Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə53/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   49   50   51   52   53   54   55   56   ...   78

120 
 
сов  подготовленной  к  публикации  в Институте Проблем  Обра-
зования,  Азербайджанском  Государственном Педагогическом  Уни-
верситете, Национальной  библиотеке имени  М.  Ф.  Ахундова и 
Детской Библиотеке Республики имени Ф. Кочарли. 
 
Kh. AGAYEVA 
IMPORTANCE OF THE RECOMMENDED 
BIBLIOGRAPHIC ALLOCATIONS IN THE PROVISION OF 
EDUCATIONAL INFORMATION 
SUMMARY 
 
Importance  of  the  recommended  allocations  is  noted  in  the 
bibliographic  provision  of  information  of  the  education  and  is  given 
information  about  methodical  features  of  the  recommended  allocations 
prepared  to  publication  in  the  Institute  of  Educational  Problems, 
Azerbaijan  State  Pedagogical  University,  National  library  named  after 
M.F.Akhundov and Republic Children Library named after F.Kocharly in 
the article. 
 


121 
 
Sima ĠSMAYILOVA 
BiblioqrafiyaĢünaslıq kafedrasının  baĢ müəllimi 
 
ƏDƏBĠYYATġÜNAS MÜTƏXƏSSĠSLƏR 
BĠBLĠOQRAFĠK FƏALĠYYƏTĠN POTENSĠAL VƏ FƏRDĠ 
OBYEKTĠ KĠMĠ 
 
Açar  sözlər:  biblioqrafik  fəaliyyət,  sənəd,  təbəbatçı  sistemi, 
informasiya tələbatlarına təsir edən amillər  
 Ключевые  слова:  библиографическая  деятельность,  требуе-
мая  документальная  система,  векторы  влияющие  на  информА-
ционные потребности 
Keywords:  bibliographic  activities,  file  system  typo  (required), 
factors affecting the information needs. 
 
İnsan  fəaliyyətinin  bir  sahəsi  olan  biblioqrafik  fəaliyyətin  obyekti 
məsələsinə  müxtəlif  münasibətlər  olmuşdur.  Bəziləri  bu  obyektin  yalnız 
çap əsərlərindən (və ya sənədlərdən) ibarət olduğunu iddia edir, digərləri 
isə  oxucuları  (və  ya  informasiya  tələbatçılarını)  da  onun  tərkib  hissəsi 
kimi  nəzərə  alırlar.  Lakin  təcrübə  göstərir  ki,  «sənəd  –informasiya 
tələbatçı sistemi biblioqrafik fəaliyyətin bilavasitə obyekti kimi vəhdətdə 
götürülür.  Bu  sistemin  ünsürləri  (çap  əsəri  və  ya  sənəd-  oxucu,  ya  da 
informasiya  tələbatçısı)  biblioqrafik  işdə  müxtəlif  keyfiyyətə  malik 
olsalar  da  bərabər  səviyyəli  rol  oynayırlar.  Biblioqrafik  fəaliyyətin 
sənədlə  informasiya  tələbatçısı  arasındakı  vasitəçilik  funksiyasının 
mahiyyəti həmin fikri təsdiq edir. Biblioqrafik fəaliyyət proseslərində bu 
sistemin  hər  iki  tərəfi  qarşılıqlı  əlaqədə  götürülür,  onların  qarşılıqlı 
münasibətləri nəzərə alınır.  
Qeyd  etmək  lazımdır  ki,  ədəbiyyatşünaslığa  dair  sənədlər 
biblioqrafiyalaşdırmanın  bilavasitə  obyektidirsə,  informasiya  tələbatçısı 
(ədəbiyyatşünas mütəxəssislər) biblioqrafik fəaliyyətin potensial və fərdi 
obyekti  rolunu  oynayır.  Məsələn,  axtarış  və  kommunikativ  funksiyalı 
biblioqrafik  informasiya  mənbələrinin  yaradılmasında  informasiya 
istifadəçiləri  nəzərə  alınmır.  Lakin  onların  son  məqsədi  ümumi 
informasiya  tələbatlarının  ödənilməsinə  biblioqrafik  təsir  göstərməkdir. 
Deməli,  həmin  prosesdə  informasiya  tələbatçısı  potensial  obyekt  rolunu 
oynayır.  Xüsusi  biblioqrafik  mənbələrin  yaradılması  zamanı  və 
biblioqrafik  xidmət  prosesində  informasiya  tələbatçıları  bilavasitə  və 
hətta  fərdi  olaraq  nəzərə  alınır  və  onların  müxtəlif  cəhətdən 
öyrənilməsini, fərqləndirilməsini tələb edir.  


122 
 
 Məlumdur  ki,  praktiki  olaraq  hər  bir  insan  yalnız  professional 
deyil, həm də digər fəaliyyət növləri ilə məşğul olur (oxuyur, ictimai işlə, 
idmanla  məşğul  olur  və  s.)  Hər  hansı  professional  və  qeyri-professional 
fəaliyyət  öz  informasiya  tələbatlarını  yaradır.  Buna  görə  də  hər  bir 
insanın  müxtəlif  xarakterə  və  məzmuna  malik  çoxlu  informasiya 
tələbatları ola bilər.  
 Tələbatçıların  biblioqrafik  informasiya  almaqla  bağlı  olan  sənəd 
tələbatları, maraqları və sorğuları biblioqraf üçün çox vacibdir.  
Cəmiyyətdə  sənəd  tələbatı  obyektiv  olaraq  həmişə  var  və  baş 
verdiyi dövrün  konkret  sosial  şəraiti  ilə şərtləşir.  Fərdi  tələbat  isə  fərdin 
şəxsi xüsusiyyətlərinə görə dürüstləşdirilir.  
Tələbatlar  maraq  vasitəsilə  reallaşır.  Maraq  tələbatın  səciyyəvi 
mövcudluq formasıdır. Maraq öz növbəsində informasiya istifadəçisində 
subyektiv  şəkildə  formalaşan  sorğuya  çevrilir.  Sənəd  maraqları  və 
sorğuları sənəd tələbatlarının səciyyəvi mövcudluq formasıdır.  
Müasir  biblioqrafiyaşünaslıqda  informasiya  tələbatçıları  müxtəlif 
əlamətlərə  görə  təsnifləşdirilir.  Bu  zaman  sosial-  iqtisadi  amillər,  hər 
şeydən əvvəl insanların informasiya tələbatlarına təsir edirlər. Bu amillər 
aşağıdakılardır: peşə əmək fəaliyyətinin növü, insanın maddi və mənəvi 
istehsal  prosesində  tutduğu  yer,  ümumi  təhsil  səviyyəsi,  kitabla, 
biblioqrafik  vasitələrlə  müstəqil  işləmək  bacarığının  olması  (mütaliə 
mədəniyyəti),  ailə  vəziyyəti.  Yaşı,  cinsi,  məişət  şəraiti  və  s.  Son  illər 
tələb  və  maraqların  fərdi  şəkildə  yaranmasına  sorğuların  subyektiv 
şəkildə  formalaşmasına,  informasiya  xidməti  şəraitində  tələbatçının 
davranışına  təsir  edən  psixoloji  amillərin  öyrənilməsinə  də  diqqət 
artırılmışdır.  Bu  amillər  aşağıdakılardır:  Aktivlik  və  passivlik,  səbəb  və 
məqsədlər  xarakterik  xüsusiyyətlər  (əsəbilik,  hövsələsizlik,  utancaqlıq) 
biblioqrafla tələbatçı arasında psixoloji uyğunlaşma və s. 

5, s.16

 Bütün 
bunlar biblioqrafik xidmətin təşkili zamanı mütləq nəzərə alınmalıdır.  
Lakin  biblioqrafik  nöqteyi-  nəzərdən  tələbatçıların  peşə  fəaliyyəti 
dairəsi,  onların  vəzifə  statusuna  əsasən  differensasiyası  daha  böyük 
maraq  doğurur.  Bu  cəhətdən  xüsusi  elmi  kitabxanalarda  biblioqrafik 
informasiya tələbatçılarının qruplaşdırılmasını nəzərdən keçirək.  
Respublikada mütəxəssis ədəbiyyatşünasların çox böyük bir hissəsi 
AMEA-nın  Nizami  adına  Ədəbiyyat  İnstitutunda  fəaliyyət  göstərir.  Mə-
qalənin tədqiq obyekti kimi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının və 
Nizami adına Ədəbiyyat institutunun iş təcrübəsindən istifadə edilmişdir.  
 Bu  mərkəzlərdə  ədəbiyyatşünaslıq  üzrə  mütəxəssis  informasiya 
tələbatçıların qruplaşdırılması aşağıdakı kimidir.  
Birinci  qrupa  qərar  qəbul  etmək  hüququ  olan  ixtisaslaşdırılmış 
mütəxəssislər kimi müxtəlif dərəcədən olan rəhbər işçilər aiddir. Rəhbər 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə