Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə69/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   65   66   67   68   69   70   71   72   ...   78

156 
 
edilmişdir.  Göstəricinin  I  cildinə  1881-1894-cü  illəri  –  I  -  XX 
buraxlışların, II cildində isə XXI - XXX buraxlışların, yəni 1896 - 1902-
ci  illərdə  nəşr  edilmiş  nömrələrin  biblioqrafiyası  daxil  edilmişdir. 
Ümumulikdə  cildlərdə  30  buraxlış  haqqında  məlumat  daxil  edilmiş  və 
son  16  (31-46)  buraxlış  haqqında  informasiya  verilməmişdir.  Cildlərin 
heç  birinə  giriş  sözü  yazılmamışdır.  Lakin  müəllif  göstəriciyə  maraqlı 
qurluş verə bimişdir.  
 Hər iki cilddə materiallar bir neçə aspektdən qruplaşdırılmışdır və 
cildlərin  daxili  quruluşu  eynidir.  Göstəricidə  ilkin  olaraq  hər  buraxılışın 
xronologiya  üzrə  ayrı-ayrılıqda  tərkibi  açılmışdır.  Daha  sonra  isə 
göstəriciyə  5  adda  köməkçi  aparat  tərtib  edilmişdir.  İlk  köməkçi  aparat 
materialları  elm  sahələrinə  görə  (coğrafiya,  etnoqrafiya,  folklor,  tarix, 
linqvistika,  xəritələr,  notlar  və  s.)  əks  etdirir.  Nağıllar  köməkçi  aparatın 
elm  sahələri  üzrə  bölgüsündə  “folklor”,  “Qafqaz  ərazilərində  yaşayan 
xalqlar” bölməsində - Türklər, Azərbaycan tatarları, dağlı-qaraçay tatar-
ları alt bölməsində, “Qafqaz quberniya və əyalətləri üzrə məqalələr” adda 
köməkçi aparatda Bakı, Zaqatala və s. kimi əyalətlərin adları ilə bağlı alt 
bölmələrin daxilində əks etdirilmişdir. Daha sonra isə müəlliflərin adlar 
və  məqalələrin  sərlövhələrinin  əlifba  göstəricisi  verilmişdir.  Göstəricidə 
materialların  bu  prinsip  əsasında  quruplaşdırılması  o  dövr  üçün 
mütərəqqi hal idi. 
Sərlövhələrin  biblioqrafik  təsviri  zamanı  vahid  qaydaya  riayət 
edilmişdir.  Birinci  olaraq  əsərin  sərlövhəsi,  müəllif,  cild,  şöbə 
(SMOMPK-da  məqalələr  şöbələr  daxilində  qruplaşdırılmışdır  )  və  səhi-
fələri  göstərilmişdir.  XIX  əsrə  aid  bu  biblioqrafik  təsvir  kifayət  qədər 
mütəşəkkil və informativdir.  
Lakin  bildiyimiz  kimi  Tiflisdə  nəşr  olunmuş  SMOMPK  (1881-
1915,  44  nəşri)  adlı  toplu  o  dövrdə  bütün  Qafqaz  xalqalırına  aid 
materialları nəşr  etdirirdi. Elə buna  görə də SMOMPK əvvəlki dövlərlə 
müqayisədə  xalq  nağıllarımızın  tez-tez  nəşr  olunduğu  bir  mətbu  orqanı 
idi. Bu baxımdan E. Kozubskinin tərtib etdiyi bu göstərici nağıllarımızın 
da əks olunduğu hələlik müəyyən etdiyimiz ilk biblioqrafik göstəricidir. 
Onu  da  qeyd  edək  ki,  təkcə  I  cilddə  erməni  nağılları  bölməsində 
Bakı  quberniyasından,  Şamaxı  uyezdindən  N.Kalaşevin  qələmə  aldığı 
“Şah İsmayıl”, “Məlikməmməd”, “Əlixan”, “Qulu xan” “Novruz” və s., 
T. Yüzbaşevin yazıya köçürdüyü “Yeddi qardaş” və s. kimi nağıllarımız 
ümumilikdə  15–  dən  çox  nağıl  verilmişdir  ki,  bunun  12-si  Azərbaycan 
xalq nağılıdı. ( 5, s.89-90). Buna görə də tədqiqatçıların göstəricidə yal-
nız türk, yaxud tatar bölməsinə baxması düzgün olmazdı. Çünki erməni 
nağılları,  yaxud  ermənilərin  adı  ilə  topluya  daxil  edilmiş  digər  folklor 
nümunələri  də  Azərbaycanın  müxtəlif  əyalətlərindən  toplanmış  milli 


157 
 
folklor  nümunələrimizdir.  2-ci  cilddə  də  eyni  vəziyyətdi.  Məsələn,
 
“Ramazan”  nağılı  (6.S.21).  Ermənilərə  aid  materiallarda,  xalq  nağılları 
bölməsində  onlarla  belə  nağıl  və  digər  folklor  nümunələri  (məs.  “3 
molla” gülməli hekayələr alt bölməsində (6.s.21)) var. 
 Ermənilər  xalq  nağıllarımızı  indi  də  erməni  nağılları  adı  altında 
nəşr etdirirlər. Lakin indi bu nağıllar çox dəyişdirilib və erməniləşdirilib. 
Ilk baxışda onların xalq nağıllarımız olduğunu müəyyən etmək olmur. O 
dövrdən başlayaraq nağıllar dəyişdirilərək tanınmaz formaya salınmışdır. 
Bu  baxımdan  SMOMPK  çox  dəyərli  bir  mənbədir.  Çünki  ermənilər  o 
dövrdə  nağıllarımızı  öz  adlarından  nəşr  etdirərkən  dəyişdirməmişdirlər. 
Məsələn,  yuxarıda  adlarını  qeyd  etdiyimiz  nağılların  adlarından  da 
görünür ki, onlar müsəlman və türk adlarıdır.  
Göstəricinin (5,6) müsbət tərəfi odur ki, nağıllar üçün ayrıca yarım 
bölmə  yaradılmış  və  bu  yarım  bölmə  nağılların  nəşri  xronikasını 
izləməyə  şərait  yaradır.  Həmçinin  bu  göstərici  mətbuatda  ilk  işıq  üzü 
görmüş  nağıllarımız  haqqındadır.  Digər  baxımdan  göstərici  15-ə  yaxın 
xalqların nağılları, onların nəşri tarixi və s. kimi biblioqrafik informasiya 
ilə də tanışlığa şərait yaradır.  
Yuxarıda  qeyd  etdiyimiz  kimi  SMOMPK  məcmuəsi  nağıların 
davamlı  nəşrini  təşkil  edən  ilk  mətbu  orqanı  idi.  Cəmi  46  nömrəsi  nəşr 
edilmiş  bu  cildlərin  Ə.Əfəndiyev  tərəfindən  də  biblioqrafiyası 
yaradılmışdır.  Bu  baxımdan  Ə.Əfəndiyevin  tərtib  etdiyi  bu  biblioqrafik 
göstərici bir çox baxımdan dəyərlidir. İlk növbədə onu qeyd edək ki, bu 
məcmuənin  nömrələri  artıq  çoxdandır  ki,  kitabxanaların  nadir 
fondlarında qorunub saxlanılır. Hətta artıq bir qisminin orjinal yox, qeyri-
professional  yaradılmış  kopyaları  mövcuddur.  Digər  tərəfdən 
Respublikamızın  elə  bir  kitabxanası  yoxdur  ki,  onun  fondunda  bütün 
cildlər  bir  yerdə  qorunsun.  Toplunun  müxtəlif  cildləri  6  mühüm 
kitabxana  və  dövlət  müəssisələrinin  fond  və  arxivlərində  qorunur  (1.). 
Həmçinin  bəzi  cildlərdə  səhifələrin  tamlığı  da  pozulmuşdur.  Lakin 
M.F.Axundov adına Milli Dövlət Kitabxanasının Nadir nəşrlər şöbəsində 
demək olar ki, əksər cildlər mövcuddur. Digər tərəfdən cildlərin elektron 
variantları yaradılmışdır və bəzi rus saytları cildlərin satışını (elektron və 
kitab halında) təklif edir.  
Əmin  Əfəndiyevin  yaratdığı  bu  biblioqrafik  göstəricidə  bütün 
cildlər  əhatə  edilmiş,  toplunun  qeyri-ənənəvi  daxili  qurluşu  oxucular 
üçün  izah  edilmiş,  toplu  haqqında  geniş  şərhlər  verilmişdir.  Göstəricidə 
cildlərə  daxil  edilmiş  yazılar  xronoloji  ardıcıllıqla  biblioqrafik  təsvir 
edilmişdir.  Materiallara  müəllif  tərəfindən  şərti  olaraq  sıra  nömrəsi 
verilmişdir.  Göstəricidə  biblioqrafik  təsvirdən  sonra  materiallara 
anatasiyanın  verilməsi  göstəricinin informasiya vermək  gücünü daha da 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə