Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə38/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   34   35   36   37   38   39   40   41   ...   62

görə əsas istiqamətləri konkretləşdirilir.Bu bölmənin əsas hesab edilən 2-ci, 3-
cü maddələrində kitabxana işi haqqında  əsasnamənin 4,5,10,14-cü maddələri 
nəzərə alınmışdır.Qeyd olunan maddələrdə o dövrdə kitabxana işinin təşkilati 
prinsipləri, kitabxana işinə  rəhbərlik, vahid kitabxana sistemi, bu sistemin 
təşkili, inkişafı  və  fəaliyyətinin  əsasları  və s.təsbit olunur. 2,3-cü maddədə 
kitabxanaların biblioqrafik fəaliyyətlərində 4 istiqaməti fərqləndirilmişdir. 
 Birinci istiqamət biblioqrafik işin planlaşdırılması ilə  əlaqədardır.Burada 
göstərilir ki, planlaşdırmanın  əsasında yerli şərait durmalıdır, yəni yerli 
istifadəçilərin ehtiyaclarına əsaslanılmalıdır. 
 Biblioqrafik  fəaliyyətin planlı inkişafı ölkəmizdə kitabxana işinin 
inkişafının  əsas istiqamətlərinə  də uyğun gəlməlidir.Keçmiş Dövlət Elmi-
Texniki Məlumat sistemində kitabxanaların planı  həmin komitənin tərəfindən 
müvafiq qaydada razılaşdırılırdı:Kitabxanaların biblioqrafik işlərinin uçotu 
Dövlət Statistika Komitəsinin uçot forması, dövlət standartları. 
  İkinci istiqamət biblioqrafik işin mərkəzləşmiş qaydada idarə olunması ilə 
bağlı idi.Mərkəzləşdirilmiş idarəetmə  və metodiki mərkəz rolunu oynayan 
kitabxanaları  fəaliyyət sahələrinə görə konkretləşdirilməklə onların 
funksiyaları müəyyənləşdirilir. 
 Kitabxanaların biblioqrafik fəaliyyətinə  rəhbərliyi və idarələrarası 
əlaqələndirilməsinə Dövlət İdarələrarası Kitabxana Komissiyası nəzarət edirdi. 
Qeyd etmək lazımdır ki, Azərbaycanda da mövcud olan İdarələrarası 
Kitabxana Komissiyası  və onun nəzdində mövcud olan daimi biblioqrafiya 
bölməsi fəaliyyət göstərirdi. 
  Əsasnamədə yerli mədəniyyət orqanlarının bilioqrafik fəaliyyətin 
vəziyyətinə görə müstəqilliklərilə  bərabər məsuliyyətləri də artırılmışdır 
Metodiki mərkəz olan kitabxanaların biblioqrafik fəaliyyətə  rəhbərlik 
sahəsində funksiyalarının genişlənməsi həmin kitabxanaların qarşısında duran 
vəzifələrin, onların iş formalarının dəyişdirilməsini nəzərdə tutur.  
  Əsasnamənin IV əlavəsində metodiki mərkəz  əhəmiyyətli kitabxanaların 
biblioqrafik işə  rəhbərlik sahəsində funksiyalarının genişlənməsi həmin 
kitabxanaların qarşısında duran vəzifələrin, onların iş formalarının 
dəyişdirilməsini nəzərdə tutur.Məsələn, Respublika, diyar və vilayət universal 
elmi kitabxanaları yerlərdə biblioqrafik vəsaitlərin hazırlanması və biblioqrafik 
xidmət planlarının idarələrarası  əlaqələndirilməsinə  və yerinə yetirilməsinə 
nəzarət etməli, kitabxanaların biblioqrafik fəaliyyətlərinin  əsas istiqamətləri 
üzrə ümumi və idarələrarası xarakterli proqnozlaşdırıcı, normativ və hüquqi 
sənədlərin hazırlanmasına nəzarət edir. 
 Azərbaycanda biblioqrafik fəaliyyətin  əsas mərkəzlərindən bəhs edilərkən 
biblioqrafiyanın dövrünə görə  və sosial istiqamətinə görə  fərqləndirilməsini 
nəzərə almaq lazımdır. Məlumdur ki, bu baxımdan biblioqrafiya ümumi və 
xüsusi sahələrə ayrılır.Beləliklə respublikamızda XX əsrin  80-90-cı ilərində 
 
93


biblioqrafik fəaliyyətin formalaşmış təşkilati vəziyətini aşağıda qeyd olunduğu 
kimi təsəvvür etmək olar. 
 Ümumi biblioqrafiyanın mühüm mərkəzləri silsiləsinə Respublika Dövlət 
Kitab Palatası, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, Naxçıvan 
MR Respublika Kitabxanasını daxil etmək olar. Bakı  şəhər mərkəzi 
kitabxanası, Sabir adına Bakı şəhər kitabxanasını, Həmçinin Gəncə, Sumqayıt, 
Mingəçevir mərkəzi 
şəhər kitabxanaları da bu qəbildən olan 
kitabxanalardır.Ərazi  əlamətinə görə Kitab Palatası  və M.F.Axundov adına 
Azərbaycan Respublika Dövlət kitabxanası(İndi Milli ) respublika miqyaslı, 
başqa adları çəkilən kitabxanalar isə məhəlli səviyyəli altsistemlərdir. 
 AMEA-nın Mərkəzi Elmi Kitabxanası da ümumi mərkəzlərdən hesab oluna 
bilər.Belə ki, bu kitabxana ümumiləşdirici və yekunlaşdırıcı  əhəmiyyətli 
retrospektiv biblioqrafik informasiya mənbələri hazırlayır və ictimaiyyətin 
istifadəsinə  təqdim edir, lakin heç də çap əsərlərinin bütün tiplərini və  nəşr 
növlərini birdəfəlik  əhatə etmir. Bir qayda olaraq bu biblioqrafik informasiya 
mənbələrində elmi ədəbiyyatı, bir müəssisənin nəşrlərini  əks etdirir, elmi 
tədqiqatçılar və mütəxəssislər üçün nəzərdə tutulurlar, beləliklə  də, xüsusi 
biblioqrafik informasiya mənbəyi  əhəmiyyətini kəsb edirlər.Elmlər 
Akademiyasının Mərkəzi Elmi Kitabxanası, ali məktəb kitabxanaları, 
F.B.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika 
Gənclər kitabxanası respublika səviyyəli çoxsahəli altsistemlərin mühüm tərkib 
hissəsidir. Buraya təbiidir ki, 1958-ci ildən fəaliyyət göstərən Azərbaycan Elmi 
Tədqiqat, Elmi Texniki Məlumat və Texniki İqtisadi Tədqiqat  İnstitutunu da 
daxil etmək lazımdır. 
 Respublika  səviyyəli sahəvi altsəviyyəli müəssisələrə ilk növbədə 
Respublika Elmi Texniki Kitabxanasını, Respublika Elmi Tibb Kitabxanasını, 
Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası, Respublika Elmi Pedaqoji 
Kitabxanasını aid etmək lazımdır. 
 Respublikanın Mərkəzləşmiş kitabxana sistemləri, necə deyərlər, aşağı 
səviyyəli altsistemlər qrupunu təşkil edirlər və onlar əsasən özlərindən 
yuxarıda duran sistemlər tərəfindən yaradılan biblioqrafik informasiya 
mənbələrini istifadəçilərə çatdırmaqla məşğul olurlar. 
  Ümumi biblioqrafiya mərkəzlərindən  əsası olan Respublika Dövlət Kitab 
Palatası funksional-məqsəd və xronoloji əlamətə görə iki istiqamətli 
biblioqrafik mənbələr yaradır.Bunlardan birincisi və  ən  əsası cari, ikincisi isə 
qismən də olsa retrospektiv biblioqrafik informasiya mənbələridir.Belə ki, 
palata respublika ərazisində yeni çıxan çap əsərlərinin müxtəlif növlərinin, o 
cümlədən kitabların, dövri mətbuat materiallarının qeydini aparır, həm də 
özünün müxtəlif nəşrləri-dövlət biblioqrafiyası orqanları («Azərbaycan 
mətbuat salnaməsi», «Birillik Azərbaycan kitabiyyatı» və çap kartoçkaları) 
vasitəsilə cari biblioqrafik informasiyanı həyata keçirir və yeri gəldikcə keçmiş 
 
94


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə