Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə63/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   59   60   61   62   63   64   65   66   ...   78

143 
 
-  elektron  informasiya  fondlarının  formalaşdırılması  və  virtual 
kitabxanaların  inkişaf  etdirilməsi,  “Azərbaycan  ədəbiyyatının  virtual 
kitabxanası”nın oxucuların istifadəsinə verilməsi;  
-  elektron  kataloq  və  elektron  kitabxanaların  yaradılması  işinin 
təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması; 
- kompüterləşdirilmiş kitabxana infrastrukturunun qurulması, kitab-
xanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi” kimi vacib 
vəzifələr sadalanır [1, S.11-12.].
  
Göründüyü  kimi,  bu  vacib  direktiv  sənəddə  ölkənin  kitabxanaları 
tərəfindən  cəmiyyətin  intensivləşən  informasiya  tələbatının  lazımınca 
ödənilməsinə  xüsusi  diqqət  yetirilir.  Bu  tədbirlər  həm  də  kitabxana 
fəaliyyəti  sahəsində  dünyada  müşahidə  edilən  tendensiyaya  müvafiqdir. 
Məlumdur  ki,  dünyanın  inkişaf  etmiş  ölkələrində  kitabxanalara  həm  də 
vətəndaşların informasiyaya azad müyəssərlik hüququnun reallaşdırıldığı 
bir məkan kimi də xüsusi önəm verilir [2, S.3.] Bu tendensiya müstəqillik 
dövründə Azərbaycanda da bərqərar olmuşdur və bu hüququn reallaşması 
üçün  Prezident  Kitabxanasında  da  xeyli  iş  görülür.  Ölkəmizin  ən 
mükəmməl  kitabxanalarından  biri  kimi  Prezident  Kitabxanası  qabaqcıl 
texnologiyaların  tətbiqi,  yeni  metodlardan  istifadə  sahəsində  Dövlət 
Proqramında  təsbit  edilmiş  məsələlərin  həyata  keçirilməsi  istiqamətində 
ardıcıl və planauyğun fəaliyyət həyata keçirir.  
Dövlət Proqramının qəbulundan keçən müddət ərzində kitabxanada 
hər  il  yeniliklər  həyata  keçirilir,  fəaliyyət,  xidmət  prosesi  daha  da 
təkmilləşdirilir. Prezident Kitabxanasında formalaşmış  bu  ənənə  2011-ci 
ildə  də  davam  etdirilmişdir.  Məhz  bu  səbəbdən  də  2011-ci  ildə  öz 
fəaliyyətində  əhəmiyyətli  nəticələrə  nail  olan  kitabxanaların  sırasında 
Azərbaycan  Respublikası  Prezidentinin  İşlər  İdarəsinin  Prezident 
Kitabxanası  da  xüsusilə  qeyd  edilməlidir.  Məlumdur  ki,  Azərbaycan 
Respublikasının dövlət müstəqilliyinin bərpasının ildönümü ilə əlamətdar 
olmuşdur.  Bu  səbəbdən  də  Prezident  Kitabxanası  Azərbaycan  həmin 
əlamətdar  hadisəyə  həsr  edilmiş  qiymətli  töhfə  hazırlamışdır.  Belə  ki, 
həmin  tarixi  ildönümü  ilə  bağlı  Prezident  Kitabxanası  tərəfindən  zəngin 
on  layn  sənəd-informasiya  toplusu,  “Azərbaycan  Respublikası  -  20  “ 
adlı  elektron  layihə  hazırlanaraq  tələbatçıların  istifadəsi  üçün 
Kitabxananın internet saytına yerləşdirilmişdir (http://republic.preslib.az/ 
index.html). 
Quruluşca  mürəkkəb  və  geniş  informasiya  təminatı  imkanlarına 
malik bu layihənin strukturuna nəzər yetirməzdən əvvəl belə mənbələrin 
yaradılmasının  zərurətinə,  onların  müasir  kitabxana  praktikasında 
tutduğu yerə və əhəmiyyətinə nəzər yetirmək məqsədəuyğundur.  


144 
 
Meydana  gəlməsi  tarixi  dörd  min  ildən  artıq  olan  sənəd-
informasiya  təminatı  müəssisəsi  kimi  kitabxanalar  yarandıqları  ilk 
vaxtdan  indiki  dövrə  qədər  zəngin  bir  inkişaf  yolu  keçmişlər.  Yaran-
masının  ilk  dövründə  kitabxanalar  o  zaman  qiymətli  sərvət  sayılan  və 
müxtəlif  maddi  informasiya  daşıyıcılarına  yazılan  sənədləri  toplamaq, 
mühafizə  etmək  və  onların  istifadəsini  təşkil  etmək  funksiyasını  yerinə 
yetirirdi.  Bununla  paralel  olaraq  kitabxanalarda  həmin  sənəd  fondunun 
tərkibini açan ilk biblioqrafik mənbələr-siyahı formalı kataloqlar yaradıl-
dı.  Təbii  ki,  ən  qədim  dövrlərdən  başlayaraq  kitabxanaçıların  xidməti 
təkcə istifadəçiyə sənəd verməklə məhdudlaşmırdı. Onlara həm də şifahi 
şəkildə  sənədlərin  məzmununu  açan,  indiki  terminologiya  ilə  desək. 
“kontent  xarakterli”  informasiya,  həm  də  sənədləri  identifikasiya  edən 
ikinci səviyyəli – biblioqrafik informasiya verilirdi. Bizim eranın başlan-
ğıcında isə kitabxanalar öz sənəd-kommunikasiya funksiyaların  daha da 
genişləndirərək  sənədlərin  duplikasiyası  (nüsxələrinin  köçürülərək 
çoxaldılması) və tələbatçılara təkcə öz fondlarında olan sənədlər haqqın-
da  deyil,  harada  saxlanmasından  asılı  olmayaraq  ümumiyyətlə  mövcud 
olan sənədlər haqqında sıyahılar, göstəricilər şəklində biblioqrafik infor-
masiya verməyə başladlılar. 
Bizim  fikrimizcə  kitabxana  işinin  tarixin  sonrakı  iki  min  illik 
inkişafında  yerinə  yetirdiyi  əsas  vəzifədə  əhəmiyyətli  bir  yenilik 
müşahidə edilməmişdir. Belə yeniliklər ancaq XX əsrin ikinci yarasından 
etibarən  tədricən  yeni  informasiya  texnologiyalarının  sənəd-kommu-
nikasiyalar  sisteminə  nüfuz  etməsi  ilə  başlamışdır.  İnformasiyanın 
emalını, saxlanmasını, onun axtarılmasını, tələbatçılara təqdim edilməsini 
dəfələrlə  sürətləndirən  və  asanlaşdıran  belə  texnologiyaların  əvvəlcə 
nəşriyyatlarda,  elmi  və  texniki  informasiya  orqanlarında  tətbiq  edilmə-
sinin  ardınca  onlar  kitabxana  işinə  də  yol  tapdılar.  Əgər  biz  kitabxana 
işində  yeni  texnologiyalarının tətbiqinin  ən parlaq nümunəsi  kimi  qəbul 
edilən elektron kataloqun (biblioqrafik verilənlər bazalarının) yaradılması 
prosesinə nəzər salsaq, bu yeniliyin yerinə yetirdiyi funksiya baxımından 
ənənəvi  kataloq  və  kartotekadan  prinsipcə  bir  fərqi  olmadığını  görərik. 
Burada  fərq  bu  işin  daha  asan  və  daha  səmərəli,  texnikanın  və  proqram 
təminatının tətbiqi ilə görülməsi, bir sənədin biblioqrafik yazısının ancaq 
bir dəfə(elektron formada) yaradılması və sonradan dəfələrlə ən müxtəlif 
məqsədlərlə  istifadə  edilmək,  daxili  kompüter  şəbəkəsində,  internetdə 
yerləşdirmək,  bu  şəbəkələrlə  istənilən  ünvana  göndərmək  imkanının 
olmasıdır.  
Kitabxana  tərəfindən  nəşriyyatlar  və  digər  müəssisələr  tərəfindən 
yaradılmış elektron sənədlərin qəbul edilərək (komplektləşdirilərək) oxu 
zalı  və  ya  abonement  vasitəsi  ilə  tələbatçıların  istifadəsinə  təqdim 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə