138
yerləşir. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində 2, Təhsil
Nazirliyinin tabeliyində 36 kitabxana var. Bu kitabxanalar şəhər yaşayış
mərkəzlərində yerləşir. Rayon kitabxanalarında cəmi 53179 nüsxə
informasiya resursu var. Fondun 27475 nüsxəsi kənd kitabxanasında
olmaqla, əsasını kitablar təşkil edir. Rayon kitabxanalarında çalışan 40
nəfər mütəxəssisin yalnız 3 nəfəri kənd kitabxanasında fəaliyyət göstərir.
Bu mütəxəssislərdən 2 nəfəri ali və orta qeyri-ixtisas, 1 nəfəri orta-ixtisas
təhsillidir.
“Kitabxana işi haqqında” Azərbaycan Republikasının Qanununda
kitabxanaların elm, informasiya,mədəniyyət,təhsil və tərbiyə müəssisəsi
kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə
edən,onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin
intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial
institut olması öz əksini tapmışdır. (7.S.3-16) Bununla belə, Qanunda
kitabxana fəaliyyətinin gələcək istuqamətləri, kitabxana fondlarının
təchizatı, kitabxanaların elmi-metodik təminatı, kitabxanaların kadr təmi-
natında ixtisaslı kitabxanaçı-biblioqraflara üstünlük verilməsi və.s. öz
əksini tapmışdır. Əhalinin informasiya təminatının ödənilməsində elmi-
texniki, uşaq, gənclər, musiqi məktəblərinin, muzey və digər mədəniyyət
və tədris müəssisələrinin, eləcə də müxtəlif təşkilatların tabeliyində olan
kitabxanalar, o cümlədən 6 respublika əhəmiyyətli kitabxana, Bakı
şəhərində 84 kitabxana və filialı, 72 şəhər və rayon MKS-i mühüm rol
oynayır. Respublikamızın müxtəlif iqtisadi rayonlarında fəaliyyət gös-
tərən MKS-lər və onların filiallarından bəhs edərkən, qeyd etməliyik ki,
2009-cu ilin əvvəllərinə qədər respublikamızdakı bütün kütləvi kitab-
xanaların sayı 4029 olmuşdur. Naxçıvan MR. və digər regionlardakı
kütləvi kitabxana şəbəkələri, onların filialları, informasiya resursları
1996-2009-cu ilə qədər bu statistik hesablamalarda öz əksini tapmışdır.
Statistik hesablamalardan aydın olur ki, 1996-cı ildə şəhər və kənd
yaşayış məntəqələrində kütləvi kitabxanaların sayı 4794 olmuşdur. Lakin
2009-cu ilə qədər statistik hesablamalardan məlum olur ki, bu illər
ərzində kütləvi kitabxanaların sayı, onların oxucuları və informasiya
resursları azalmağa doğru getmişdir. Yalnız 2007-ci illərdən sonra
kütləvi kitabxanalar, onların fondları, informasiya tələbatçıları müəyyən
qədər artmağa başlamışdı. Bu artım həm şəhər mərkəzlərində, həm də
kənd yaşayış məntəqələrində yerləşən kütləvi kitabxanalarda hiss
olunmuşdur. Belə ki, 1996-cı ildə oxuculara düşən informasiya resur-
sunun sayına görə bölgü bu şəkildə olmuşdur: hər 5168 nəfər oxucuya
39,3 milyon nüsxə; 2007-ci ildə : hər 4286 nəfər oxucuya 36,4 milyon
nüsxə, 2009-cu ildə: hər 4335 nəfər oxucuya 37,3 milyon nüsxə.(5.S.232-
235) 2009-cu ildə respublikamızın kənd yaşayış məntəqələrində yerləşən
139
kütləvi kitabxanaların sayı- 3402, onların fondu- 19,4 milyon nüsxə,
oxucularının sayı- 1196000 nəfər olmuşdur. MKS-lərin və onların
filialları olan kütləvi kitabxanaların sayının, oxucusunun, fondunun
azalmasına nə səbəb olmuşdur? Bu sualın cavabı əslində “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı”nda öz əksini tapır: ötən əsrin 90-ci
illərinin əvvəllərində ölkədə baş verən hadisələr kitabxanaların da
fəaliyyətinə mənfi təsir göstərmiş, kitab nəşri və kitab təhcizatı sistemi
tamamilə iflic vəziyyətinə düşmüş, onların maddi-texniki bazasının
olduqca zəifləməsinə gətirib çıxarmışdır. Bütün bunlar kitabxana
sahəsinin tənəzzülünə səbəb olmuşdur. Nəticədə kitabxanalar real və
potensial oxucularını itirmiş, xeyli sayda kitabxanalar bağlanılmış,
əksəriyyəti oxucu tələbatını ödəyə bilməmiş, mövcud ştat vahidləri
ixtisar edilmişdir. Bunun əsas səbəbi Ermənistan silahlı qüvvələri
tərəfindən respublika ərazisinin 20 faizinin işğal olunması idi., hazırda bu
torpaqların hələ də erməni tapdağı altında olması və bunun nəticəsində 9
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, 927 kitabxananın və onların 4
milyondan artıq kitab fondunun məhv edilməsi, kitabxanaların yeni
nəşrləri almaq üçün vəsaitlə təmin edilməməsi, habelə kitabxana
fondlarından məzmunca əhəmiyyətini itirmiş və mənəvi cəhətdən
köhnəlmiş kitabların çıxarılması olmuşdur.(3.S.6-29)
Hazırda,
kitabxana-informasiya
şəbəkəsinə
daxil
olan
kitabxanaların 90 faizi müasir tələblərə cavab vermir.Kitabxanaların
əksəriyyətinin yararsız vəziyyətdə olması, eyni zamanda kitabxana
filiallarının 79,2 faizinin sahəsi darısqal olduğundan əhalinin 66,8 faizi
onlardan istifadə edə bilmir. Bu sıraya Mingəçevir, Naftalan, Sumqayıt,
Yevlax, Şirvan, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Qazax, Qobustan,
Zaqatala, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Samux, Xaçmaz, Cəli-
labad, Ucar, Kürdəmir və digər rayon kitabxanaları daxildir. Kitabxana-
ların müxtəlif sahələrə aid yeni nəşrlərlə təmin edilməsinə, fondlarının
mühafizəsinə, binalarının əsaslı təmirinə, avadanlıqla təmin edilməsinə
və kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasına ciddi
ehtiyac olduğu “Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nda da
nəzərə çatdırılmışdır.(3.S.6-29) Bundan əlavə kitabxana-informasiya
sahəsində həll olunmamış əsas problemlərdən biri də kitabxana fond-
larının mühafizəsi və bərpası məsələsidir. Vacib və təxirəsalınmaz işlər
sırasına latın qrafikası ilə buraxılan yeni nəşrlərin elektron daşıyıcılara
köçürülməsi də daxildir. Bu problemləri həll etmək baxımından Azərbay-
can Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında “ 2004-cü il 12 yanvar
Dostları ilə paylaş: |