  Cumhiriyyəti  ilə  bağlı  olan  fikirləri  isə 
çoxcildliyin I; II; V; və VI cildlərində öz əksini tapmışdır.  


162 
 
“Mövzu”  göstəricisi  bölməsində  adından  da  bəlli  olduğu  kimi, 
müəyyən mövzularla əlaqədar olan və çoxcildlikdə yer almış materiallar 
haqqında məlumat verilmişdir.  
Bu  bölmədə  Heydər  Əliyevin  Azərbaycan–Türkiyə  münasibətləri, 
Azərbaycan-Türkiyə əməkdaşlığı, Azərbaycan-Türkiyə əməkdaşlıq şurası 
haqqında  olan  çıxışları  barədə  materiallar  da  verilmişdir.  Azərbaycan-
Türkiyə  münasibətlərinin,  qardaşlığının  nə  dərəcədə  inkişaf  etdiyini, 
ümummilli  liderimizin  bu  qardaşlığa  verdiyi  qiyməti  görmək  üçün 
göstəricidəki qeydləri nəzərdən keçirmək kifayətdir.  
 Türkiyə-Azərbaycan  münasibətlərinin  hörmətli  prezidentimiz 
Heydər Əliyev üçün nə qədər önəmli  olduğunu  göstərən çıxışlardan biri 
1993-cü il, oktyabrın 26-sında Bakıda keçirilmiş “Türkiyə Cumhuriyyəti-
70”  adlı  elmi  praktiki  konfransdakı  nitqidir.  Həmin  çıxışda  ümumilli 
lider  Türk  Xalq  Cumhuriyyətinin  yaranmasının  70  illiyinin  təkcə 
Türkiyənin  deyil,  eyni  zamanda  bütün  Azərbaycan  xalqının  bayramı 
olduğunu bu sözlər ilə ifadə edir: “Soykökümüz, adət və ənənələrimizin, 
bir  çox  müqəddəs  mənəvi  sərvətlərimizin  ayrılmaz  tellərlə  bir-birinə 
bağlı olduğu türk xalqının bu böyük bayramı eyni zamanda Azərbaycan 
üçün də əziz gündür.”(3,c.I,s.141) 
 
  Həmin  bu  nitq  “Müstəqilliyimiz  əbədidir”  çoxcildliyinin  I 
cildində  141-ci  səhifəsində  qeyd  olunmuşdur.  Prezident  Heydər  Əliyev 
eyni  zamanda  Türkiyənin  Respublika  elan  edilməsinin  70  illiyi 
münasibətilə  Türkiyə  prezidenti  S.  Dəmirələ  ünvanladığı  məktubda 
Azərbaycan  xalqının  qəlbindəki  Türkiyə  sevgisini  belə  ifadə  edir: 
“Azərbaycanlıların  qəlbində  Türkiyənin  xüsusi  yeri  var.  Sizin  müdrik-
liyiniz  sayəsində  Azərbaycan  və  Türkiyə  daha  da  yaxın  olacaq,  daha  da 
doğmalaşacaqdır.” (28 oktyabr 1993-cü il) (3,c.I,s.143)
 
Bu məktub  isə  “Müstəqilliyimiz  əbədidir” çoxcildliyinin  I cildinin 
143-cü  səhifəsində  əksini  tapmışdır.  Istifadəçilər  üçün  təkcə  Türkiyə  ilə 
deyil,  bütün  dünya  ölkələri  ilə  bağlı  ölkəmizin  münasibətlərini  Heydər 
Əliyev  cənablarının  çıxışlarını  və  fikirlərini  öyrənmək  baxımından  bu 
göstərici böyük əhəmiyyətə malikdir.  
Ümumilikdə  digər  xarici  ölkələrlə  Azərbaycan  münasibətlərini 
izləmək  baxımından  “Müstəqilliyimiz  əbədidir”  çoxcildliyinin  I-X 
cildlərinin köməkçi göstəricisində yer alan “Coğrafi adlar” göstəricisi də 
böyük  əhəmiyyətə  malikdir.  Belə  ki,  burada  təkcə  ümummilli  lider 
Heydər  Əliyevin  dünyanın  bir  sıra  ölkələri  ilə  əlaqədar  deyil,  eyni 
zamanda 
Azərbaycanın 
bir-birindən  gözəl  guşələri,  rayonları, 
kəndlərində olan çıxışları, həmçinin onlar haqqında olan düşüncələri əks 
olunmuşdur.  Göstəricinin  bu  bölməsinə  nəzər  saldıqda  bəlli  olur  ki, 
Heydər  Əliyev  cənablarının  Nardaran  kəndi  haqqında  olan  fikirləri 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə