Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə55/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   51   52   53   54   55   56   57   58   ...   78

125 
 
nəzəriyyəsinin,  folklorun,  ədəbi  abidələrin  tədqiqinə  imkan  verən 
«Ədəbiyyat tarixi», «Ədəbiyyat nəzəriyyəsi», «Folklor» və «Mətnşünas-
lıq» şöbələrini əhatə edən akademik qruplardan ibarət olmuşdur 

3


Müstəqillik  şəraitində  mütəxəssis  ədəbiyyatşünaslar  Qədim  dövr 
Azərbaycan  ədəbiyyatının  tarixi  və  nəzəri  məsələlərinin  araşdırılması, 
ərəb  dilli  və  fars  dilli  mətnlərin  tədqiqi  və  tərcüməsi,  klassiklərin 
yaradıcılığı,  onların  əsərlərinin  tərtibi  və  nəşrə  hazırlanması  ilə  məşğul 
olurlar.  Təbiidir  ki,  yeni  informasiya  yaratmaq,  yeni  kəşflərə,  ixtiralara 
nail  olmaq üçün  hər şeydən  əvvəl  mövcud olanları  araşdırmaq,  əlaqədar 
sənədlərə müraciət etmək lazımdır. Sənədin meydana gəlməsi ilə bağlı bu 
metamorfoza  insanı sənədləşdirilmiş informasiyanın  istifadəçisi etmişdir 
və  sənəd  kommunikasiyaları  sistemini  indi  müşaiyət  etdiyimiz  yüksək 
inkişaf  səviyyəsinə  gətirib  çıxarmışdır.  Bu  da  daha  əsaslı,  bununla 
bərabər  ümumi  və  sadə  formada  nəzərə  çarpan  «sənəd-informasiya 
istifadəçisi» sistemi kimi səciyyələndirilir. «M-S-T» kimi üçlü sistem əsl 
çıxış nöqtəsi olan «Sənəd –tələbatçı (informasiya istifadəçisi) sisteminin 
xüsusi bir halı kimi nəzərə alına bilər 

2, s.85


İnformasiya  tələbatçılarının  fərqli  biblioqrafik  təminatı  vasitəsi 
onların elmi əsasla qruplaşdırılmasını zəruriləşdirir.  
Ədəbiyyatşünaslıq  üzrə  mütəxəssis  informasiya  istifadəçiləri 
Nizami  adına  Ədəbiyyat  İnstitutunun  nəzdində  fəaliyyət  göstərən 
kitabxanada aşağıdakı kimi təsnifləşdirilmişdir.  
1.
 
Elmi işçilər  
2.
 
Ali məktəb müəllimləri  
a) elmi dərəcə ilə:  
b) elmi dərəcəsiz  
3.
 
Aspirant və dissertantlar. 
İnformasiya istifadəçilərinin belə qruplaşdırılmasında əsas məqsəd 
onları  yaxşı  tanımaq,  sorğularını  dəqiq  öyrənməkdən  ibarətdir.  Belə  ki, 
tələbatçı sorğusunun düzgün ödənilməsi onun elmi- tədqiqat fəaliyyətinə 
müsbət təsir göstərir.  
Respublikamızın müstəqil inkişaf  yoluna keçməsi ilə  əlaqədar baş 
verən  sosial  iqtisadi  və  siyasi  proseslər  cəmiyyətin,  o  cümlədən  ədəbiy-
yatşünas  mütəxəssislərin  informasiya  tələbatlarına  da  öz  təsirini  göstərir 
və  onu  daha  da  mürəkkəbləşdirir.  Bu  isə  öz  növbəsində  informasiya 
tələbatçılarının maraq və sorğularının dərinləşməsində özünü göstərir.  
Beləliklə,  sənəd  biblioqrafiyalaşdırmanın  bilavasitə  obyekti, 
tələbatçı  isə  biblioqrafik  təsiretmənin  həm  potensial  (tipik),  həm  də 
konkret  (fərdi)  obyektidir.  Deməli,  sənəd-  tələbatçı  sisteminin  əsas 
ünsürləri  keyfiyyətcə  fərqlənsələr  də,  biblioqrafik  işdə  eyni  əhəmiyyət 
kəsb  edirlər  və  onlar  həmişə  qarşılıqlı  əlaqədə  nəzərə  alınırlar.  Başqa 


126 
 
sözlə  «sənəd-  tələbatçı»  sistemi  əslində  biblioqrafik  fəaliyyətdə  vahid 
obyekt rolunu oynayır.  
 
ƏDƏBĠYYAT 
1.
 
Əliyev  Z.H.Azərbaycanda  elmi-köməkçi  biblioqrafiya  müasir 
mərhələdə// BDU-nun Xəbərləri:  Humanitar elmlər seriyası-  1994-  №1, 
s.120-127 
2.
 
Əliyev  Z.H.  Biblioqrafik  informasiya  sənəd-  informasiya 
tələbatının  ödənilməsində  mühüm  vasitədir//  Kitabxanaşünaslıq  və 
biblioqrafiya: elmi, nəzəri və təcrübi jurnal. 2004, №1, s. 85. 
3.
 
Ədəbiyyat  məcmuəsi/  Nizami  adına  Ədəbiyyat  İnstitutunun 
əsərləri- XVIII c. –B., Elm, 2004, 432 s.  
4.
 
İsmayılova  S.P.  Müstəqillik  illərində  ədəbi  biblioqrafiyanın 
inkişafı  vəziyyəti//  Kitabxanaşünaslıq  və  biblioqrafiya:  elmi  –nəzəri  və 
təcrübi jurnal. Bakı, BUV, 2008, №1, s.164-173. 
5.
 
Коршунов  О.  П.  Библиография:  теория.  Методология, 
методика. М., Книга- 1986, с. 16-17 
 
 С.ИСМАИЛОВА  
СПЕЦИАЛИСТЫ –ЛИТЕРАТУРОВЕДЫ КАК 
ПОТЕНЦИАЛЬНЫЕ И ИНДИВИДУАЛЬНЫЕ ОБЪЕКТЫ 
БИБЛИОГРАФИЧЕСКОЙ ДЕЯТЕЛЬНОСТИ  
РЕЗЮМЕ 
В  статье  дается  информации  об  объекте  деятельности, 
документное-  потребительской  системе,  посреднической  функции 
библиографии между документами и пользователями информации. 
 Говорится  о  документном  требовании,  связанного  с  полу-
чением  информации  потребителям,  классификации  потребителей 
информации,  социально-  экономических  факторов  влияющих  ин-
формациональному спросу людей.  
 
S. ISMAILOVA 
LITERARY INFORMATION SPECIALISTS 
BIBLIOGRAPHIC OBJECT, OF THE BIBLIOGRAPHIC 
ACTIVITIES  
SUMMARY 
Bibliography  as  like  potential  and  private  object  of  the  activities 
about mediation function in the article between users system of document 
users documents and information . 
Document  users  classifying  users  information  with  is  dealt  about 
social economic factors influencing to information.  


127 
 
Ġradə BAYRAMOVA 
BiblioqrafiyaĢünaslıq kafedrasının müəllimi 
 
AZƏRBAYCAN RESPUBLĠKASININ REGĠONLARININ 
KĠTABXANA-ĠNFORMASĠYA RESURSLARININ 
YERLƏġMƏSĠNĠN VƏZĠYYƏTĠ 
 
 Açar  sözlər:  Kitabxana-informasiya  təminatı,  informasiya  resurs-
ları, kadr təminatı;  
 Ключевые слова: библиотечно-информационных обеспечение, 
информационных ресурсов, кадрового обеспечения;  
 Keywords:  Bibliographic-information  provision,  information 
resourses, current status;  
   
 
Azərbaycan  Respublikasında  regional  iqtisadi  inkişaf  proqram-
larının  həyata  keçirilməsi,  regionların  inkişafına  təkan  verməklə  yanaşı 
bu  regionlarda  kitabxana-informasiya  sahəsinin  inkişafında  da  mühüm 
rol  oynayır.  Məlumdur  ki,  hər  bir  iqtisadi  rayon  respublikanın  vahid 
sosial-iqtisadi sisteminin ayrılmaz tərkib hissəsidir. Buna görə də iqtisadi 
sahələrdə  yaranan  dirçəliş,  mədəniyyət  sahəsinə  də  öz  müsbət  təsirini 
göstərir.  
Aydındır  ki,  regional  inkişaf,  milli  iqtisadiyyatın  bütün  sahələri  ilə 
qarşılıqlı  əlaqədədir.  Respublikanın  bütün  regionlarının  iqtisadi  və  sosial 
inkişafını  daha  da  yüksəltmək,  hər  bir  iqtisadi  rayonun  potensialından 
istifadəni  sürətləndirmək  üçün,  “Azərbaycan  Respublikası  regionlarının 
sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı  (2004  2008-ci  illər)”  və 
“Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-
iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbul edilməsi çox mühüm hal kimi 
qəbul edilməlidir (1;2). 
Azərbaycan  Respublikasının  regionlarında  kitabxana-informasiya 
sahəsinin  inkişafından  bəhs  edərkən,  iqtisadi  rayonların  kənd  yaşayış 
məntəqələrində  yerləşən  kitabxanalarından,  onların  kitabxana-informa-
siya  resurslarının  yerləşməsi  vəziyyətindən,  kadr  potensialından,  müasir 
inkişaf  etmiş  cəmiyyət  quruculuğu  sahəsində  kitabxanalar  qarşısında 
duran mühüm və təxirəsalınmaz vəzifələrdən danışmamaq olmaz.  
Məlumdur  ki,  kitabxana  şəbəkəsinin  yerləşdirilməsi  əhalinin  sayı 
və  sıxlığı,  yaş  həddi,  ailə  vəziyyəti,  təhsili,  eləcə  də  sosial-peşəkar 
qruplara  mənsubluğu  kimi  göstəricilər  sistemi  ilə  sıx  bağlıdır.  Bu 
göstəricilərin kitabxana işinin  təşkili xüsusiyyətləri ilə qarşılıqlı  əlaqədə 
öyrənilməsi,  kitabxananın  inkişafının  xarakteri  və  şəraitindəki 
dəyişiklikləri izləməyə imkan verir.(8.s.68) 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə