Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə60/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   56   57   58   59   60   61   62   63   ...   78

136 
 
kitabxanaların 47-i kənd yaşayış məntəqələrində yerləşir. Mədəniyyət və 
Turizm  Nazirliyinin  tabeliyində  30,  Təhsil  Nazirliyinin  tabeliyində  17 
kitabxana  fəaliyyət  göstərir.  Cəbrayıl  rayon  kitabxanalarında  olan 
245265  nüsxə  informasiya  resursundan  153059  nüsxəsi  kənd  yaşayış 
məntəqələrində  yerləşən  kitabxanalardadır.  Rayon  kitabxanalarında 
çalışan 77 nəfər mütəxəssisdən 47 nəfəri kənd kitabxanalarında fəaliyyət 
göstərir. Onların 29,8%-i  ali və orta ixtisas təhsilli,  40,4%-i  ali və orta-
qeyri-ixtisas təhsilli, 29,8%-i ümumi orta təhsillidir.  
 Xocalı rayonunda cəmi 40 kitabxana resursunun 24-ü kənd yaşayış 
məntəqələrindədir.  Mədəniyyət  və  Turizm  Nazirliyinin  tabeliyində  18, 
Təhsil  Nazirliyinin  tabeliyində  isə  6  kitabxana  fəaliyyət  göstərir.  Xocalı 
rayonunda  kitabxanalarda  olan  cəmi  74439  nüsxə  informasiya 
resursundan  45438  nüsxəsi  kənd  kitabxanalarında  yerləşir  və  onların 
45283  nüsxəsi  kitablardır.  (6.S.23-56)  Rayon  kitabxanalarında  çalışan 
cəmi  40  nəfər  mütəxəssisdən  24  nəfəri  kənd  kitabxanalarında  fəaliyyət 
göstərir. Onların 25%-i ali və orta ixtisas təhsilli, 12,5%-i ali qeyri-ixtisas 
təhsilli, 62,5%-i ümumi orta təhsillidir.  
 Xocavənd  rayonunda  cəmi  33  kitabxana  resursundan  32-i  kənd 
yaşayış  məntəqələrində  yerləşir.  Mədəniyyət  və  Turizm  Nazirliyinin 
tabeliyində  19,  Təhsil  Nazirliyinin  tabeliyində  isə  13  kitabxana  var. 
Rayon  kitabxanalarında  cəmi  75095  nüsxə  informasiya  resursundan 
42504  nüsxəsi  kənd  kitabxanalarında  yerləşir.  Kənd  kitabxanalarında 
kitablar  41242  nüsxə  olmaqla,  fondun  əsasını  təşkil  edir.  Rayon 
kitabxanalarında  cəmi  55  nəfər  mütəxəssisdən  54  nəfəri  kənd 
kitabxanalarında çalışır. Mütəxəssislər arasında ali ixtisas təhsilli kadrlar 
yoxdur.  Ali  və  orta  qeyri-ixtisas  təhsillilər  11,2%,  orta  ixtisas  təhsillilər 
13%, ümumi orta təhsillilər 75,8%-dir. (6.S.75-83) 
Dağlıq  Qarabağ  iqtisadi  rayonuna  daxil  olan  Şuşa  şəhərində  cəmi 
29  kitabxana  resursu  var.  Kitabxanaların  18-i  kənd  yaşayış  məntə-
qələrində  yerləşir.  Mədəniyyət  və  Turizm  Nazirliyinin  tabeliyində  2, 
Təhsil  Nazirliyinin  tabeliyində  16  kitabxana  var.  Kitabxanalarda  olan 
119065  nüsxə  informasiya  resursundan  42317  nüsxəsi  kənd  kitab-
xanalarındadır və cəmi 42317 nüsxə olmaqla, onun əsasını kitablar təşkil 
edir.  Kitabxana  mütəxəssisləri  28  nəfərdir.  Onların  17  nəfəri  kənd 
kitabxanalarında çalışır və 41,2%-i ali və orta-ixtisas təhsilli, 35,3%-i ali 
və orta qeyri-ixtisas təhsilli, 23,5%-i isə ümumi orta təhsillidir.  
 Kəlbəcər-Laçın  iqtisadi  rayonu  Kəlbəcər,  Laçın,  Zəngilan  və 
Qubadlı rayonlarını  əhatə edir. Azərbaycan  ərazisinin  7,5%-i,  əhalisinin 
isə  2%-dən  bir  qədər  çoxu  bu  iqtisadi  rayonun  payına  düşür.  Iqtisadi 
rayona daxil olan bütün inzibati  rayonlar erməni  işğalı altında olduğun-
dan  həmin  rayonların  inkişafına  dair  tədbirlər  Dövlət  Proqramı 


137 
 
çərçivəsində  nəzərdə  tutulmamışdır.  İqtisadi  regionda  cəmi  381 
kitabxana  resursu  var.  Bu  kitabxanaların  289-u  kənd  yaşayış  məntəqə-
lərindədir.  116  kitabxana  Mədəniyyət  və  Turizm  Nazirliyinin,  173 
kitabxana  isə  Təhsil  Nazirliyinin  tabeliyində  fəaliyyət  göstərir.  İqtisadi 
rayonda  cəmi  1055843  nüsxə  informasiya  resursu  var.  Fondun  446165 
nüsxəsi  kənd  kitabxanalarında  yerləşir  ki,  onun  da  444976  nüsxəsini 
kitablar təşkil edir.(6.S.44-66) Regiondakı kitabxanalarda cəmi 369 nəfər 
mütəxəssis  çalışır.  Mütəxəssislərdən  277  nəfəri  kənd  kitabxanalrında 
çalışır  ki,  onlardan  29%-i  ali  və  orta-ixtisas  təhsilli,  34,4%-i  ali  və  orta 
qeyri-ixtisas təhsilli, 36,6%-i ümumi orta təhsillidir.  
İqtisadi  rayona  daxil  olan  Kəlbəcər  inzibati  rayonunda  114 
kitabxana resursundan 71-i kənd  yaşayış məntəqələrindədir.  Mədəniyyət 
və Turizm  Nazirliyinin tabeliyində  1, Təhsil Nazirliyinin tabeliyində  isə 
71  kitabxana  fəaliyyət  göstərir.  Rayon  kitabxanalarında  292693  nüsxə 
informasiya resursundan 135462 nüsxəsi kənd kitabxanalarında yerləşir. 
Burada  da  fondun  əsasını  kitablar  təşkil  edir.  Kəlbəcər  rayon 
kitabxanalarında  112  nəfər  mütəxəssis  var.  Onların  69  nəfəri  kənd 
kitabxanalarında çalışır. Mütəxəssislər arasında ali ixtisas təhsilli kadrlar 
yoxdur  və  onların  10,1%-i  ali  və  orta  qeyri-ixtisas  təhsilli,  5,8%-i  orta-
ixtisas təhsilli, 84,1%-i ümumi orta təhsillidir.  
Qubadlı rayonunda cəmi 33 kitabxana resursu var. Kitabxanaların 
28-i  kənd  yaşayış  məntəqələrində  yerləşir.  Mədəniyyət  və  Turizm 
Nazirliyinin  tabeliyində  1,  Təhsil  Nazirliyinin  tabeliyində  28  kitabxana 
var.  Rayon  kitabxanalarında  184994  nüsxə  informasiya  resursundan 
84373  nüsxəsi  kənd  yaşayış  məntəqələrində  yerləşir  və  əsasını  kitablar 
təşkil edir.(6.S.23-56)  Rayon kitabxanalarında cəmi 34 nəfər mütəxəssis 
var.  Onların  29  nəfəri  kənd  kitabxanalarında  fəaliyyət  göstərir. 
Mütəxəssislərin  44,8%-i  ali  və  orta-ixtisas  təhsilli,  55,2%-i  ali  və  orta-
qeyri  ixtisas  təhsillidir.  Rayonda  ümumi  orta  təhsilli  kitabxana 
mütəxəssisi yoxdur.  
Laçın  rayonunda  cəmi  196  kitabxana  resursu  var.  Onların  189-u 
kənd  yaşayış  məntəqələrində  yerləşir.  Kənd  yaşayış  məntəqələrində 
Mədəniyyət  və  Turizm  Nazirliyinin  tabeliyində  115,  Təhsil  Nazirliyinin 
tabeliyində 74 kitabxana fəaliyyət  göstərir. Rayon kitabxanalaırnda olan 
524977  nüsxə  informasiya  resursundan,  198855  nüsxəsi  kənd 
kitabxanalarında  yerləşir  və  onun  da  197718  nüsxəsi  kitablardır. 
Kitabxanalarda  183  nəfər  mütəxəssis  var.  Onların  176  nəfəri  kənd 
kitabxanalarında  çalışır.  Mütəxəssislərdən  37%-i  ali  və  orta-ixtisas 
təhsilli,  38%-i  ali  və  orta  qeyri-ixtisas  təhsilli,  55  nəfəri  orta-ixtisas 
təhsilli, 25%-i ümumi orta təhsillidir.  
Zəngilan  rayonunda  cəmi  38  kitabxana  var.  Onların  1-i  kənddə 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə