Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə66/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   62   63   64   65   66   67   68   69   ...   78

149 
 
tarixin  qısa  xülasəsi”  adlı  ikinci  bölməsində  verilir.  Burada  ən  qədim 
dövrlərdən başlayaraq indiki günədək Azərbaycan tarixinin əsas məqam-
ları  barədə  yığcam  məlumat  verilir.
 
Bu zaman tarixi  dövrləşmə kimi  ən 
qədim zamanlardan XX əsrin əvvəllərinə qədərki dövr, Azərbaycan Xalq 
Cümhuriyyəti dövrü, Sovet dövrü və ən yeni dövr fərqləndirilir.  
Layihənin ikinci hissəsi “Müstəqil Azərbaycan” adlanır. Bu hissə 
dörd bölmədən ibarətdir.  “Dövlət  müstəqilliyinin  bərpası  və  qorunub 
saxlanması”  adlanan  birinci  bölmə  XX  əsrin  80-ci  illərinin  sonunda 
Azərbaycanda  baş  verən  hadisələrdən,  müstəqillik  ideyalarının  geniş 
yayılmasından, bu istiqamətdə mübarizədən və nəticədə dövlət müstəqil-
liyinin bərpasından bəhs edir.  
Azərbaycanın  müasir  dövlət  quruluşu  barədə  dolğun  təsəvvür 
yaratmağa  xidmət  edən  “Dövlət  hakimiyyəti  və  milli  təhlükəsizliyin 
təminat  sistemi”  adlanan  ikinci  bölmə  müasir  dövrdə  Azərbaycanın 
dövlət  hakimiyyəti  sistemi,  ölkənin  milli  təhlükəsizliyini  təmin  edən
 
dövlət qurumları haqqında məlumat verir.  
“Hüquqi  dövlət  quruculuğu”  adlanan  üçüncü  bölmə  Azərbay-
canda  hüquqi  dövlət  qurmaq  sahəsində  əsası  ümummilli  lider  Heydər 
Əliyev  tərəfindən  qoyularaq
 
Prezident  İlham  Əliyev  tərəfindən  davam 
etdirilən  ardıcıl  işdən,  bu  sahədə  məhkəmələrin  rolundan,  respublika 
qanunları  ilə  təsbit  edilmiş  insan  hüquq  və  azadlıqlarının  təmin 
edilməsindən, həmin sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıqdan bəhs 
edir. Bölmənin ancaq Azərbaycan versiyası vardır. 
Azərbaycan həm Xalq Cümhuriyyəti, həm də müstəqilliyin bərpası 
dövründə  fəal  şəkildə  beynəlxalq  əlaqələr  qurmuş,  dünya  birliyində 
layiqli  mövqe  qazanmışdır.  Bu  səbəbdən  də  həmin  mövzu  istiqamətinə 
ayrıca  bölmə  həsr  edilmişdir.  “Azərbaycan  beynəlxalq  arenada” 
adlanan  həmin  (dördüncü)  bölmə  Azərbaycanın  dünya  miqyasında  ən 
nüfuzlu beynəlxalq təşkilatlara üzv olmasına və onlarla əməkdaşlığa dair 
materialları  özündə  əks  etdirir.  Bu  bölmə  9  altbölmədən  ibarətdir. 
Birincidə beynəlxalq təşkilatlarla əlaqələrin ümumi məsələlərindən bəhs 
edilir, qalan altbölmələrdə isə BMT, Avropa İttifaqı və digər beynəlxalq 
təşkilatlarla (cəmi 8 təşkilat) ölkəmizin əlaqələri işıqlandırılır.  
Məlumdur  ki,  həm  ümummilli  lider  Heydər  Əliyev,  həm  də  onun 
əməllərinin  layiqli  davamçısı  Prezident  İlham  Əliyev  ölkəmizin  iqtisadi 
inkişafına,  xalqımızın  rifah  halının  yaxşılaşdırılmasına  müstəsna 
əhəmiyyət  vermişlər.  Bu prioritet müasir dövrdə  də Azərbaycan dövlət-
çiliyinin  diqqət  yetirdiyi  sahələrdən  biridir.  Layihənin  üçüncü-  “Sosial-
iqtisadi inkiĢaf” adlı hissəsi həmin məsələyə həsr edilmişdir. Bu hissə 7 
bölmədən ibarətdir. “Ümumi  məlumat” adlanan birinci bölmədə dövlət 


150 
 
müstəqilliyinin bərpasından sonra Azərbaycanda sosial-iqtisadi inkişafın 
ümumi icmalı verilir.  
“Sənaye” adlanan ikinci bölmə dövlət müstəqilliyinin bərpasından 
sonra  Azərbaycanda  sənayenin  müxtəlif  sahələrinin  inkişafı  sahəsində 
qazanılmış uğurlardan, “Kənd təsərrüfatı” adlanan üçüncü bölmə dövlət 
müstəqilliyinin  bərpasından  sonra  Azərbaycanda  kənd  təsərrüfatının 
nailiyyətlərindən, “Neft strategiyası” adlanan dördüncü bölmə müstəqil 
Azərbaycanın  sosial-iqtisadi  dirçəlişində  mühüm  əhəmiyyətə  malik  neft 
sənayesinin  inkişafı  sahəsində  siyasətin  həyata  keçirilməsindən,  “ĠKT” 
adlanan beşinci bölmə Azərbaycanda dövlət müstəqilliyinin bərpasından 
sonra  informasiya-kommunikasiya  texnologiyalarının  inkişafı  sahəsində 
görülmüş işlərdən, “Regionların sosial-iqtisadi inkiĢafı” adlanan altıncı 
bölmə  Azərbaycanda  müstəqillik  dövründə  regionların  sosial-iqtisadi 
inkişaf üzrə hazırlanaraq həyata keçirilən işlərdən, bu istiqamətli Dövlət 
Proqramlarının reallaşdırılmasından bəhs edir..  
Bu hissənin nisbətən geniş əhatəli “Sosial sahə” adlanan yeddinci 
bölməsində  isə  müstəqillik  dövründə  ölkəmizdə  təhsilin,  elmin, 
səhiyyənin,  mədəniyyətin,  turizmin  və  idmanın  inkişafının  ümumi 
icmalını  verilir.  Burada  həmin  sahələrin  hər  birinə  ayrıca  altbölmə  həsr 
edilmişdir.  
Azərbaycanın müstəqilliyi ilə bağlı araşdırma aparan tədqiqatçıları, 
mətbuat  nümayəndələrini,  eləcə  də,  bu  mövzu  ilə  maraqlanan  geniş 
oxucu  kütləsini  bu  məsələ  ilə  bağlı  rəsmi  sənədlər  çox  maraqlandırır. 
Layihənin  belə  mənbələrin  toplandığı  dördüncü  hissəsi  “Sənədlər” 
adlanır.  Bu  hissə  dörd  bölmədən  ibarətdir.  Birincidə  Azərbaycan 
Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan 
Respublikası Ali Sovetinin 30 avqust 1991-cu il tarixli Bəyannaməsinin, 
ikincidə  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  haqqında  18 
oktyabr  1991-ci  il  tarixli  Konstitusiya  Aktının,  üçüncüdə  12  noyabr 
1995-ci  ildə  qəbul  edilmiş  Azərbaycan  Respublikasının  Kons-
titusiyasının, “Digər sənədlər” adlı sonuncu bölmədə isə 1990 -2008-ci 
illərdə  qəbul  edilmiş  bir  sıra  qanunların  mətnləri  verilmişdir.  Sonuncu 
bölmənin ingilis versiyası yoxdur 
Layihənin  beşinci  hissəsi  “Müstəqilliyin  ildönümünə  dair 
materiallar” adlanır. Bu hissə iki bölmədən ibarətdir. “Nitqlər, çıxıĢlar, 
müraciətlər,  fərman  və  sərəncamlar”  adlanan  birinci  bölmə  ayrı-ayrı 
illərdə  dövlət  müstəqilliyinin  bərpasının  ildönümü  tarixləri  ilə  əlaqədar 
keçirilən  tədbirlərdə  ümummilli  lider  Heydər  Əliyevin  və  Prezident 
İlham  Əliyevin  söylədikləri  nitqlər,  çıxışlar,  təbriklər,  bu  məsələ  ilə 
əlaqədar imzaladıqları fərman və sərəncamlar öz əksini tapmışdır.  


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə