Китабханашцнаслыг


“Xarici  ölkələrdə  keçirilən  tədbirlər”



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə67/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   63   64   65   66   67   68   69   70   ...   78

151 
 
“Xarici  ölkələrdə  keçirilən  tədbirlər”  adlanan  ikinci  bölmədə 
dünyanın müxtəlif ölkələrində Azərbaycanın səfirlikləri və digər qurum-
lar  tərəfindən  respublikamızın  öz  dövlət  müstəqilliyini  bərpa  etməsinin 
ildönümləri ilə əlaqədar keçirilmiş tədbirlər haqqında məlumat verilir.  
Layihənin  altıncı  hissəsi  “Xronologiya”  adlanır.  Azərbaycan 
kitabxana  praktikasında  əhəmiyyətli  yeniliyin  nümunəsi  kimi 
qiymətləndirilə  bilən  bu  hissə  ölkəmizdə  bu  mövzu  ilə  əlaqədar  tərtib 
edilmiş  ilk  faktoqrafik-xronoloji  informasiya  mənbəyidir.  Bu  bölmədə 
müstəqillik  ərəfəsində  və  müstəqillik  illərində  (1988-2011-ci  illər 
ərzində)  baş  vermiş  ən  mühüm  hadisələr  haqqında  lakonik  məlumat 
verilmişdir.  Burada  1980-ci  il  20  fevral  tarixindən  2011-ci  ilin  25 
oktyabrına qədər cədvəl şəklində hər sətirdə əvvəlcə tarixlər göstərilmiş, 
onun qarşısında isə həmin tarixin müstəqillik baxımdan nə ilə əlamətdar 
olduğu izah edilmişdir. Bu təqdirəlayiq bölmənin həcmi 45 səhifədir. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  Prezident  Kitabxanasının  sənəd-
informasiya toplularının əksər hissəsində toplunun mövzusu ilə əlaqədar 
müstəqil  mənbə  kimi  əhəmiyyət  kəsb  edən  sanballı  kitabların  və 
məqalələrin  tam  mətnləri  ayrıca  bölmədə  cəmlənir  və  tələbatçıların 
istifadəsinə  verilir.  Təqdim  edilən  layihənin  “Elektron  resurslar” 
adlanan  yeddinci  hissəsi  də  həmin  funksiyanı  yerinə  yetirir.  Burada 
Azərbaycanın  öz  dövlət  müstəqilliyini  bərpa  etməsi  mövzusuna  dair  ən 
əhəmiyyətli  kitab  və  məqalələrin  tammətnli  elektron  versiyaları 
toplanmışdır.  Onun  daxilində  “Kitablar”  adlanan  birinci  bölmədə 
Azərbaycan  dilində  54  adda,  ingilis  dilində  6  adda,  rus  dilində  isə  36 
adda  kitabın  elektron  versiyaları  toplanmışdır.  “Məqalələr”  adlanan 
ikinci  bölmədə  169  adda(ümumi  həcmi  801  səhifə),  ingilis  dilində  38 
adda (ümumi həcmi 190 səhifə), rus dilində 28 adda (ümumi həcmi 126 
səhifə)məqalənin tammətnli elektron versiyaları toplanmışdır. 
Layihənin səkkizinci hissəsi “Biblioqrafiya” adlanır. Burada Azər-
baycanın dövlət müstəqilliyini bərpa etməsi mövzusuna dair əlavə mənbə 
kimi istifadəsi tövsiyə edilən kitab, məqalə və dissertasiya avtoreferatları-
nın biblioqrafik siyahısı verilmişdir. Buradakı materiallar nəşr növlərinə 
görə üç bölməyə ayrılmışdır. “Kitablar” adlanan birinci bölmədə 1996-
cı  ildən  başlayaraq  indiyə  qədər  Azərbaycanın  müstəqilliyi  ilə  əlaqədar 
mövzu üzrə nəşr edilmiş kitablar haqqında məlumat verilir. Həmin kitab-
ların biblioqrafik təsvirləri dillər üzrə qruplaşdırılmış, onun daxilində isə 
material  əlifba  ardıcıllığı  ilə  düzülmüşdür.  Bu  zəngin  biblioqrafik  mən-
bədə  Azərbaycan  dilində  697  adda,  xarici  dillərdə  isə  75  adda  kitabın 
biblioqrafik təsviri toplanmışdır.  
“Məqalələr” 
-“Dövri 
mətbuat. 
Dövlət 
müstəqilliyinin 
bərpasının  iyirminci  ildönümünə  həsr  olunmuĢ  tədbirlər”  adlanan 


152 
 
ikinci  bölmədə  2004-cüı  ildən  başlayaraq  indiyə  qədər  Azərbaycanın 
müstəqilliyi ilə əlaqədar mövzular üzrə dərc edilmiş məqalələr haqqında 
biblioqrafik  məlumat  verilir.  Müstəqilliyin  20  illiyi  ilə  bağlı  tədbirlər 
haqqında  biblioqrafik  informasiya  ayrıca  bölmədə  verilmişdir. 
Bölmədəki  material  düz  xronoloji  ardıcıllıqla  düzülmüşdür.  Burada 
Azərbaycan  dilində  349  adda,  ingilis  dilində  14 adda,  rus  dilində  isə  88 
adda materialın biblioqrafik təsviri öz əksini tapmışdır.  
“Avtoreferatlar”adlanan  üçüncü  bölmədə  ictimai  elmlərin 
müxtəlif  sahələrində  Azərbaycanın  dövlət  müstəqilliyi  ilə  əlaqədar 
mövzular  üzrə  ölkəmizdə  müdafiə  edilmiş  alimlik  dissertasiyalarının 
avtoreferatlarının  biblioqrafik  siyahısı  verilmişdir.  Bunlardan  112 
avtoreferat  Azərbaycan,  50  avtoreferat  isə  rus  dilindədir.  Bölmədəki 
material  əvvəlcə  dillər  üzrə  qruplaşdırılmış,  onun  daxilində  isə  əlifba 
ardıcıllığı əsas götürülmüşdür. 
Layihənin doqquzuncu hissəsi “Fotoqalereya.  Müstəqil  Azərbayca-
nın keçdiyi tarixi yolun qısa  fotoxronikası” adlanır. Burada Azərbay-
canın dövlət müstəqilliyini bərpa etməsi mövzusunda ən əhəmiyyətli mə-
qamları əks etdirən 78 ağ-qara və rəngli sənədli fotoşəkil toplanmışdır. 
Beləliklə,  bu  zəngin  layihənin  hər  üç  dil  versiyasında  təqdim 
edilmiş  materialların  ümumi  həcmi  3142  səhifə  təşkil  edir.  Bura  əlavə 
kimi  verilmiş  materialları  (kitab  və  məqalələrin  tam  mətni)  və  biblioq-
rafik  siyahıları  da  əlavə  etsək.  həmin  rəqəm  bir  xeyli  dəfə  də  artar.  Bu 
elektron  layihənin  həm  həcminin,  zənginliyinin,  həm  də  quruluşunun 
ənənəvi  nəşrlərlə,  eləcə  də  digər  internet  informasiya  resursları  ilə 
müqayisəsi belə bir fikir söyləməyə əsas verir ki, bu layihə indiyə qədər 
Azərbaycan  Respublikasının  öz  dövlət  müstəqilliyini  bərpa  etməsi 
mövzusunda  yaradılmış  ən  geniş  əhatəli  və  zəngin  informasiya 
mənbəyidir.  Bundan  əlavə,  haqqında  bəhs  etdiyimiz layihənin  quruluşu-
nun  və  informasiya-axtarış  imkanlarının  təhlili  göstərir  ki,  bu  gün 
Prezident  Kitabxanasında  elektron  sənəd-informasiya  topluları  kimi 
orijinal və faydalı sənəd-informasiya mənbələrinin yaradılması sahəsində 
bitkin  bir  metodika  formalaşmışdır  və  Kitabxananın  bu  faydalı  örnəyi 
respublikanın  digər  kitabxanaları  tərəfindən  öyrənilməli  və  hər  bir 
kitabxana bunu öz profilinə uyğun olaraq yaradıcılıqla tətbiq edilməlidir. 
Fikrimizcə,  digər  iri  kitabxanaların  da  bu  metodikadan  istifadə  etmələri 
ümumilikdə Azərbaycan kitabxanalarının sənəd-informasiya resurslarının 
inkişafına  yeni  təkan  verə,  ölkəmizdə  qəbul  edilmiş  müvafiq  direktiv 
sənədlərdə  nəzərdə  tutulmuş  cəmiyyətin  informasiya  təminatının 
təkmilləşdirilməsi sahəsində yeni və xeyli əhəmiyyətli mərhələ ola bilər. 
 Bu  layihənin  informasiya  təminatı  baxımdan  necə  aktual  olması 
layihənin  materiallarının  saytda  yerləşməsindən  sonra  sayta  olan  müra-


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə