Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə65/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   61   62   63   64   65   66   67   68   ...   78

147 
 
mövzuları  üzrə  tədqiqat  aparan  mütəxəssislərə  sənədlə  və  biblioqrafik 
informasiya  ilə  yardım  edilməsi  olmuşdur.  Adları  çəkilən  sənəd-
informasiya  toplularının  mövzusu  seçilərkən,  onun  dil,  janr  istiqaməti, 
həcmi  və  quruluşu  müəyyənləşdirilərkən  məhz  həmin  amillər  nəzərə 
alınmışdır.  Bu  səbəbdən  də  həmin  topluların  sırasında  ölkə  başçısı 
Prezident  İlham  Əliyevin,  ölkənin  birinci  xanımı  Mehriban  Əliyevanın 
fəaliyyətinin  müxtəlif  istiqamətləri,  ümummilli  lider  Heydər  Əliyevin 
irsinin,  onun  haqqında  ədəbiyyatın  müxtəlif  aspektlərdən  təhlilinə  və 
kitabxananın  məramı,  fəaliyyət  istiqaməti  ilə  əlaqədar  digər  aktual 
mövzulara  üstünlük  verilmişdir.  Bu  sənəd-informasiya  toplularından 
“Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  nitqləri, 
çıxışları,  müsahibələri,  bəyanatları:  2003-2011”.  “İlham  Əliyev  və 
Azərbaycanın neft diplomatiyası”, “Əsrin müqaviləsi - 15 il”, “Azərbay-
canda  Olimpiya  hərəkatı”,  “Xoşməramlı  səfir”,  “Dağlıq  Qarabağ 
münaqişəsi”,  “Azərbaycanlıların  soyqırımı  və  deportasiyası”  kimi  elek-
tron resursları,  “Heydər Əliyev: Elektron Sənədlər toplusu”, “Azərbay-
can  Prezidenti  İlham  Əliyevin  xarici  siyasət  fəaliyyəti  “,  “Odlar  Yurdu 
Azərbaycan”,  “XX  əsrin  faciəsi  –  Xocalı  soyqırımı”  “Azərbaycan. 
Dövlət rəmzləri və atributları”, “Təcavüz. 20 yanvar. Bakı” kimi elektron 
layihələri  xüsusi  qeyd  etmək  olar,  Qeyd  edək  ki,  bu  sənəd-informasiya 
toplularının  müvafiq  mövzuları  və  onların  ayrı-ayrı  hissələri  mütəmadi 
olaraq  yeni  sənədlərlə  zənginləşdirilir  və  onlar  Kitabxananın  internet 
saytında hamının sərbəst istifadəsi üçün yerləşdirilmişdir. 
Yeni  kitabxana  texnologiyaların  yaradılması  və  tətbiqi  sahəsində 
tanınmış  mütəxəssislər  A.M.  Zemskov  və  Y.  L.  Şrayberq  müasir  sənəd 
informasiya resurslarından bəhs edərkən bu resursları müxtəlif əlamətlərə 
görə  təhlil  etmiş,  onların  fərqləndirici  əlamətlərindən  biri  kimi  onların 
çap  olunmuş  sənəd-informasiya  resurslarına  münasibəti  baxımdan 
növünü  fərqləndirmiş  və  öz  növbəsində,  bunu  da  üç  altnövə  ayırmışlar. 
Bunlar  çap  analoqları  olmayan  elektron  resurslar,  mövcud  çap  edilmiş 
sənədlərin  dəstəklənməsi(onların  mühafizəsi,  istifadənin  daha  səmərəli 
təşkili  və s.) üçün  yaradılan elektron resurslar və çap edilmiş  sənədlərin 
əsasında  yaradılan,  lakin  uzun  müddət  saxlanmaq  üçün  nəzərdə 
tutulmayan  elektron  informasiya  resurslarıdır
 
[3,  S.56.].
 
Prezident 
Kitabxanasında  yaradılan  elektron  sənəd  informasiya  toplularını  (  “e-
resurslar” və “e-layihələr”) bu alimlərin təklif etdiyi yuxarıdakı təsnifatla 
tutuşdursaq  bu  topluların  fərqləndirici  əlamətlərin  həmin  təsnifatdakı 
ayrı-ayrı altnövlərin əlamətlərindən daha geniş olduğunu müəyyənləşdirə 
bilərik. Belə olduğu təqdirdə, bizim fikrimizcə, yuxarıda verilən təsnifata 
onun iki ayrıca altbölməsinin əlamətlərini özündə birləşdirən “kompleks” 
adlı  yeni  bir  altnöv  əlavə  edilməsi  məqsədəuyğun  hesab  edirik.  Çünki 


148 
 
Prezident Kitabxanasında yaradılan elektron sənəd informasiya topluları 
həm  çap  analoqu  olan,  həm  də  belə  analoqu  olmayan  sənədlər  əsasında 
tərtib  edilir.  Bunlardan  əlavə,  Kitabxanada  tərtib  edilən  toplularda  bu 
alimlərin  nəzərdə  tutmadığı  tərkib  hissələr  də  vardır.  Bu  isə  digər 
kitabxanaların  fəaliyyətində  analoqu  olmayan  və  Prezident  Kitab-
xanasının  öz  mütəxəssislərini  tərəfindən  tərtib  edilən  faktoqrafik-
xronoloji  göstəricilərdir  ki,  hansılar  ki,  Kitabxananın  bir  sıra  vacib  “e-
layihə” tipli topluları üçün tərtib edilmişdir. 
Prezident Kitabxanası tərəfindən həyata keçirilmiş son layihə olan 
“Azərbaycan Respublikası – 20” adlı elektron layihəsi bu kitabxanada 
sənəd-informasiya toplularının yaradılması sahəsində əhəmiyyətli mərhə-
lə  hesab  edilə  bilər.  Əlamətdar  haldır  ki,  bu  elektron  layihə  əlamətdar 
tarixə  uyğun  olaraq  2011-cü  ilin  oktyabr  ayının  21-də  istifadəyə  veril-
mişdir 
İndi  isə  Prezident  Kitabxanasının  Azərbaycan  Respublikasının 
Dövlət  müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş  “Azərbaycan 
Respublikası  –  20”  adlı  elektron  layihəsinin  (sənəd-informasiya  top-
lusunun) quruluşu və informasiya axtarış imkanları ilə bir qədər yaxından 
tanış olaq. 
Layihə  iyerarxik  struktura  malikdir.  Belə  ki,  oradakı  materiallar  9 
tematik hissədən, onların daxilində 29 bölmədən və onların da tərkibində 
altbölmələrdən  ibarətdir.  Layihənin  yaradılmasında  mövzu  ilə  əlaqədar 
kitablardan,  məqalələrdən  və  internetdəki  informasiya  resurslarından 
bacarıqla istifadə edilmişdir. Layihə ölkəmizlə yanaşı, müxtəlif ölkələrdə 
yaşayan,  müxtəlif
 
dillərdən  istifadə  edən  auditoriya  üçün  nəzərdə 
tutulmuşdur və buna görə də, onun Azərbaycan, ingilis və rus versiyaları 
yaradılmışdır və həm  də ayrı-ayrı dillərdə bu mövzuda kitabların,  dövri 
mətbuat  materiallarının  mövcudluğundan  asılı  olaraq,  dil  versiyaların 
bölmələrində, tərkibindəki materialların tərkibində və həcmində müəyyən 
fərqlər  mövcuddur.  Layihədəki  mətnlər  internet  vasitəsi  ilə  çox  asan 
açılan,  mətni  sənədlərin  tərtibi  üçün  geniş  yayılmış  pdf  fayl  forma-
tıındadır.  Qeyd  edək  ki,  Prezident  Kitabxanasının  digər  elektron  sənəd-
informasiya  resurslarında  olduğu  kimi,  bu  layihənin  müvafiq  bölmələri 
də daim yeni materiallarla zənginləşdirilir. 
Layihənin  birinci  hissəsi  “Ümumi  məlumat”  adlanır.  O,  iki 
bölmədən  ibarətdir.  “Azərbaycan  bu  gün”  adlanan  birinci  bölmədə 
Azərbaycan  Respublikasının  coğrafi  mövqeyi,  ərazisi,  əhalisi,  şəhərləri, 
inzibati-ərazi bölgüsü haqqımda qısa məlumat verilir.  
Məlumdur  ki,  Azərbaycanın  tam  dövlət  müstəqilliyi  qazanması  və 
onun  bərpası  çətin  və  xeyli  zaman  davam  etmiş  bir  prosesdir. 
İstifadəçilərə bu barədə məlumat birinci hissənin “Müstəqilliyə qədərki 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə