Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə68/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   64   65   66   67   68   69   70   71   ...   78

153 
 
ciətlərin xeyli artması və bu resurs barədə istifadəçi rəyləri də sübut edir. 
Ümid  etmək  olar  ki,  bu  zəngin  elektron  layihə  bundan  sonra  həm  Res-
publikamızda, həm də onun hüdudlarından kənarda bu mövzu ilə maraq-
lanan  istifadəçilərin  informasiya  tələbatlarının  ödənilməsində  getdikcə 
daha  artıq  populyarlıq  qazanacaq  və  tədqiqatçılara  daha  çox  fayda  gə-
tirəcəkdir. 
Yuxarıdakı  faktlara  əsaslanmaqla  Prezident  Kitabxanasında 
yaradılmış on layn tipli elektron sənəd informasiya topluları (o cümlədən, 
Azərbaycan Respublikası - 20 “elektron layihəsi) haqqında deyilənləri 
belə yekunlaşdıra bilərik: 
-  müasir  dövrdə  kitabxanaların  fəaliyyətində  fondda  olan  sənədlər 
və  digər  mənbələr  əsasında  tərtib  edilən  sənəd-informasiya  toplularının 
yaradılması  kitabxanaların  fəaliyyətində  prinsipcə  yeni  istiqamət  kimi 
qiymətləndirilə bilər; 
-  elektron  sənəd-informasiya  məhsullarının  yeni  növü-  elektron 
sənəd-informasiya  topluları  respublikamızda  ilk  dəfə  olaraq  Prezident 
Kitabxanasında tərtib edilməyə başlanmışdır; 
-bu  topluların  tərkibində  həm  çap  analoqu  olan,  həm  də  belə 
analoqu  olmayan  elektron  sənəd  və  internet  mənbələrindən  götürülmüş 
materiallardan  istifadə  edilir,  bir  sıra  hallarda  buraya  kitabxananın  öz 
mütəxəssisləri  tərəfindən  tərtib  edilmiş  materiallar  əlavə  edilir  və 
bununla  da  kitabxananın  fonunda  olan  sənədlərin  məzmununun  daha 
aşkar açılmasına yardım edir; 
-Prezident  Kitabxanasında  belə  mənbələrin  mövzu  istiqaməti 
müəyyənləşdirilərkən kitabxananın missiyası və profili nəzərə alınır; 
-bu topluların yaradılması təcrübəsinin 7 illik müddət ərzində tərtib 
edilmiş 22 adda toplu artıq Prezident Kitabxanasında yaradılmış bu tipli 
mənbələrin  bütöv  bir  kompleksini  əmələ  gətirmişdir  və  bu  siyahı  daim 
genişlənir. ; 
-kitabxanada  yaradılmış  bu  tipli  mənbələrin  əksəriyyəti  mütəmadi 
olaraq yeni materiallarla tamamlanır; 
-kitabxanada  yaradılmış  bu  tipli  mənbələrin  bir  çoxu  üçdillidir  ki, 
bu  da  onlardan  nəinki  ölkəmizdə,  eləcə  də  onun  hüdudlarından  kənarda 
istifadə edilməsi üçün imkanlar yaradır. 
Beləliklə,  Prezident  Kitabxanasında  yaradılmış  “Azərbaycan 
Respublikası  -  20  “  elektron  layihəsi  burada  yaradılmış  digər  on  layn 
tipli  elektron  sənəd  informasiya  topluları  kimi  ölkəmizdə  tələbatçıların 
sənəd-informasiya təminatında yeni istiqamət kimi qiymətləndirilə bilər.  
 
 
 


154 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Azərbaycan  Respublikasında  kitabxana-informasiya  sahəsinin 
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı // Kitabxanaşünaslıq 
və biblioqrafiya: elmi nəzəri və metodiki jurnal. - 2008. - N2.- S. 6-31. 
2.
 
Əhmədov,  Mayıl.  Müasir  tipli  kitabxana  informasiya  cəmiy-
yətinin atributudur // Azərbaycan. – 2006. – 20 avqust. – N186. – S.3. 
3.
 
Земсков  А.М.,  Шрайберг  Я.Л.  Электронные  библиотеки: 
учеб. пособие.- М.: Либерия, 2003.-352 с.  
4.
 
http://en.wikipedia.org/wiki/Digital_library  
 
А. МАММАДОВ  
СТРУКТУРА И ИНФОРМАЦИОННО-ПОИСКОВЫЕ 
ВОЗМОЖНОСТИ ЭЛЕКТРОННОГО ДОКУМЕНТАЛЬНО - 
ИНФОРМАЦИОННОГО ПРОЕКТА «АЗЕРБАЙДЖАНСКАЯ 
РЕСПУБЛИКА -20» СОЗДАННОГО В ПРЕЗИДЕНТСКОЙ 
БИБЛИОТЕКЕ УПРАВЛЕНИИ ДЕЛАМИ ПРЕЗИДЕНТА 
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ 
РЕЗЮМЕ  
В  статье  рассмотрены  структура,  свойства  и  методические 
особенности он-лайн электронного документально  – информацион-
ного  проекта  «Азербайджанской  Республике  -20  лет»  созданного  в 
Президентской  библиотеке  Управлении  делами  Президента  Азер-
байджанской Республики в сравнении с другими он-лайн электрон-
ными  документально  –  информационными  сборниками,  составлен-
ными в этой библиотеке. 
 
A.MAMMADOV 
STRUCTURE AND INFORMATION SEARCH FEATURES 
OF ELECTRONIC DOCUMENTARY-INFORMATION PROJECT 
“AZERBAIJAN REPUBLIC -20” OF THE 
PRESIDENTIAL 
LIBRARY OF ADMINISTRATIVE DEPARTMENT OF THE 
PRESIDENT OF AZERBAIJAN
 
SUMMARY 
The  article  describes  the  structure,  properties  and  methodological 
features  of  the  on  line  electronic  documentary  -  information  project 
"Azerbaijan -20" created in the Presidential Library of the Administrative 
Department of the President of Azerbaijan in comparison with other elec-
tronic  documents  -  information  collections  that  were  composed  in  this 
library. 


155 
 
Validə HƏSƏNOVA  
 AMEA Mərkəzi Elmi Kitabxanasının 
 doktorantı  
 
NAĞILLAR BĠBLĠOQRAFĠK ĠNFORMASĠYA 
RESURSLARĠ SĠSTEMĠNDƏ 
 
Açar  sözlər:  Azərbaycan  nağılları,  nağılların  biblioqrafiyası, 
Qаfqaz  əraziləri  və  xalqarının  təsvirinə  dair  materiallar  toplusu, 
E.Kazubskiy, E.Əfəndiyev. 
Ключевые  слова:  Азербайджанские  сказки,  библиография 
сказок,  Сборник  материалов  для  описания  местностей  и  племень 
Кавказа, Э.Казубский, Э.Эфендиев 
Key words: Azerbaijan tales, the bibliography of tales, Collection 
of materials about the description of Caucasus region and people
E.Kazubskiy, E.Efendiyev 
 
Nağılların  yaranması  qədim  dövrlərdən  başlasa  da  nağıllara  aid 
sənəd kütləsinin, biblioqrafik informasiya resurslarının meydana gəlməsi 
XIX  əsrə  təsadüf  edir.  Bu  dövrdən  etibarən  nağılların  da  yer  aldığı 
biblioqrafik  göstəricilər  yaradılaraq  nəşr  edilmişdir.  Bu  tip 
göstəricilərdən  biri  müxtəlif  dövrləri  əhatə  edən  “Указатель  к  I  –  XX 
выпусками  СМОМПК  1881-1894  г.”  (5,6)  adlı  2  cilddən  ibarət 
biblioqrafik  göstəricidir.  Məlumat  üçün  qeyd  edək  ki,  SMOMPK  ( 
СМОМПК  –  QƏXTMT.  Сборник  материалов  описания  местности 
племени  Kавkaзa  -  Qafqaz  əraziləri  və  xalqlarının  təsvirinə  dair 
materiallar  toplusu  )  1881–ci  ildən  1929-cu  ilə  qədər  Qafqazda  yaşayan 
xalqların müxtəlif elm sahələrinə aid məqalələrini nəşr etmişdir. Müxtəlif 
mənbələrdə (2.S.32) SMOMPK–un son 2 cildinin, bəzi mənbələrdə isə 3 
cildinin  Mahacqalada  nəşr  olunduğu  qeyd  edilir.  Lakin  ilkin  mənbələrə 
isnadən qeyd edək ki, toplunun 1915-ci ilə kimi 44 buraxlışı Tiflisdə, son 
iki  nömrəsi-  1926  (45-ci  buraxlış)  və  1929-cu  ildə  sonuncu  –  46-cı 
buraxlışı  (3,4)  olmuş  və  bunlar  Maxaçqalada  tərtib  və  nəşr  edilmişdir. 
Hətta bir çox saytlar da (7,8,9,10,11) fikrimizi təsdiq edə bilərlər.  
Bu  toplu  Azərbaycan  xalq  nağıllarının  da  çox  saylı  nəşrini  həyata 
keçirən  ilk  mətbu  orqanı  idi.  “Указатель  к  I  –  XX  выпусками 
СМОМПК  1881-1894  г.”  adlı  göstərici  nağıllara  və  həmçinin 
SMOMPK-a həsr olunmuş ilk biblioqarik göstəricidir. Hansı ki, nağıllar 
bu  göstəricinin  əsas  tərkib  hissələrindən  birini  təşkil  edir.  Bu  göstərici 
ölkəşünaslıq  xarakteri  daşıyır  və  müəllifi  E.  Kozubskiydir.  Onun  tərtib 
etdiyi bu göstəricinin 1-ci cildi 1895, 2-ci cildi isə 1902 ildə Tiflisdə nəşr 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə