Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə59/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   55   56   57   58   59   60   61   62   ...   78

134 
 
mətin  səmərələliyi,  informasiya  mənbələrindən  istifadənin  fəallaşdırıl-
ması bilavasitə kitabxana-informasiya resurslarının əsas komponenti olan 
kitabxanaçı-biblioqraf  kadrlarla  təminat  vəziyyətindən,  həmin  kadrların 
təhsil  səviyyəsi,  peşəkarlığı,  təcrübəsi  və  s.  amillərdən  asılıdır.  İqtisadi 
rayon üzrə kitabxana mütəxxəsislərinin 33%-i ali ixtisas təhsilli, 10,1%-i 
orta-ixtisas təhsilli, 10,4%-i ali qeyri-ixtisas təhsilli, 9,8%-i isə orta qeyri-
ixtisaslı  kadrlardır.  Bu  da  ümumilikdə,  20,2  %-təşkil  edir.  Kitabxana 
işçilərinin  64,9%-i  orta  təhsillilərdən  ibarətdir  ki,  bu  da  ölkə  üzrə 
göstəricilərdən  2  dəfə  yüksəkdir.  Bu  vəziyyət  Sədərək  rayonunda 
(86,6%),  Culfa  rayonunda  (75,5%)  və  Babək  rayonunda  (73%)  özünü 
qabarıq  şəkildə  göstərir.  Lakin  ali  ixtisas  təhsilli  mütəxəssislərin  xüsusi 
çəkisinin ölkə üzrə olan göstəricidən (18,1%) yüksək olmasını da (33%) 
xüsusi  qeyd  etmək  lazımdır.  Orta  ixtisaslı  kadrların  təhsil  səviyyəsinə 
baxdıqda məlum olur ki, bu kateqoriyadan olanlar ümumi işçilərin yalnız 
10,1 %-ni təşkil edir ki, bu rəqəm ölkə üzrə 20 %-dir.  
 Ermənistanın  Azərbaycana  qarşı  apardığı  işğalçı  müharibə 
nəticəsində  torpaqlarımız  zəbt  olunmuş,  işğal  altında  qalan  rayonlarda 
mövcud  iqtisadi  potensial  talan  edilmiş,  istehsal-texniki  və  infrastuktur 
obyektləri  dağıdılmış,  Azərbaycan  xalqı  çoxsaylı  insan  tələfatına  məruz 
qalmış,  bir  milyona  yaxın  vətəndaş  öz  yaşayış  və  iş  yerlərini,  var- 
dövlətlərini itirərək öz vətənində qaçqın vəziyyətinə düşmüşdür. 
Dağlıq  Qarabağ  və  Kəlbəcər-Laçın  iqtisadi  rayonları  işğal  olunsa 
da,  əhalinin  köçkünlük  şəraitində  yaşadığı  ərazilərdə  mövcud  şəraitə 
uyğun  olaraq,  kitabxanalar,  məktəblər  və  s.  fəaliyyət  göstərir.  Dağlıq 
Qarabağ  iqtisadi  rayonu  Ağdam,  Tərtər,  Xocavənd,  Xocalı,  Şuşa, 
Cəbrayıl,  Füzuli  rayonlarını  və  Xankəndi  şəhərini  əhatə  edir.  İqtisadi 
rayonun  Xocavənd,  Xocalı,  Şuşa,  Cəbrayıl  rayonlarının  və  Xankəndi 
şəhərinin  əraziləri  tamamilə,  Ağdam,  Füzuli  və  Tərtər  rayonlarının 
əraziləri  isə  qismən  erməni  işğalı  altındadır.  Bu  səbəbdən  Dövlət 
Proqramı  çərçivəsində  bu  iqtisadi  rayon  üzrə  Ağdam  və  Füzuli 
rayonlarının işğal olunmamış ərazilərinin və Tərtər rayonunun inkişafına 
dair  tədbirlərin  həyata  keçirilməsi  nəzərdə  tutulur.  Hazırda  1482  kv.km 
ərazini  əhatə  edən  bu  üç  rayonda  211,8  min  əhali  yaşayır.  İqtisadi 
rayonda  cəmi  608  kitabxana  resursu  var.  Bu  ölkə  üzrə  göstəricilərin 
7,1%-i  deməkdir.  Kitabxanaların  36,2%-i  Mədəniyyət  və  Turizm 
Nazirliyinin,  59,1%-i  isə  Təhsil  Nazirliyinin  tabeliyində  fəaliyyət 
göstərir.  Bu  kitabxanaların  442-i  (72,7%)  kənd  yaşayış  məntəqələrində 
yerləşir.  Ümumi  yekuna  görə  iqtisadi  rayonun  kənd  kitabxanaları  ölkə 
üzrə  göstəricilərin  2,3%-ni  təşkil  edir.  İqtisadi  rayonun  kənd  yaşayış 
məntəqələrində  Mədəniyyət  və  Turizm  Nazirliyinin  tabeliyində  197, 
Təhsil  Nazirliyinin  tabeliyində  236  kitabxana  fəaliyyət  göstərir.  Dağlıq 


135 
 
Qarabağ  iqtisadi  rayonunda  2072714  nüsxə  informasiya  resursundan 
1264257  nüsxəsi  kənd  kitabxanalarındadır.  98,2%  olmaqla,  fondun 
əsasını  kitablar  təşkil  edir.(6.S.23-56)  Kənd  kitabxanalarında  cəmi  2 
kompüter  var.  İqtisadi  rayonda  560  nəfər  kitabxana  mütəxəssisi  var. 
Onların ixtisas səviyyəsinə görə bölgüsü belədir: ali-ixtisas təhsillilər 33 
nəfər,  ali-qeyri-ixtisas  təhsillilər  56  nəfər,  orta  ixtisas  təhsillilər  147  nə-
fər, orta-qeyri-ixtisas təhsillilər 94 nəfər, ümumi orta təhsillilər 230 nəfər. 
İqtisadi rayon üzrə  mütəxəssislərin yalnız 32,2%-i kitabxana üzrə ali və 
orta-ixtisas  təhsillidir.  Kənd  kitabxanalarında  çalışan  406  nəfər  mütə-
xəssisdən 33,3%-nin ali və orta-ixtisas təhsilli, 20,4%-nin ali və orta qey-
ri-ixtisas təhsilli, 46,3%-nin isə ümumi orta təhsilli olması məlum olur. 
Ağdam inzibati rayonunda cəmi 206 kitabxana resursu var. Onların 
147-i  kənd  yaşayış  məntəqələrində  yerləşir.  Kitabxanaların  49-u 
Mədəniyyət  və  Turizm  Nazirliyinin,  96-ı  isə  Təhsil  Nazirliyinin  tabe-
liyindədir.  Ağdam  rayon  kitabxanalarında  olan  761622  nüsxə  infor-
masiya resursunun, 472050 nüsxəsi kənd kitabxanalarında yerləşir. Digər 
iqtisadi  rayonlarda  olduğu  kimi,  bu  iqtisadi  rayonda  da  fondun  əsasını 
kitablar  təşkil  edir.  Rayon  kitabxanalarında  cəmi  152  nəfər  kitabxana 
mütəxəssisindən 98 nəfəri kənd kitabxanalarında çalışır və 33,6%-i ali və 
orta  ixtisas,  21,5%-i  ali  və  orta  qeyri-ixtisas,  44,9%-i  isə  ümumi  orta 
təhsillidir. (6.S.75-83) 
 Füzuli  inzibati  rayonunda  cəmi  126  kitabxana  resursundan  89-u 
kənd  yaşayış  məntəqələrində  yerləşir.  Mədəniyyət  və  Turizm 
Nazirliyinin tabeliyində  30, Təhsil Nazirliyinin tabeliyində  52 kitabxana 
var.  Kitabxanalardakı  cəmi  285896  nüsxə  informasiya  resursundan 
160448  nüsxəsi  kənd  kitabxanalarındadır.  Kitablar  160362  nüsxə 
olmaqla,  fondun  əsasını  təşkil  edir.  Füzuli  rayon  kitabxanalarında  10 
kompüter  var.  Rayonda  cəmi  121  nəfər  kitabxana  mütəxəssisi  var. 
Onların 90 nəfəri kənd kitabxanalarında çalışır ki, onların 46,7%-i ali və 
orta  ixtisas  təhsilli,  18,9%-i  ali  və  orta-qeyri-ixtisas  təhsilli,  34,4%-i 
ümumi orta təhsillidir.  
Tərtər  inzibati  rayonunda  cəmi  97  kitabxana  resursu  var.  Kitab-
xanaların  85-i  kəndlərdə  yerləşir.  Mədəniyyət  və  Turizm  Nazirliyinin 
tabeliyində  49,  Təhsil  Nazirliyinin  tabeliyində  36  kitabxana  fəaliyyət 
göstərir.  Tərtər  rayon  kitabxanalarında  511332  nüsxə  informasiya 
resursundan  348441  nüsxəsi  kənd  kitabxanalarındadır  ki,  onun  343219 
nüsxəsi  kitablardır.  Kitabxanalarda  87  nəfər  mütəxəssis  var.  Onların  76 
nəfəri kənd kitabxanalarında çalışır. Mütəxəssislərin 34,3%-i ali və orta-
ixtisas  təhsilli,  14,4%-i  ali  və  orta  qeyri-ixtisas  təhsilli,  51,3%-i  ümumi 
orta təhsillidir. 
Cəbrayıl  rayonunda  cəmi  77  kitabxana  resursu  var.  Bu 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə