Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə57/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   53   54   55   56   57   58   59   60   ...   78

130 
 
rayonunun  kənd  yaşayış  məntəqələrində  392999  nüsxə  informasiya 
resursu  var.  Rayon  kitabxanalarında  çalışan  86  nəfər  mütəxəssisdən  69 
nəfəri kənd kitabxanalarında fəaliyyət  göstərir ki, onların  da 3 nəfəri  ali 
və orta - ixtisas təhsillidir. Kənd kitabxanalarında 2 kompüter var. 
İmişli  inzibati  rayonunda  131  kitabxana  resursundan  115-i  kənd 
yaşayış məntəqələrindədir. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyin-
də  63,  Təhsil  Nazirliyinin  tabeliyində  52  kitabxana  fəaliyyət  göstərir. 
İmişli rayonunun kənd yaşayış məntəqələrində 491526 nüsxə informasiya 
resursu  var  və  onun  98,6%-ni  kitablar  təşkil  edir.  Eyni  zamanda  kitab-
xanalarda 3 kompüter var. İmişli rayon kitabxanalarında çalışan cəmi 97 
nəfər  mütəxəssisdən  84  nəfəri  kənd  yaşayış  məntəqələrində  fəaliyyət 
göstərir. Onların 21 nəfəri ali və orta ixtisas təhsillidir. (6.S.75-82) 
Kürdəmir inzibati rayonunda cəmi 123 kitabxana resursundan 109-
u  kənd  yaşayış  məntəqələrindədir.  Mədəniyyət  və  Turizm  Nazirliyinin 
tabeliyində  60,  Təhsil  Nazirliyinin  tabeliyində  49  kitabxana  var. 
Kürdəmir rayon kitabxanalarında 734005 nüsxə informasiya resursundan 
517643 nüsxəsi kənd kitabxanalarındadır  və onların da 98% kitablardır. 
Kitabxanalarda  cəmi  1  kompüter  var.  Kürdəmir  rayon  kitabxanalarında 
çalışan  115  nəfər  mütəxəssisdən  103  nəfəri  kənd  kitabxanalarında 
fəaliyyət göstərir ki, onların da 26 nəfəri ali və orta ixtisas təhsillidir. 
Neftçala  inzibati  rayonunda  cəmi  115  kitabxana  resursundan  78-i 
kənd  yaşayış  məntəqələrindədir.  Onların  43-ü  Mədəniyyət  və  Turizm 
Nazirliyinin,  34-ü  Təhsil  Nazirliyinin  tabeliyində  fəaliyyət  göstərir. 
Rayonun kənd kitabxanalarında cəmi 350605 nüsxə informasiya resursu 
var  ki,  onların  da  99,4%  kitablardır.  Kənd  kitabxanalarında  1  kompüter 
var. Rayon kitabxanalarında çalışan 143 nəfər mütəxəssisdən 108 nəfəri 
kənd kitabxanalarında fəaliyyət göstərir. Mütəxəssislərin 28 nəfəri ali və 
orta ixtisas təhsillidir. 
Saatlı  inzibati  rayonunda  109  kitabxana  resursundan  96-ı  kənd 
yaşayış  məntəqələrindədir.  Onların  59-u  Mədəniyyət  və  Turizm 
Nazirliyinin,  37-i  Təhsil  Nazirliyinin  tabeliyindədir.  Rayonun  kənd 
kitabxanalarında 505929 nüsxə informasiya resursundan 98%-i kitablar-
dır.  Burada  da  kitabxanalarda  1  kompüter  var.  Saatlı  rayon  kitabxana-
larında çalışan 145 nəfər mütəxəssisdən 134 nəfəri kənd kitabxanalarında 
fəaliyyət göstərir. Mütəxəssislərdən 10 nəfəri ali və orta ixtisas təhsillidir. 
Sabirabad  inzibati  rayonunda  161  kitabxana  resursundan  144-ü 
kənd  yaşayış  məntəqələrindədir.  Mədəniyyət  və  Turizm  Nazirliyinin 
tabeliyində  74,  Təhsil  Nazirliyinin  tabeliyində  isə  70  kitabxana  var. 
Sabirabad  rayon  kitabxanalarında  olan  697639  nüsxə  informasiya  resur-
sundan  537958  nüsxəsi  kənd  kitabxanalarındadır  və  fondun  əsasını 
bütövlükdə  kitablar  təşkil  edir.  Sabirabad  rayonunun  kənd  kitab-


131 
 
xanalarında  3  kompüter  var.  Rayon  kitabxanalarında  çalışan  123  nəfər 
mütəxəssisdən  107  nəfəri  kənd  kitabxanalarında  fəaliyyət  göstərir. 
Onların 30 nəfəri ali və orta ixtisas təhsillidir. 
Salyan 
inzibati 
rayonunda 
112 
kitabxana 
resursu 
var. 
Kitabxanaların 90-ı kənd yaşayış məntəqələrində yerləşir. Mədəniyyət və 
Turizm  Nazirliyinin  tabeliyində  47,  Təhsil  Nazirliyinin  tabeliyində  43 
kitabxana  fəaliyyət  göstərir.  Salyan  rayon  kitabxanalarında  1041700 
nüsxə informasiya resursundan 630134 nüsxəsi kənd kitabxanalarındadır
Bu  fondun  99,8%-i  kitablardan  ibarətdir.  Kənd  kitabxanalarında  2 
kompüter  var.  Salyan  rayon  kitabxanalarında  çalışan  107  nəfər 
mütəxəssisdən  88  nəfəri  kənd  kitabxanalarında  fəaliyyət  göstərir  və 
onlardan 20 nəfəri ali və orta ixtisas təhsillidir. 
Ucar  inzibati  rayonunda  94  kitabxana  resursundan  79-u  kənd 
yaşayış  məntəqələrində  yerləşir.  Onların  40-ı  Mədəniyyət  və  Turizm 
Nazirliyinin,  39-u  isə  Təhsil  Nazirliyinin  tabeliyindədir.  Rayon 
kitabxanalarında 488773 nüsxə informasiya resursundan 341134 nüsxəsi 
kənd kitabxanalarındadır və onların 98,4%-i kitablardır.Kitabxanalarda 1 
kompüter  var.  Ucar  rayon  kitabxanalarında  94  nəfər  mütəxəssisdən  81 
nəfəri  kənd  kitabxanalarında  çalışır  və  27  nəfəri,  ali  və  orta  ixtisas 
təhsillidir.  
 Yevlax  şəhərində  110  kitabxana  resursundan  78-i  kənd  yaşayış 
məntəqələrində  yerləşir.  Mədəniyyət  və  Turizm  Nazirliyinin  tabeliyində 
43,  Təhsil  Nazirliyinin  tabeliyində  isə  35  kitabxana  fəaliyyət  göstərir. 
Yevlax  şəhər  kitabxanalarında  1017418  nüsxə  informasiya  resursundan 
634480 nüsxəsi kənd kitabxanalarının payına düşür ki, onun da 98,3%-i 
kitablardır.  Kitabxanalarda  1  kompüter  var.  Yevlax  şəhər  kitab-
xanalarında 115 mütəxəssisdən 84 nəfəri kənd kitabxanalarında çalışır və 
onların 19 nəfəri ali və orta ixtisas təhsillidir. 
 Zərdab  inzibati  rayonunda  cəmi  89  kitabxana  resursundan  74-ü 
kənd  yaşayış  məntəqələrində  yerləşir.  Onların  42-i  Mədəniyyət  və 
Turizm  Nazirliyinin,  32-i  Təhsil  Nazirliyinin  tabeliyində  fəaliyyət 
göstərir.  Zərdab  rayon  kitabxanalarında  420074  nüsxə  informasiya 
resursundan 310742 nüsxəsi kənd yaşayış məntəqələrindədir ki, onun da 
əsasını 96,8% olmaqla kitablar təşkil edir. Kənd kitabxanalarında cəmi 1 
kompüter  var.(6.S.23-62)  Zərdab  rayon  kitabxanalarında  107  nəfər 
mütəxəssisdən  94  nəfəri  kənd  kitabxanalarında  çalışır  və  onların  56 
nəfəri ali və orta ixtisas təhsillidir. 
 Azərbaycan  Respublikasının  Dağlıq  Şirvan  iqtisadi  rayonunun 
ərazisi  6,06  min  kv.km  olub,  Respublika  ərazisinin  6,9%-ni  təşkil  edir. 
Bu  iqtisadi  rayona  Şamaxı,  İsmayıllı,  Ağsu  və  Qobustan  inzibati 
rayonları daxildir. Bölgədə yaşayanların 95%-ə qədəri azərbaycanlılardan 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə