151
“Xarici ölkələrdə keçirilən tədbirlər” adlanan ikinci bölmədə
dünyanın müxtəlif ölkələrində Azərbaycanın səfirlikləri və digər qurum-
lar tərəfindən respublikamızın öz dövlət müstəqilliyini bərpa etməsinin
ildönümləri ilə əlaqədar keçirilmiş tədbirlər haqqında məlumat verilir.
Layihənin altıncı hissəsi
“Xronologiya” adlanır. Azərbaycan
kitabxana praktikasında əhəmiyyətli yeniliyin nümunəsi kimi
qiymətləndirilə bilən bu hissə ölkəmizdə bu mövzu ilə əlaqədar tərtib
edilmiş ilk faktoqrafik-xronoloji informasiya mənbəyidir. Bu bölmədə
müstəqillik ərəfəsində və müstəqillik illərində (1988-2011-ci illər
ərzində) baş vermiş ən mühüm hadisələr haqqında lakonik məlumat
verilmişdir. Burada 1980-ci il 20 fevral tarixindən 2011-ci ilin 25
oktyabrına qədər cədvəl şəklində hər sətirdə əvvəlcə tarixlər göstərilmiş,
onun qarşısında isə həmin tarixin müstəqillik baxımdan nə ilə əlamətdar
olduğu izah edilmişdir. Bu təqdirəlayiq bölmənin həcmi 45 səhifədir.
Yuxarıda qeyd edildiyi kimi, Prezident Kitabxanasının sənəd-
informasiya toplularının əksər hissəsində toplunun mövzusu ilə əlaqədar
müstəqil mənbə kimi əhəmiyyət kəsb edən sanballı kitabların və
məqalələrin tam mətnləri ayrıca bölmədə cəmlənir və tələbatçıların
istifadəsinə verilir. Təqdim edilən layihənin
“Elektron resurslar”
adlanan yeddinci hissəsi də həmin funksiyanı yerinə yetirir. Burada
Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi mövzusuna dair ən
əhəmiyyətli kitab və məqalələrin tammətnli elektron versiyaları
toplanmışdır. Onun daxilində
“Kitablar” adlanan birinci bölmədə
Azərbaycan dilində 54 adda, ingilis dilində 6 adda, rus dilində isə 36
adda kitabın elektron versiyaları toplanmışdır.
“Məqalələr” adlanan
ikinci bölmədə 169 adda(ümumi həcmi 801 səhifə), ingilis dilində 38
adda (ümumi həcmi 190 səhifə), rus dilində 28 adda (ümumi həcmi 126
səhifə)məqalənin tammətnli elektron versiyaları toplanmışdır.
Layihənin səkkizinci hissəsi
“Biblioqrafiya” adlanır. Burada Azər-
baycanın dövlət müstəqilliyini bərpa etməsi mövzusuna dair əlavə mənbə
kimi istifadəsi
tövsiyə edilən kitab, məqalə və dissertasiya avtoreferatları-
nın biblioqrafik siyahısı verilmişdir. Buradakı materiallar nəşr növlərinə
görə üç bölməyə ayrılmışdır.
“Kitablar” adlanan birinci bölmədə 1996-
cı ildən başlayaraq indiyə qədər Azərbaycanın müstəqilliyi ilə əlaqədar
mövzu üzrə nəşr edilmiş kitablar haqqında məlumat verilir. Həmin kitab-
ların biblioqrafik təsvirləri dillər üzrə qruplaşdırılmış, onun daxilində isə
material əlifba ardıcıllığı ilə düzülmüşdür. Bu zəngin biblioqrafik mən-
bədə Azərbaycan dilində 697 adda, xarici dillərdə isə 75 adda kitabın
biblioqrafik təsviri toplanmışdır.
“Məqalələr”
-“Dövri
mətbuat.
Dövlət
müstəqilliyinin
bərpasının iyirminci ildönümünə həsr olunmuĢ tədbirlər” adlanan