Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə74/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   70   71   72   73   74   75   76   77   78

168 
 
 Günel ƏLĠYEVA 
BiblioqrafiyaĢünaslıq kafedrasının magistrantı 
 
M.F.AXUNDOV ADINA AZƏRBAYCAN MĠLLĠ 
KĠTABXANASININ CARĠ BĠBLĠOQRAFĠK FƏALĠYYƏTĠ 
 
Açar  sözlər:  milli  kitabxana,  biblioqrafik  fəaliyyət,  cari 
biblioqrafiya, “Yeni kitabar”, “Birillik Azərbaycan Kitabiyyatı”. 
Ключевые слова: национальная библиотека,
 
библиографиичес-
кая  деятельность,
 
текущая  библиография,  «Новые  книги»,
 
«Еже-
годник Азербайджанской литературы». 
Keywords: national library, bibiographic activity, current bibliog.-
raphy, “New books”, “Annual Azerbaijan bibliography”. 
 
Azərbaycan Respublikasının  yenidən öz müstəqilliyini  əldə etməsi 
tariximizdə  çox  əlamətdar  hadisədir.  İndi  respublikamızda  dünyanın 
müstəqil  dövlətlərindən  biri  kimi  möhkəmlənməsi,  iqtisadi,  elmi  və 
mədəni  cəhətdən  inkişaf  etdirilməsi  sahəsində  mühüm  addımlar  atılır, 
uğurlu  nəticələr  əldə  edilir  və  bütün  sahələrdə  beynəlxalq  əlaqələr 
genişlənir və daha da möhkəmlənir. İstər siyasi, istərsə də sosial-iqtisadi 
istiqamətlərdə  müstəqilliyimizin  və  həmçinin  dünyəvi  tələbatlara  cavab 
verə  biləcək  nailiyyətlərin  əldə  olunmasında  əsas  şərtlərdən  biri  cəmiy-
yətin  bütövlükdə  və  onun  ayrı-ayrı  üzvlərinin  hər  cəhətli  informasiyaya 
malik  olmasıdır.  İnformasiyasız  heç  nəyə  nail  olmaq  mümkün  deyil. 
Müasir  cəmiyyətin  informasiyalı  cəmiyyət  adlandırılması  bunu  sübut 
edir.  İnformasiyalaşma  cəmiyyətin  həyatında  getdikcə  daha  mühüm 
əhəmiyyət  kəsb  edir.  İndiki  əsrin  “informatika  əsri”  adlanması  da 
təsadüfi deyil [2, s. 63]. 
Cəmiyyətin informasiyalaşmasında kitabxanalarda aparılan biblioq-
rafik  fəaliyyətin  də  mühüm  əhəmiyyəti  vardır.  Biblioqrafik  fəaliyyət 
idarə  mənsubiyyətindən  asılı  olmayaraq  bütün  tip  kitabxanalarda  həyata 
keçirilir.  Məhz  kitabxananın  biblioqrafik  fəaliyyəti  onun  elmi-infor-
masiya və mədəni-maarif müəssisəsi olmasını müəyyən edir. 
Elmin,  istehsalatın  və  sosial  həyatın  bütün  sahələrinin  inkişafına, 
elmi  biliklərin  təsərrüfat  fəaliyyəti  və  dövlət  idarəolunması  təcrübəsinə 
tətbiq  edilməsinə  təsir  göstərmək  biblioqrafik  fəaliyyətin  mühüm 
vəzifələrindəndir. Bu vəzifələrin yerinə yetirilməsi oxuculara biblioqrafik 
xidmət işinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsini tələb edir. 
Kitabxanaların  tipinə  və  profilinə  görə  müxtəlif  olmaları 
biblioqrafik fəaliyyətin təşkilinin də müxtəlif istiqamətlərdə aparılmasına 


169 
 
gətirib  çıxarır.  Lakin  bütün  tip  kitabxanalarda  biblioqrafik  fəaliyyət 
əsasən aşağıdakı istiqamətlərdə aparılır: 
1-
 
kitabxananın soraq-biblioqrafiya aparatının (SBA) təşkili; 
2-
 
müxtəlif  məqsəd  və  oxucu  istiqamətli  biblioqrafik  vəsaitlərin 
tərtibi; 
3-
 
biblioqrafik informasiya xidməti
4-
 
soraq-biblioqrafiya xidməti; 
5-
 
tövsiyə biblioqrafiya xidməti; 
6-
 
metodiki iş və məsləhətlər
7-
 
biblioqrafik biliklərin təbliği
8-
 
biblioqrafik iş sahəsində elmi-tədqiqat fəaliyyəti. 
Biblioqrafik  fəaliyyətin  müasir  dövr  üçün  ən  modern  nümunəsini 
əsası  1923-cü  il  23  may  tarixində  qoyulmuş  M.F.Axundov  adına 
Azərbaycan Milli Kitabxanasında görə bilərik. 
M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxanası  Azərbaycan 
Respublikasının ən böyük dövlət kitabsaxlayıcısı, milli mətbuatımızın və 
kitabiyyatımızın  dövlət  arxivinin  yaradıcısı,  ölkənin  bütün  kitabxanaları 
üçün elmi metodik mərkəz funksiyasını yerinə yetirən, kitabxanaşünaslıq 
və  biblioqrafiyaşünaslıq  sahəsində  aparıcı  elmi  mərkəz  rolunu  oynayan 
və  nəhayət,  Azərbaycan  elminin  inkişafında  xüsusi  xidmətləri  olan  elm 
məbədi və mənəviyyat xəzinəsidir. 
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununun 
7-ci  maddəsinə  müvafiq  olaraq  M.F.Axundov  adına  Dövlət  Kitab-
xanasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü 
il  tarixli  qərarı  ilə  “Milli  Kitabxana”  statusu  verilmişdir.  [6,  s.375]  Bu 
status  kitabxananın  qarşısına  qoyulmuş  vəzifələrin  əhatəsini  xeyli 
genişləndirmiş və ölkənin ictimai həyatında onun rolunu artırmışdır. 
Milli Kitabxanada bütün şöbələr biblioqrafiya işi aparır. Lakin sırf 
biblioqrafik fəaliyyətlə məşğul olan 3 şöbə vardır: 
1. Sorğu-informasiya xidməti şöbəsi 
2. Diyarşünaslıq elmi-biblioqrafiya şöbəsi 
3. Çap əsərlərinin qeydiyyatı və Milli biblioqrafiya şöbəsi. 
Bu  sahədə  əlaqələndirici  əsas  mərkəz  “Sorğu-informasiya  xidməti 
şöbəsi” hesab olunur. Şöbə 1927-ci ildə büro kimi fəaliyyətə başlamışdır. 
Bu  büro  biblioqrafik  təsvir,  oxucu  arayışlarının  yerinə  yetirilməsi  və 
biblioqrafik göstəricilərin tərtibi ilə məşğul olurdu.  
1937-ci  ildə  büro  öz  fəaliyyətini  dayandırdı.  1940-cı  il  sentyabr 
ayında  5  nəfər  işçi  ilə  “Məlumat-biblioqrafiya  şöbəsi”  təşkil  olundu. 
Şöbə  2  istiqamətdə  iş  aparırdı:  biblioqrafik  xidmət  və  biblioqrafiyalaş-
dırma. 


170 
 
1943-cü ildə “Məlumat-biblioqrafiya şöbəsi”nin soraq biblioqrafiya 
fondu və ödənilmiş arayışlar fondunun təşkili soraq-biblioqrafiya xidmə-
tində mühüm rol oynamışdır.  
Şöbənin fəaliyyətinin əsas istiqamətləri bunlardır:  
-
 
ali  dövlət  orqanlarından,  yeni  yaradılmış  müxtəlif  qurumlardan, 
müəssisə və təşkilatlardan və ayrı-ayrı  oxucu qruplarından şöbəyə daxil 
olan yazılı və şifahi arayışların ilboyu cavablandırılması; 
-
 
şöbəyə  daxil  olan  yeni  ədəbiyyatın  informasiya  bülletenlərinin 
tərtib edilməsi və oxucuların istifadəsinə verilməsi
-
 
soraq və biblioqrafik nəşrlər fondunun daxili kataloq və kartoteka 
sistemində əks etdirilməsi
-
 
soraq biblioqrafiya və biblioqrafik informasiya xidməti; 
-
 
sahəvi  zalların  oxucuları  üçün  yeni  ədəbiyyatın  biblioqrafik 
xülasələrinin keçirilməsi
-
 
müxtəlif məzmunlu biblioqrafik vəsaitlərin tərtibi
-
 
oxucularla iş; 
-
 
kitabxana-biblioqrafiya biliklərinin təbliği; 
-
 
metodiki iş və s. 
Həmin şöbə indi “Sorğu-informasiya xidməti şöbəsi” adlanır. Şöbə 
əvvəlki  Məlumat-biblioqrafiya  şöbəsinin  funksiyalarını  həyata  keçirir. 
İxtiyarında  zəngin  məlumat  fondu  olan  “Sorğu-informasiya  xidməti  şö-
bəsi” oxucu sorğuları əsasında elmin bütün sahələri üzrə
 
yazılı və şifahi 
arayışları  yerinə  yetirir,  kataloq  və  kartoteka  sistemi  ilə  biblioqrafik 
xidmət  göstərir,  oxucuları  məlumat-biblioqrafiya  bilikləri  ilə  maarif-
ləndirir.
 
1999-cu  ildə  Milli  Məclis  tərəfindən  qəbul  edilən  “Kitabxana  işi 
haqqında”  Azərbaycan  Respublikasının Qanunu ilə ölkə  ərazisində dərc 
olunan  çap  məhsullarının  dövlət  uçotunu  aparmaq  və  arxiv  fondunu 
yaratmaq Milli Kitabxanaya həvalə olunur [4]. 
 
Artıq  2004-cü  ildən  başlayaraq  kitabxana  ölkə  ərazisində  nəşr 
olunan bütün çap məhsullarının dövlət qeydini aparır və il ərzində ölkədə 
nəşr  olunan  bütün  materialları  özündə  əks  etdirən  “Birillik  Azərbaycan 
Kitabiyyatı”nı çap edir.  
İlk  buraxılışlar  1990  və  1991-ci  illərdə  respublikamızda  nəşr 
olunan kitablar və kitabçalar haqqında məlumatları əhatə etmişdir. 
2005-ci  ildən  başlayaraq  2000-ci  ili  və  sonrakı  illəri  əhatə  edən 
buraxılışlar  ardıcıl  nəşr  olunur.  Cari  dövlət  biblioqrafiyasının  vacib 
atributu  olan  bu  nəşrin  artıq  1990-1992,  1998-2008-ci  illər  buraxılışları 
çap olunub. 
Qeyd  etmək  lazımdır  ki,  bu  nəşrlər  üçün  materialların 
toplanmasında  Milli  Kitabxana  ilə  yanaşı,  Azərbaycan  Milli  Elmlər 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə