Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə64/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   60   61   62   63   64   65   66   67   ...   78

145 
 
edilməsinə gəldikdə, burada da kitabxananın ənənəvi funksiya və xidmət 
istiqamətlərinə  prinsipcə  fərqli  bir  yeniliyin  əlavə  edilməsini  söyləmək 
mümkün deyil.  
XXI  əsrin  astanasında  kitabxana  fəaliyyətində  yeni  informasiya 
texnologiyalarının  geniş  miqyasda  tətbiqi  və  rəqəmli  kitabxanaların 
yaradılması  ilə  əlamətdar  olmuşdur.  Məlumdur  ki,  yeni  informasiya 
texnologiyalarının  kitabxana  işinə  tətbiqi  sahəsində  ilk  mövqe  ABŞ 
kitabxanalarına  məxsusdur.  Məhz  buna  görə  də  “rəqəmli  kitabxanalar” 
(“digital  libraries”)  termini  ilk  dəfə  məhz  bu  ölkədə  fəaliyyət  göstərən 
Milli  Tədqiqat  Təşəbbüsləri  üzrə  Korporasiyanın  1988-ci  il  üçün  illik 
hesabatında istifadə edilmişdir [4].
 
Belə kitabxanalar tələbatçıların sənəd-
informasiya təminatını coğrafi və zaman məhdudiyyəti olmadan rəqəmli 
sənədlərlə yüksək keyfiyyətlə həyata keçirməyə imkan verirlər. 
Bizim  fikrimizcə,  XX  əsrin  son  rübü  və  XXI  əsrin  əvvəllərində 
həm ənənəvi, həm də rəqəmli kitabxanaların fəaliyyətində, onların yerinə 
yetirdiyi  xidmətdə  meydana  gəlmiş  əsas  yeniliklərdən  biri  ənənəvi 
fondlarda  və  ya  əlçatar  səviyyəli  digər  mənbələrdə  olan  sənəd  və 
informasiya  resurslardan  istifadə  etməklə,  yeni  tərtibat,  kompozisiya 
əməliyyatlarını  yerinə  yetirməklə  nisbi  yeniliyə  malik(  törəmə)  sənəd-
informasiya  resursları  yaradılmasıdır.  Beləliklə,  bir  sənəd-kommunika-
siya  institutu  olmaqla  kitabxana  informasiya  tələbatının  öyrənilməsinin 
müxtəlif  metodlarını  tətbiq  etməklə  özünün  tələbatçılarının  hansı 
mövzulu,  istiqamətli,  janrlı  və  s.  xassəli  sənəd  formasında  olan  infor-
masiyaya  ehtiyacları  olduğunu  müəyyənləşdirir  və  öz  fondunda  olan 
sənəd  resuslarından  istifadə  etməklə  həmin  tələbatı  daha  məqsədəyönlü, 
dolğun  ödəməyə  imkan  verən  informasiya  mənbələri  yaradır.  Biz  bu 
elektron sənəd-informasiya toplularını ona görə “törəmə” adlandırırıq ki, 
burada  olan  informasiya  öz  mənşəyinə  görə  əsasən  orijinal  olmayıb, 
kitabxananın  fondunda  olan  ayrı-ayrı  sənədlərin  (monoqrafik  əsərin, 
dövri  nəşrlərdə  dərc  edilmiş  materialın)  tam  mətnlərinin  və  ya  onların 
ayrı-ayrı bölmə və hissələrinin, fraqmentlərin məcmusudur. Bir çox halda 
belə sənəd-informasiya resursunun əsas hissəsinə digər komponentlər də 
əlavə  edilə  bilər.  Belə  əlavə  komponentlərə  sənəd-informasiya 
resursunun  mövzusuna,  istiqamətinə  uyğun  olan,  bütöv  şəkildə  təqdim 
edilməsi  məqsədəuyğun  hesab  edilən  kitablar,  məqalələr  və  digər  bütöv 
(tam)  sənədlər,  mövzu  ilə  bağlı  əlavə  mütaliə  edilməsi  məsləhət  bilinən 
digər kitabların, məqalələrin və digər tam sənədlərin biblioqrafik siyahısı, 
əlavə olaraq illüstrasiyalar, xəritələr, video və audiofayllar aiddir.  
Müşahidələr  göstərir  ki.  aktual  mövzu  istiqamətli  və  tələbatçı 
ünvanlı  belə  resursların  yaradılması  bu  tipli  istifadəçi  tələbatının 
ödənilməsinin  effektivliyini  dəfələrlə  yüksəltməyə  imkan  verir.  Çünki, 


146 
 
çox  az  oxucu  kitabxananın  sənəd-informasiya  resursunu  kitabxanaçının 
özü qədər dərindən təhlil edə, fondda olan relevant ilkin sənədləri kitab-
xanaçı  qədər  peşəkar  səviyyədə,  tamlıqla  aşkara  çıxara,  onlardan  bitkin 
bir  kompozisiya  yarada  bilər.  Bu  baxımdan  kitabxananın  mütəxəssisləri 
tərəfindən tərtib edilən belə mənbələr əhəmiyyətinə görə əvəzsizdir.  
Əlbəttə, kitabxanalarda belə sənəd-informasiya resurslarına tələbat 
əvvəllər də var idi və onları ənənəvi üsullardan istifadə etməklə yaratmaq 
da  prinsipcə  mümkün  idi.  Sadəcə  olaraq,  bu  iş  xeyli  çox  vaxt  və  işçi 
qüvvəsi  tələb  etdiyi  üçün  onu  həyata  keçirmək  praktik  olaraq  qeyri-
mümkün  idi.  Belə  mənbələrin  yaradılması  üçün  texniki  imkan  yalnız 
kitabxanalarda  yeni  informasiya  texnologiyalarının  mənimsənilməsi  və 
onların potensial imkanlarının öyrənilməsi ilə mümkün olmuşdur.  
Dünya  kitabxanalarında  haqqında  bəhs  etdiyimiz  tipli  törəmə 
sənəd-informasiya  resursları  ilk  dəfə  XX  əsrin  90-cı  illərinin  sonlarında 
ABŞ kitabxanalarında yaradılmağa başlamışdır. Bu iş ilk növbədə həmin 
ölkənin  təhsil  müəssisələrindəki,  əvvəlcə  universitetlərdə,  sonra  isə 
ümumtəhsil  məktəblərindəki  kitabxanalarda  (məktəb  media  mərkəz-
lərində) həyata keçirilməyə başladı və belə resurslar təhsil subyektlərinin 
sənəd-informasiya  tələbatını  daha  tez  və  dolğun  ödəmək  məqsədinə 
xidmət edirdi. 
Azərbaycanda  isə  bu  tipli  resursların  yaradılması  sahəsində  ilk 
praktiki  işlər  məhz  Azərbaycan  Respublikası  Prezidenti  İşlər  İdarəsinin 
Prezident  Kitabxanasında  həyata  keçirilmişdir.  Məlumdur  ki,  bu 
kitabxana  Azərbaycanda  kitabxana-biblioqrafik  proseslərdə  yeni  infor-
masiya  texnologiyalarının,  yeni  metodların  tətbiqi  sahəsində  aparıcı 
mövqelərə  malikdir.  Elektron  kataloqla  bağlı  tammətnli  verilənlər 
bazasının, fonda daxil olan dövri və ardı davam edən sənədlərin elektron 
kartotekasının  yaradılması  işi  respublikamızda  məhz  bu  kitabxanada 
mənimsənilmişdir.  Eləcə  də,  ölkəmizin  kitabxanaları  arasında  ilk  dəfə 
olaraq  məhz  burada  sənəd-informasiya  topluları  tipli  elektron  resurslar 
yaradılmağa  başlanmışdır.  Bunlar  2004-cü  ilin  avqustunda  istifadəyə 
verilmiş  “Xoşməramlı  səfir”  və  “Azərbaycanda  Olimpiya  hərəkatı”  adlı 
sənəd-informasiya  toplularıdır.  Həmin  ilk  mənbələrin  yaradılmasından 
indiyədək 
Prezident  Kitabxanasında  elektron  sənəd-informasiya 
topluları- 13 adda e-resurs və 9 adda e-layihə yaradılmışdır. Bu toplular 
kitabxananın  missiyası,  onun  fəaliyyətinin  əsas  istiqaməti  və 
istifadəçilərin sənəd-informasiya tələbatının əsas istiqamətlərinə müvafiq 
olaraq tərtib edilmişdir. Məlum olduğu kimi, Kitabxananın fəaliyyətində 
əsas  istiqamət  ölkənin  ali  icra  hakimiyyəti  orqanlarının  sənəd-
informasiya  tələbatının  ödənilməsi,  Azərbaycan  dövlətçiliyi,  idarəetmə 
sistemi,  iqtisadiyyatı,  sosial  quruculuğu,  tarixi  və  digər  ölkəşünaslıq 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə