Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə58/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   54   55   56   57   58   59   60   61   ...   78

132 
 
ibarətdir.  Dağlıq  Şirvan  iqtisadi  rayonu  ölkə  kitabxana  resurslarının 
4,9%-ni  təşkil  edir.  İqtisadi  rayonda  419  kitabxana  resursu  fəaliyyət 
göstərir.  Bunlardan  366-ı  və  ya  87,4%-i  kənd  yaşayış  mərkəzlərində 
yerləşmişdir  ki,  bu  da  ölkə  kitabxana  resurslarının  5,9%-ni  təşkil  edir. 
İqtisadi  rayon  üzrə  kitabxanalar  inzibati  rayonlar  baxımından  aşağıdakı 
kimi  yerləşmişdir:  İsmayıllı  rayonunda  126,  Şamaxı  rayonunda  122, 
Ağsu rayonunda 119, Qobustan rayonunda 52 kitabxana.Təhlillər göstərir 
ki, bəhs edilən regionda kitabxana resursları kənd yaşayış məntəqələrində 
daha  çox  yerləşmişdir.  Belə  ki,  bu  rəqəm  Ağsu  rayonunda  91,6%, 
İsmayıllı  rayonunda  88,9%,  Qobustan  rayonunda  96,5,  Şamaxı 
rayonunda  isə  82%  təşkil  edir.  İqtisadi  rayonda  fəaliyyət  göstərən 
kitabxanaların  43,7%-i  Mədəniyyət  və  Turizm  Nazirliyinin,  53,4%-i 
Təhsil  Nazirliyinin  payına  düşür.  İqtisadi  rayonda  1  ali  məktəb,  2  orta-
ixtisas  təhsil  məktəbi,  2  peşə  litseyi,  4  musiqi  məktəbi  kitabxanaları 
fəaliyyət göstərir. İqtisadi rayonun informasiya resursları ölkə kitabxana-
informasiya  resurslarının  2,3%-ni  təşkil  edir  və  2,6  milyon  nüsxəyə 
yaxındır.  Bu  resursların  98,8%-ni  kitablar,  196-nı  elektron  informasiya 
daşıyıcıları,  0,3%-ni  jurnallar,  0,4%-ni  qəzetlər,  11711  nüsxəni  (0,5%) 
isə  digər  informasiya  daşıyıcıları  təşkil  edir.  İnformasiya  resursunun 
69,1%-i  kənd  yaşayış  məntəqələrində  toplanmışdır.  Regionun  rayonları 
üzrə  kitabxanaların  informasiya  resursları  aşağıdakı  kıimi  yerləşmişdir: 
İsmayıllı  rayonunda  811891  nüsxə,  Şamaxı  rayonunda  748761  nüsxə, 
Ağsu  rayonunda  634603  nüsxə,  Qobustan  rayonunda  359508  nüsxə. 
İsmayıllı  və  Qobustan  rayon  kitabxanalarında  qəzet,  jurnal  və  digər 
informasiya  daşıyıcıları  ümumi  resursun  1,3%-ini  təşkil  edir  ki,  bu  da 
Şamaxı,  Ağsu  rayonlarına  nisbətən  yüksək  göstəricidir.  Kitabxanaların 
informasiya  resurslarının  kənd  yaşayış  məntəqələri  üzrə  bölgüsü 
aşağıdakı kimidir: Ağsu rayonu üzrə 64,7%, Şamaxı rayonu üzrə 69,9%, 
İsmayıllı  rayonu  üzrə  69,9%,  Qobustan  rayonu  üzrə  75,6%.  İqtisadi 
rayonda 292 kitabxana mütəxəssisi fəaliyyət göstərir. Onlardan 2,7%-i ali 
ixtisas  təhsilli,  5,1%-i  ali  qeyri-ixtisas  təhsilli,  19,9%-i  orta-  ixtisas 
təhsilli,  18,2%-i  orta  qeyri-  ixtisas  təhsilli,  54,1%-i  isə  ümumi  orta 
təhsilli  kadrlardan  ibarətdir.  Bu  iqtisadi  rayon  kitabxanaçı-biblioqraf 
kadrlarla  təminat  səviyyəsinə  görə  də  fərqlənir.  Iqtisadi  rayonun  şəhər, 
qəsəbə  və  kəndlərində  338  kitabxana  mütəxəssisi  cəmləşmişdir.  Bu 
işçilərin cəmi 11 nəfər ali ixtisas təhsilli (3,3%), 22 nəfəri ali qeyri-ixtisas 
təhsilli  (6,5%),69  nəfəri  (20,4%)  orta  ixtisas  təhsilli,  64  nəfəri  (18,9%) 
qeyri-ixtisas  orta  təhsilli,  172  nəfəri  (50,9%)  isə  ümumi  orta  təhsilli 
kadrlardan 
ibarətdir. 
Regionun 
kənd 
kitabxanalarında  çalışan 
mütəxəssislər Ağsu rayonu üzrə 73 nəfər, İsmayıllı rayonu üzrə 86 nəfər, 
Qobustan  rayonu  üzrə  54  nəfər,  Şamaxı  rayonu  üzrə  79  nəfər  olmaqla, 


133 
 
əhalinin informasiya təminatını həyata keçirir. İqtisadi rayon üzrə ümumi 
orta təhsilli kadrlar məntəqələrdə 54,1% təşkil edir ki, bu da informasiya 
təminatının  keyfiyyətinə  mənfi  təsir  göstərən  amillərdən  biri  hesab 
olunur.  Bu  rəqəm  Qobustan  rayonu  üzrə  54  %  təşkil  edir.  Onu  da  qeyd 
etməliyik  ki,  iqtisadi  rayona  daxil  olan  bölgələr  üzrə  yalnız  Qobustan 
rayonunda kənd  yaşayış  məntəqələrində  ali təhsilli kadr  yoxdur (6.S.75-
83). Azərbaycan Respublikasının Naxçıvan iqtisadi rayonunun ərazisi 5,5 
min  kv.km-dir.İnzibati  cəhətdən  iqtisadi  rayonun  tərkibinə  Naxçıvan, 
Ordubad,  Culfa,  Babək,  Şahbuz,  Şərur,  Sədərək  və  Kəngərli  rayonları 
daxildir. 2009-cu ilin statistik məlumatına əsasən iqtisadi rayonun əhalisi 
397,4 min (4,6%) olmuşdur. Naxçıvan iqtisadi rayonunda əhalinin 99%-
ni azərbaycanlılar, qalan 1%-ni isə digər millətlərin nümayəndələri təşkil 
edir. İqtisadi  rayon üzrə əhalinin sıxlığı bir kv.km-ə 72 nəfər düşür. Bu 
da  ölkə  göstəricisindən  xeyli  aşağıdır.  Əhalinin  ən  çox  məskunlaşdığı 
rayonlar  Şərur  (102,1  min),  Naxçıvan  şəhəri  (73,7  min),  Babək  (71,4 
min)  rayonlarıdır.  Naxçıvan  iqtisadi  rayonunda  əhalinin  məskunlaşması 
inzibati rayonlar üzrə aşağıdakı kimidir: Naxçıvan şəhərində 73715 nəfər, 
Babək  rayonunda  71360  nəfər,  Culfa  rayonunda  41038  nəfər,  Kəngərli 
rayonunda  27468  nəfər,  Ordubad  rayonunda  44962  nəfər,  Sədərək 
rayonunda 13984 nəfər, Şahbuz rayonunda 22720 nəfər, Şərur rayonunda 
102132  nəfər.  İqtisadi  rayonda  əhalinin  73%-i  kənd  yaşayış 
məntəqələrində yaşayır. Bu da orta respublika göstəricisi ilə müqayisədə 
xeyli fərqlidir. Hazırda iqtisadi rayonda 491 kitabxana fəaliyyət göstərir. 
Bunlar inzibati rayonlar arasında aşağıdakı kimi paylanmışdır: 
Naxçıvan şəhərində 49, Babək rayonunda 79, Culfa rayonunda 60, 
Kəngərli  rayonunda  26,Ordubad  rayonunda  87,  Sədərək  rayonunda  9, 
Şahbuz  rayonunda  54,  Şərur  rayonunda  12  kitabxana  var.  Bu 
kitabxanaların  397-i(80,9%)  kənd  yerlərində  yerləşir.  İqtisadi  rayonda 
olan kitabxanaların 47,7%-i Mədəniyyət və Turizm Nazirliyinin, 46,4%-i 
isə  Təhsil  Nazirliyinin  tabeliyindədir.  Bu  kitabxanalar  ölkə  kitabxana 
resurslarının  5,8%-ni  təşkil  edir.  Kitabxanaların  ümumi  informasiya 
resursları 4696103 nüsxə təşkil edir. Bu resursların 49,8%-i kənd yaşayış 
məntəqələrində  yerləşir  ki,  bu  da  ölkə  informasiya  resurslarının  7,7%-i 
deməkdir.  İqtisadi  rayonda  kitabxana-informasiya  resursları  inzibati 
rayonlar üzrə aşağıdakı  kimi  yerləşmişdir:  Naxçıvan şəhərində 1237019 
nüsxə, Babək rayonunda 583849 nüsxə, Culfa rayonunda 475405 nüsxə, 
Kəngərli  rayonunda  171639  nüsxə,  Ordubad  rayonunda  928607  nüsxə, 
Sədərək rayonunda 42789 nüsxə, Şahbuz rayonunda 404182 nüsxə, Şərur 
rayonunda 852613 nüsxə. 
 Məlumdur  ki,  kitabxana-informasiya  resurslarının  formalaşdırıl-
ması,  müvafiq  informasiya  axtarış  sistemlərinin  təşkili,  oxuculara  xid-


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə