Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə54/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   50   51   52   53   54   55   56   57   ...   78

123 
 
işçilərin  informasiya  tələbatlarının  mövzu  dairəsi  öz  genişliyi  ilə 
fərqlənir.  Rəhbər  işçinin  elmi  dərəcəsi  nə  qədər  yüksək  olarsa,  onun 
informasiya  tələbatları  da  bir  o  qədər  yüksək  olarsa,  onun  informasiya 
tələbatları da bir o qədər çox aspektli olur. Ədəbiyyatşünaslıq sahəsi üzrə 
rəhbər işçi qrupuna  ədəbiyyat institutunun direktoru, müavinlər, şöbə və 
bölmə müdirləri aiddir. Rəhbər işçilərin informasiya tələbatları məzmuna 
görə  yaxın  bilik  sahələrini,  sosial-siyasi  sahələri  də  əhatə  edə  bilər.  Bu 
tələbatlar  olduqca  dinamikdir  və  böyük  təcrübi  istiqamətləri  ilə 
fərqlənirlər.  Bununla  belə,  optimal  qərarlar  qəbul  etmək  ehtiyacı  rəhbər 
işçidən  geniş  dünyagörüşünə,  ilk  növbədə  sosial-  iqtisadi  və  siyasi 
problemlər  üzrə  nəzəri  biliyə  malik  olmağı  tələb  edir.  Özü  də  müəyyən 
baza  hazırlığına  malik  olan  hər  bir  rəhbər  işçi  öz  ixtisası  üzrə 
informasiyaya 
professional 
maraq 
göstərir.  Bütün  bunlar  bu 
kateqoriyadan  olan  tələbatçılarla  bilavasitə  kontaktın  olmaması  üzündən 
onların  informasiya  tələbatlarının  öyrənilməsində  getdikcə  daha  da 
dərinləşən  müəyyən  çətinliklər  törədir.  Bu  kateqoriyadan  olan  rəhbər 
işçilərin informasiya tələbatları konkret müəssisə və təşkilatın fəaliyyəti 
ilə  əlaqədar  olsa  da  bununla  məhdudlaşmır,  bir  qayda  olaraq  rəhbərlik 
etdiyi  müəssisənin  profili  üzrə  informasiya  ilə  yanaşı,  rəhbər  işçilər 
əməyin idarə olunmasının təşkili, iqtisadi, sosial, hüquqi və bir çox başqa 
problemlər üzrə müntəzəm olaraq məlumat alırlar.  
Ədəbiyyatşünas  üzrə  informasiya  tələbatçılarını  ixtisaslar  üzrə 
təsnifləşdirərkən  onları  humanitar  bilik  sahəsi  üzrə  olan  mütəxəssislər 
qrupuna aid edirlər.  
İxtisas mütəxəssislərin informasiya tələbatlarının tematik məzmunu 
müəyyən edir. Lakin, qeyd etdiyimiz kimi, bu tələbatlara təsir edən digər 
amillər  də  az  deyil.  Tutduğu  vəzifə  üzrə  diferensasiyalaşdırılmaqla  hər 
bir  ixtisas  hüdudunda  mütəxəssisləri  icra  etdiyi  işin  xarakteri  üzrə 
təsnifləşdirmək olar. Belə ki, ədəbiyyatşünaslıq sahəsi üzrə elmi-tədqiqat 
işi  ilə  (alimlər),  pedaqoji  fəaliyyətlə  (ali  məktəblərdə  filoloji  fənlərdən 
dərs deyənlər) məşğul olan tələbatçıları fərqləndirmək olar.  
İnformasiya tələbatçılarının ən görkəmli və aktiv qrupunun sonrakı 
təsnifləşdirilməsi elmi- fəaliyyəti inzibati fəaliyyətlə birləşdirən şəxslərin 
(elmi  idarələrin  rəhbərləri,  şöbə,  bölmə  müdirləri,  elmi  istiqamətlərin 
rəhbərləri, cavabdeh və sıravi icraçılar) seçilməsini tələb edir.  
 Son  illər  respublikamızın  müstəqil  inkişaf  yoluna  keçməsi  ilə 
əlaqədar  olaraq,  AMEA-da  keçirilən  islahatlarla  bağlı  olaraq  Ədəbiyyat 
institutunun  strukturu  da  təkmilləşdirilmiş,  yeni  tələblərə  uyğunlaşdırıl-
mışdır. Bütün bunlar ədəbiyyatşünaslıq üzrə informasiya tələbatçılarının 
sənəd tələbatlarına da müəyyən mənada təsir etmişdir.  


124 
 
 Xüsusilə  institutda  son  illərdə  (2002  yanvar)  fəaliyyətə  başlayan 
«İnformasiya və biblioqrafiya» şöbəsinin fəaliyyətini xüsusi qeyd etmək 
lazımdır.  «İnformasiya  və  biblioqrafiya»  şöbəsi  Azərbaycan  ədəbiyyat-
şünaslığının  son  nailiyyətlərinin  «İnternet»  şəbəkələr  sistemilə  dünya 
elminə inteqrasiya edilməsi, dünya miqyasında müvafiq informasiyaların 
toplanması  və  tələbatçılara  çatdırılmasını  təmin  edir.  Habelə  «İnternet» 
şəbəkələr sistemindən alınmış informasiyalar  əsasında dünya  ədəbiyyat-
şünaslığının  son  nailiyyətlərini  əks  etdiroən  bülletenlərin  nəşr  edilməsi 
mütəxəssis  ədəbiyyatşünasların  biblioqrafik  informasiya  təminatında 
mühüm rol oynayır 

4


Azərbaycan  ədəbiyyatşünaslığı  sahəsində 
yeni  informasiya 
texnologiyalarının  xüsusilə  kompüterin  tətbiqi,  Azərbaycan  mətbuatının 
ədəbiyyat  və  elm  xadimlərinin  biblioqrafiyasının  hazırlanması  və  istifa-
dəçilərə çatdırılması da bu sahədə çox böyük nailiyyətdir.  
Nizami  adına  Ədəbiyyat  İnstitutu  ədəbiyyatşünaslıq  profilli  elmi- 
tədqiqat  müəssisə  kimi  özünün  çoxcəhətli  fəaliyyəti  ilə  xalqın  mədəni 
həyatında  mühüm  rol  oynamışdır.  Azərbaycan  ədəbiyyatınının  inkişaf 
qanunauyğunluqlarının araşdırılması müxtəlif dövrlərdə institutunun əsas 
elmi-  tədqiqat  istiqamətini  təşkil etmişdir.  Azərbaycan  ədəbiyyatı  tarixi-
nin,  onun  ayrı-ayrı  mərhələlərinin  görkəmli  nümayəndələrinin  yaradıcı-
lığının  öyrənilməsi,  nəzəri  məsələlərinin,  qarşılıqlı  əlaqələrinin  araş-
dırılması,  həmçinin,  ədəbi  abidələrin  və  klassiklərin  əsərlərinin  sistemli 
nəşri, şifahi xalq ədəbiyyatı örnəklərinin toplanması, tədqiqi və çapa ha-
zırlanması kimi elmi problemlər həmin istiqamətin əsasında dayanmışdır.  
Əgər  biblioqrafik  informasiya  tələbatçılarını  ən  fəalı  və  fəal  olmayan 
qruplara  bölmək  mümkün  olsa,  onda  elmi-  tədqiqat  işçiləri  ən  fəalların-
dan hesab edilə bilər. Həm də bu fəallıq bir neçə cəhətdən səciyyəvidir.  
Birinci  ona  görə  ki,  elmi-  tədqiqat  işi  ilə  məşğul  olanlar  həmişə 
axtarışdadır,  sənəd  axınını  ardıcıl  izləməyə  və  mövcud  sənəd  toplusunu 
araşdırmağa məcburdurlar. İkincisi, onları təkcə yerli nəşrlər deyil, həm 
də  dünya  elminin  nailiyyətlərini  işıqdardıran  sənədlər  maraqlandırır. 
Üçüncüsü,  onlar  ən  yeni  materiallar  haqqında  daha  dolğun,  ardıcıl  və 
operativ biblioqrafiki informasiya almaq marağındadırlar 

1, s.120

. Ona 
görə  də  elmi-  tədqiqat  işinə  köməklik  məqsədilə  biblioqrafik  fəaliyyət 
proseslərində  elmi  müəssisələrinin  profilləri,  onların  elmi-  tədqiqat 
işlərinin planları, bu planlarda əsas istiqamətlər nəzərə alınmalıdır.  
Nizami  adına  ədəbiyyat  institutu  öz  tarixini  müxtəlif  dövrlərində 
zamanın tələblərinə uyğun yeni problemlərin, aktual məsələlərin tədqiqi 
ilə  də  məşğul  olmuş  və  bütün  hallarda  bu  qrumun  strukturu  həmin 
problemlərin  həllinə  imkan  verən  bir  şəkildə  müəyyənləşdirilmişdir. 
Əvvəllər  institutunu  əsas  strukturu  Azərbaycan  ədəbiyyatının  tarixinin, 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə