Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə76/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   70   71   72   73   74   75   76   77   78

173 
 
 
Г. АЛИЕВА 
ТЕКУЩАЯ БИБЛИОГРАФИЧЕСКАЯ ДЕЯТЕЛЬНОСТЬ 
АЗЕРБАЙДЖАНСКОЙ НАЦИОНАЛЬНОЙ БИБЛИОТЕКИ 
ИМЕНИ М.Ф.АХУНДОВА 
РЕЗЮМЕ 
 
Данная  статья  посвящается  текущей  библиографической 
деятельности  Азербайджанской  Национальной  библиотеки  им. 
М,Ф.Ахундова  за  1999-2009  г.г.  В  ней  анализируются  указатели  : 
«Ежегодник  Азербайджанской  литературы»,  «Новые  книги»,  «Ка-
лендарь знаменательных и исторических дат», «Новая литература о 
культуре,  искусстве  и  туризме»,  издаваемые  Азербайджанской 
Национальной Библиотекой. 
 
G. ALIYEVA 
THE CURRENT BIBLIOGRAPHIC ACTIVITIES OF THE 
AZERBAIJAN NATIONAL LIBRARY NAMED AFTER 
M.F.AKHUNDOVA 
SUMMARY 
 
The  given  article  is  devoted  to  the  current  bibliographic  activities 
of  the  National  Library  named  after  M.F.Akhundov.  The  indicators  as 
“Annual  Azerbaijan  bibliography”,  “New  books”,  “The  calendar  of  the 
important  and  historic  days”,  “New  literature  about  culture,  art  and 
tourism” published by National Library, were analyzed here.  
 
  
 
  


174 
 
 Təranə MĠRZƏYEVA  
AMEA Mərkəzi Elmi Kitabxanasının doktorantı 
 
“AZƏRBAYCANDA NEFT SƏNAYESĠ” – 
BĠBLĠOQRAFĠYASININ TƏHLĠLĠ 
 
Açar  sözlər: Azərbaycanda neft sənayesi,  neftə dair  biblioqrafiya, 
neft  və  biblioqrafik  informasiya,  neft  və  biblioqrafik  təlabat,  neftə  dair 
tövsiyyə biblioqrafyası. 
Ключевые  слова:  Нефтяная  промышленность  в  Азербайд-
жане,  библиография  по  нефти,  нефть  и  библииографическая 
информация,  нефть  и  библиографический  спрос,  рекомендация  на 
нефтяную библиографию. 
 Key words: Azerbaijan's oil industry, bibliography on oil, oil and 
bibliographic  information,  demand  for  oil  and  bibliographic, 
recomendation on oil. 
 
Məlum  olduğu  kimi  neft  dənizlərdəki  bitkilərin  və  heyvanların 
çürüməsindən sonra qalan qalıqlarından meydana gəlir. Bu qalıqlar dəniz 
yatağında  milyonlarla  il  boyunca  çürüyəndən  sonra  yerdə  ancaq  yağlı 
maddələr  qalır.  Palçıq  və  böyük  qaya  laylarının  altında  qalan  yağlı 
maddələr də neft və qaza dönür. Yer qabığındakı hərəkətlənmələr bəzən 
dənizlərin  torpaq  hissələri  halına  gəlməsinə  və  özündə  nefti  ehtiva  edən 
qayaların  minlərlə  metr  dərinliyə  gömülməsinə  səbəb  olur.  Meydana 
gələn  neft  də  bəzən  qaya  təbəqələrindəki  məsamələrdən  sızaraq 
kilometrlərlə  dərindən  səthə  çıxır  və  burada  buxarlaşaraq(qaz  halına 
dönərək) geriyə qatran yığınağı buraxır. (4). 
 Neftin əhəmiyyəti, onun necə meydana gəlməsi haqqında hələ VII 
əsrdə  nazil  olmuş  müqəddəs  səmavi  kitabımız  “Qurani-Kərim”də  də 
bariz şəkildə izah olunmuşdur. “Qurani-Kərim”in 87-ci surəsi olan “Əl-
Əla”  (yəni  “Ən-Uca”)  surəsinin  1-5-ci  ayələrində  buyrulur:  “Xəlq  edən 
və  nizama  salan,  əzəldən  müəyyən  edən  və  yol  göstərən,  ən  uca  olan 
Rəbbinin  adını  pak  və  müqəddəs  tutub  şəninə  təriflər  de!  O  Rəbbin  ki, 
yamyaşıl otlar çıxartdı. Sonra da onu quru, qara vəziyyətə döndərdi”. (3, 
627). 
 "Əla"  surəsinin  ilk  dörd  ayəsində  diqqəti  cəlb  edən  üç  məsələ 
neftin yaranma mərhələləri ilə ciddi parallellik içindədir. Xüsusilə "otlaq, 
düz, çəmənlik" mənalarına gələn "əlməra" ifadəsi ilə neftin yaranmasında 
iştirak edən üzvi mənşəli maddələrə işarə olunması ehtimalı daha çoxdur. 
Ayədə ikinci maraqlı söz isə qara rəngə çalan yaşıl, qaraya çalan, əsmər, 
his  rənglərini  bildirmək  üçün  işlədilən  "əhva"  kəlməsidir.  Bu  sözü  də 


175 
 
yerin  altında  yığılıb  qalan  bitki  qalıqlarının  zaman  ötdükcə  qara  rəngli 
maddəyə çevrilməsi kimi qəbul etmək olar. Çünki bu kəlmələr üçüncü bir 
kəlmə  ilə  -  "qusaən"  kəlməsi"  sel  suyunun  otları,  çöplərini  bir-birinə 
qataraq  sürüyüb  gətirdiyi  və  dərələrin  ətrafına  atdığı  ot,  çöp,  yarpaq  və 
köpük kimi  qarışıqlıq" mənasına da  gəlir.  "Qusmaq" mənasını verən bu 
söz bəzi mənbələrdə "sel qusmağı" kimi tərcümə edilir və torpağın nefti 
qusması  kimi  də  tərif  edilir.  Həmçinin  neftin  meydana  gəlməsi,  ortaya 
çıxması,  köpüklü  görünşü,  rəngi  nəzərə  alınanda  ayələrdə  işlədilən 
kəlmələrin nə qədər hikmətli olduğu daha yaxşı anlaşılır. 
 Burdan da göründüyü kimi, ayədəki bitkinin qara və axıcı bir ma-
yeyə  dönməsi  nef-tin  əmələ  gəlməsi  ilə  çox  oxşardır.  Neftin  əmələ 
gəlməsi haqqında məlumatın olmadığı bir dövrdə bu cür uzun illəri əhatə 
edən bir təşəkkül prossesinin tərif edilməsi şübhəsiz ki, Quranın Allahın 
vəhyi olmasının başqa bir dəlilidir (4). 
Müstəqilliyimizin  əldə  edilməsi  ilə  cəmiyyətin  bütün  sferalarlında 
dinamik  inkişaf  getdikcə  güclənməkdədir.  İqtisadi  inkişafımızın  qarantı 
olan  neft  sənayesinin  hərtərəfli  tərəqqisi,  həmin  sahəyə  olan  elmi  və 
təcrübi  marağı  da  artırmış  oldu.  İqtisadi  maraqla-elmi  marağın  üst-üstə 
düşməsi  zəngin  informasiyaların  çoxalmasına  və  həmin  informasiya 
mənbələrinə tələbatın da artmasına səbəb olmuşdur. Bu da öz növbəsin-
də,  neftin  mütxəlif  sahələrinə  həsr  olunmuş  çoxsaylı  elmi  və  kütləvi 
nəşrlərin geniş tirajına situmul  yaratdı. Təbii ki,  belə nəşrlərin asan əldə 
edilməsinin  ən  optimal  yolu  kitabxanalardır.  Təsadüfi  deyildir  ki, 
ümummilli  lider  Heydər  Əliyev  M.F.Axundov  adına  Milli  kitabxanada 
keçirilən “Vətənə, dövlətə, xalqa sədaqət andı” kitabının təqdimat məra-
simində  kitabı  və  kitabxana  işini  yüksək  qiymətləndirərək  demişdir: 
“Kitab  nəşri  hər  bir  ölkənin,  xalqın  mədəniyyətində  ümumiyyəətlə  mə-
dəni-ictimai  həyatında  çox  görkəmli  yer  tutur.  Hər  birimiz  ilk  növbədə 
ancaq  kitab  vasitəsilə  təhsil,  elm  almışıq,  həyatda  yaşamaq,  fəaliyyət 
göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara borcluyuq... 
Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviy-
yat,  bilik,  zəka  mənbəyidir.  Ona  görə  də  kitabxanalara  daimi  hörmət 
xalqımızın mənəviyyatını nümayiş etdirən amillərdən biridir” (2, 20). 
Sənəd-informasiya-tələbatçı,  bir  sözlə  sənəd-kommunikasiya  sis-
temində biblioqrafiyaşünaslıq elminin rolu da danılmaz faktlardan birinə 
çevrilmişdir. Neft üzrə hazırlanmış biblioqrafik göstəricilərin mövzu əhə-
miyyəti  daşıması,  sahəvi  biblioqrafiyanın  genişlənməsinə  şərait  yaratdı. 
Ölkəşünaslıq  biblioqrafiyasına  daxil  olan  bu  göstəricilərin  aktuallığı 
onların informasiya tələbatının əhəmiyyətini də artırmışdır. Bunun da nə-
ticəsi olaraq, neftə dair çox sayda biblioqrafik vəsaitlər hazırlanmışdır ki, 
həmin vəsaitlərdən birinin elmi-biblioqrafik təhlilini veririk. 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə