Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə77/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   70   71   72   73   74   75   76   77   78

176 
 
 “Azərbaycanda neft sənayesi” adlı bu göstərici ölkəşünaslıq xarak-
terli  biblioqrafik  mənbə  olub,  retrospektiv  tipli    tövsiyə    biblioqrafiya-
sıdır. 
 Biblioqrafik göstərici tovsiyə xarakterli olduğuna görə mənbələrin 
hər birinə ayrılıqda annotasiya verilmişdir. Kitablara verilmiş annotasiya-
lar  geniş  olsalar  da,  qəzet  və  jurnal  məqalələrinə  verilmiş  annotasiyalar 
lakonik  şəkildədir.  Məsələn,  İsmayılov  Ə.H.  Neft  sənayesində  boru 
kəmərlərinin  və  yeraltı  metal  avadanlıqların  korroziyası  və  onunla 
mübarizə üsulları. – Bakı: Azərnəşr, 1962. – 153 s. 
 Kitaba  verilmiş  annotasiya:  Kitabda  korroziya  haqqında  ümumi 
anlayış, korroziyanın xalq təsərrüfatına vurduğu zərər, neft sənayesindəki 
boru  kəmərləri  və  yeraltı  metal  avadanlıqlarının  korroziyaya  uğrama 
səbəbləri  və  onlarla  konkret  mübarizə  üsulları  haqqında  ətraflı  məlumat 
verilir.  Kitab  neft  sənayesi  mühəndis-texniki  işçiləri  və  metalların 
korroziyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. 
Zülfüqarlı C. Neftdən qızıl // Elm və həyat. – 1971. - № 9. – S. 5. 
Jurnal  məqaləsinə  verilmiş  annotasiya:  Azərbaycanda  çıxan  neftin 
kimyəvi tərkibi haqqında. 
Behbudov V. Bakılıların təmənnasız, nəcib köməyi // Bakı. – 1974. 
– 21 mart. 
Qəzet məqaləsinə verilmiş annotasiya: İraq Respublikasında çalışan 
azərbaycanlı neftçilər haqqında. 
Biblioqrafik  göstəricidəki  materiallar  1960-1975-ci  illərdəki  çap 
məhsullarını əhatə edir. Kitablar 1960-cı ildən sonra, məqalələr isə 1970-
ci  ildən  sonra  çap  olunmuş  materiallardır.  Biblioqrafiyada  bütün 
mənbələr əlifba prinspi əsasında 11 bölmə daxilində qruplaşdırılmışdır. 
 Biblioqrafik  göstrəricidəki  bölmələrin  elmi-biblioqrafik  cəhətdən 
təhlili isə aşağıdakı kimidir: 
 I  Bölmə:  “V.İ.Lenin  və  Azərbaycan  nefti”  adlanır  –  bu  bölmədə 
V.İ.Lenin  Azərbaycan  neft  mədən  işçilərinə,  neftçi-mütəxəssislərə,  o 
cümlədən  Azərbaycana  dəvət  olunmuş  xarici  mütəxəssislərə,  Rusiya 
sənayesinin inkişafında Bakı neftinin böyük rol oynadığı, İngiltərə dövlə-
tinin Bakı neftini öz əlinə keçirmək üçün etdiyi səylərin boşa çıxması və 
digər  məsələlər  haqqında  çıxışları,  teleqramları,  məktubları  və  s. 
haqqında  onun  əsərlərinin  biblioqrafik  təsviri  toplanmışdır.  Maraqlı 
məlumat  olaraq  misallar  göstərək.  Məsələn,  Lenin  V.İ.  Bakı  nefti 
haqqında. Əsərləri. C. 3. – S. 479 (burada Rusiya sənayesinin inkişafında 
Bakı neftinin böyük rol oynadığı qeyd olunmuşdur); 
 V.İ.Lenin  Azərbaycan  haqqında.  –  Bakı:  Azərəşr,  1970.  –  394  s. 
(burada V.İ.Leninin Azərbaycan haqqında əsərləri, məktubları, nitqləri və 
sənədləri daxil edilmişdir). 


177 
 
 Lenin  V.İ.  G.K.Orconikidzeyə  məktub.  Y.Serqoya  (Orconikidze) 
surətləri:  Radçenkoya,  Frumkinə,  Avanesova.  V.İ.Lenin  Azərbaycan 
haqqında. – Bakı: Azərnəşr, 1970. – S. 260 (burada V.İ.Lenin Azneft bir-
liyinin  müstəqil  surətdə  xaricdə  ticarət  etməsi  hüququnun  saxlanmasını 
tələb edir). 
I  bölmənin  mənfi  cəhəti  odur  ki,  buradakı  mənbələrin  bəzilərinin 
nəşr  olunduğu  il,  tarix  göstərildiyi  halda,  bəzilərinin  isə  nəşr  tarixləri 
göstərilmir. Məsələn, Lenin V.İ. Azərneft fəhlələrinə və mühəndislərinə. 
Əsərləri. C.33. – S. 353; 
Lenin V.İ. Neft konsepsiyaları haqqında məktub. Əsərləri. C.32. – 
S. 134-136. Və s. 
II Bölmə: “Rəhbər materiallar” adlanır – bu bölmədə 13 mənbənin 
biblioqrafik  təsviri  verilmişdir.  Adından  da  göründüyü  kimi  burada  neft 
və  neft  kimyası,  neft  sənayesinin  inkişafına  həsr  olunmuş  tədbirlər 
haqqında  rəhbər  sənədlər,  həmçinin  dövrünün  bu  sahədəki  məsul 
şəxslərin  məruzələri  haqqında  məlumat  toplanmışdır.  1969-cu  ildə 
Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  birinci  katibi 
olmuş Ümummilli lider Heydər Əliyevin də məruzə və çıxışları haqqında 
da bəhs olunur. Məsələn, Sov. İKP MK dekabr (1974-cü il) plenumunun 
yekunları və respublika partiya təşkilatının vəzifələri haqqında. 1974-cü 
il dekabrın  26-da keçirilmiş  Azərbaycan KP  MK Plenumunun material-
ları. – Bakı: Azərnəşr, 1975. – 47 s. (burada Azərb. KP MK-nın birinci 
katibi  H.Əliyevin  plenumdakı  məruzəsəində  respublikada  xalq  təsər-
rüfatının, o cümlədən də neft sənayesinin vəziyyəti dərindən təhlil edilir, 
əldə  edilmiş  nailiyyətlərlə  yanaşı  mövcud  nöqsanlar  və  onların  aradan 
qaldırılması yolları göstərilir). 
 Əliyev  H.Ə.  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komi-
təsinin  hesabatı.  Azərbaycan  KP  MK-nın  birinci  katibi  H.Ə.Əliyev  yol-
daşın  Azərbaycan  KP  XXIX  qurultayında  məruzəsi  //  Kommunist.  – 
1976. – 29 yanvar. 
 1976-1980-ci  illərdə  SSRİ  xalq  təsərrüfatı  inkişafının  əsas 
istiqamətləri.  –  Bakı:  Azərnəşr,  1976.  –  107  s.  (burada  X  beşilliyin 
başlıca  vəzifələrindən  biri  kimi  respublikamızda  neft  sənayesinin  inki-
şafına xüsusi fikir verilmiş, o cümlədən neft kimyası sənayesinin inkişaf 
etdirilməsi  və  Bakı  neftayırma  zavodlarının  yenidən  qurulması  vacibliyi 
müəyyənləşdirilməsi barədə məlumatlar toplanmışdır) və s. 
II bölmənin mənfi xüsusiyyəti odur ki, əlifba prinsipi pozulmuşdur. 
III Bölmə: “Ümumi xarakterli ədəbiyyat” adlanır - bu bölmədə 55 
mənbə  haqqında  məlumat  verilir.  Mənbələr  əsasən  neft  sənayesinin  və 
ümumiyyətlə,  neft  elminin  inkişaf  etdirilməsində  müstəsna  xidmətləri 
olan  alimlər,  elmi-mütəxəssislər  haqqında,  həmçinin  Azərbaycanın 


178 
 
müxtəlif bölgələrindən çıxarılmış neft haqqnda, Bakı neft-qaz zavodu və 
digər neft laboratoriyaları haqqında, orta və yuxarı yaşlı məktəblilər üçün 
nəzərdə  tutulmuş  kitablar,  neftçilər  haqqında  kitablar,  həmçinin  elmi 
ədəbiyyatlar,  dərsliklər,  monoqrafiyalar  və  s.  haqqında  məlumat 
verilmişdir.  Məsələn,  Zeynalov  M.M.,  Zeynalov  A.M.  Şirvan  nefti.  – 
Bakı: Aərnəşr, 1961. – 83 s. (kitabda Şirvan neftindən, onun Azərbaycan 
neft  sənayesində  tutduğu  mövqedən,  Şirvan  qazı  əsasında  elektrik 
stansiyası tikilməsi məsələsindən, bu neft yataqlarının perspektivliyindən 
geniş bəhs edilir). 
 Nəsibzadə  L.  Xəzərin  “qara  qızılı”.  –  Bakı:  Elm,  1974.  –  34  s. 
(kitabda  Xəzər  dənizindən  neft  çıxarılmasının  əhəmiyyətindən,  neftin 
çıxarılması  tarixindən,  neftin  sahilə  daşınması  və  emalından,  neft 
çıxarılmasında fədakar əmək nümunələri göstərən qəhrəman neftçilərdən 
bəhs edilir). 
Sadıqov  T.M.  Buruq  tikintiləri.  Ali  texniki  məktəblər  üçün  dərs 
vəsaiti.  –  Bakı:  Maarif,  1973.  –  255  s.  (dərslikdə  buruq  tikintilərində 
işlənən  müxtəlif  inşaat  materialları  və  onlardan  hazırlanmış  konst-
ruksiyalar,  neft  sənayesindəki  buruq  tikintilərinin  layihələşdirilməsi, 
hazırlanması və quraşdırılmasından bəhs edilir). 
Quliyev  S.M.  Biblioqrafiya  //  Azərbaycan  EA  Əsaslı  kitabxana.  – 
Bakı: Azərbaycan EA nəşriyyatı, 1968. – 100 s. (Göstəricidə Azərbaycan 
EA-nın  həqiqi  üzvü,  texnika  elmləri  doktoru,  professor  S.M.Quliyevin 
1932-ci  ildən  1968-ci  ilə  qədər  nəşr  etdirdiyi  elmi-tədqiqat  əsərlərini, 
hesabat və tərcümələrini əhatə edir). 
Mahmudov  E.  Əbədi  atəş  diyarı  //  Bakı.  –  1973.  –  25  sentyabr. 
(Bakı neft-qaz zavodunun işi haqqında). 
Səlimov K. Dəniz və neft // Kommunist. – 1973. -2 fevral. (Dövlət 
Dəniz  Neft  Müəssisələri  Elmi-tədqiqat  və  Layihə  İnstitutunun  işi  haq-
qında). 
IV  Bölmə:  “Azərbaycanda  neft  sənayesinin  inkişafı”  adlanır  –  bu 
bölmədə  60  mənbə  haqqında  məlumat  verilir.  Buradakı  materailların 
əsasən  Azərbaycan  neft  sənayesinin  ilkin  tarixindən  ta  70-ci  illərədək 
keçdiyi  tarixi  inkişaf  yolundan  və  xüsusilə  də  Xəzər  dənizindən,  neftin 
çıxarılması və s. məsələlərə həsr olunmuş dair mənbələr haqqında infor-
masiyalar  verilir.  Məsələn,  Quliyev  S.M.,  Nəzərova  R.H.  Azərbaycanda 
neft  quyularının  qazılması  tarixindən.  –  Bakı:  Azərnəşr,  1962.  –  106  s. 
(kitabda  respublikamızda  neft  sənayesinin  yarandığı  vaxtdan  1960-cı 
illərə qədər keçdiyi inkişaf yolunu, xüsusən neft quyularının qazılmasının 
texnika və texnologiyasının inkişafı tarixini əhatə edir). 
Rəsulov A.B. Azərbaycanda neft sənayesinin inkişafı tarixindən. – 
Bakı:  Azərnəşr,  1962.  –  153  s.  (kitabda  Azərbaycan  neft  sənayesinin 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə