Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə39/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

nəşrləri meydana çıxarmaqla və onların retrospektiv axtarışında  əhəmiyyətli 
olan biblioqrafik nəşrlərin buraxılışında bilavasitə  iştirak edir.Onun cari 
nəşrləri əks etdirdikləri ədəbiyyatı nəşrlərinə görə differensasiyalaşdırmalarına, 
məzmun universallıqlarına, həm də statistik məlumat vermələrinə görə 
fərqlənirlər.Palatanın nəşr etdirdiyi retrospektiv göstəricilər 
biblioqrafiyalaşdırmanın bilavasitə obyektlərinin məzmun  əlamətləri nəzərə 
alınmaqla iki qrupda ümumiləşdirilə bilər.Universal çoxcildli («Azərbaycan 
kitabı») və  ədəbiyyatşünaslıq materiallarına, bədii  ədəbiyyata həsr olunmuş 
sahəvi vəsaitlər. 
 M.F.Axundov  adına Azərbaycan Dövlət Kitabxanası(İndi Milli 
Kitabxana)da ümumi biblioqrafik informasiya mənbələrinin yaradılmasında və 
nəşrində  iştirak edir.Məsələn, «Azərbaycan kitabı» adlı repertuar tipli 
göstəricinin 1-ci cildi kitabxananın qocaman əməkdaşı  Ə.Əliyev tərəfindən 
tərtib olunmuşdur.Kitabxana 1968-ci ildə Respublika Elmi Texniki Kitabxanası 
ilə  şərikli respublika kitabxanalarına daxil olan xarici mətbuatın toplu 
kataloqunu illik şəklində çap etdirir.Azərbaycan EA-nın Mərkəzi Elmi 
Kitabxanası da ümumi biblioqrafik informasiya mənbələrinin yaradılmasına və 
nəşrinə  təşəbbüs edir. «Azərbaycan dövri mətbuatı(1920-1970)» onun 
yaradıcılığının məhsuludur. 
 M.F.Axundov  adına Azərbaycan Milli Kitabxanasının biblioqrafik 
fəaliyyətini tarixən nəzərdən keçirsək onun biblioqrafik fəaliyyəti 
çoxsahəliliyinə görə  fərqlənir.O, respublikamızda tövsiyə biblioqrafiyasının 
həm əməli, həm də metodiki mərkəzidir.Mədəniyyət və incəsənət sahələri üzrə 
cari biblioqrafik informasiyanı  həyata keçirir.Respublika Elmi-Kənd 
Təsərrüfatı kitabxanası ilə  şərikli, həm də müstəqil olaraq kənd təsərrüfatına 
dair yeni ədəbiyyatın operativ biblioqrafik informasiyanı  həyata keçirir.Elmi- 
köməkçi xarakterli retrospektiv mənbələr də hazırlayıb çapdan buraxır. 
 F.B.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına 
Respublika Gənclər Kitabxanası müvafiq olaraq uşaq və gənclərin maraqlarına 
uyğun olan, onların ümumi peşə  və  şəxsi təhsillərinə, Milli-mənəvi və  əmək 
tərbiyəsinə  təsir etmək məqsədi güdən biblioqrafik informasiya mənbələri 
sistemini formalaşdırmağa ciddi səy göstərir. 
 Respublika Elmi Pedaqoji Kitabxanası öz profilinə uyğun müxtəlif 
mövzularda biblioqrafik informasiya nəşrini planlaşdırır və həyata keçirir. 
 Azərbaycan Elmi Tədqiqat, Elmi-Texniki Məlumat və Texniki İqtisadi 
Tədqiqat institutu da respublikamızda biblioqrafik fəaliyyətin inkişafında 
özünəməxsus yer tutur və bu proseslərdə EHM-dən istifadənin ilk 
təşəbbüskarlarındandır. Mübaliğəsiz qeyd etmək olar ki, respublikanın xüsusi 
elmi kitabxanalarının elmin, mədəniyyətin və istehsalın ayrı-ayrı sahələrinin 
biblioqrafik informasiya təminatına xüsusi təsir göstərirlər. 
 
95


  Müasir elmin və texnikanın inkişafına xas differensiasiya və inteqrasiya 
prosesləri biblioqrafik fəaliyyətə də öz təsirini göstərir.Elmin daha dar sahələrə 
ayrılması, idarəetmə, istehsalat və xidmət sahələrinin ixtisaslaşması 
biblioqrafik fəaliyyətin ayrı-ayrı istiqamətlərinin formalaşmasında da hiss 
olunur. 
 Azərbaycan Respublikasının 1991-ci ilin oktyabr ayında yenidən öz 
müstəqilliyini  əldə etməsi ölkədə kitabxana işinin və biblioqrafik fəaliyyətin 
təşkilində, inkişafında da yeni mərhələnin başlanmasına da səbəb oldu.İctimai 
quruluşun dəyişməsi, Milli ənənələrimizə qayıdış  sənəd-informasiya 
sistemində  məzmun dəyişikliyinə, sənəd fondunda keyfiyyət dəyişikliyinin 
aparılmasını, fondun yeni milli və dünya mənəvi dəyərlərini obyektiv, real 
faktlarla işıqlandıran sənədlərlə  zənginləşdirilməsini zəruriləşdirdi.Müstəqil 
Azərbaycan Respublikasının açıq bazar iqtisadiyyatı yolunu seçməsi cəmiyyət 
üzvlərinin  şüurunda da böyük dəyişiklik yaratdı  və bununla onların 
informasiya tələbatlarında yeni istiqamətlərin baş verməsinə  və 
formalaşmasına səbəb oldu.Təbiidir ki, bütün bunlar biblioqrafik fəaliyyətin 
qarşısında yeni daha mürəkkəb vəzifələr qoyur.Birinci ümumi vəzifə  sənəd 
informasiyasının təşkilinə  və  həyata keçirilməsinə tamamilə yeni mövqedən 
yanaşmaq, xalqımızın beynəlxalq standartlara cavab verəcək səviyyədə 
informasiyalaşdırılmasına təsir göstərə bilən mütərəqqi yolları 
müəyyənləşdirmək, yeni informasiya texnologiyasından hərtərəfli istifadəyə 
nail olmaq lazımdır. 
 Azərbaycan Respublikasının müstəqillik  əldə etməsindən sonra Milli 
biblioqrafik fəaliyyətin təşkilati mənsubiyyətində  və inkişafında bəzi yeni 
xüsusiyyətlər və istiqamətlər nəzərə çarpır.Bəzi obyektiv və subyektiv səbəblər 
üzündən keçid dövrünü yaşayan respublikamızda biblioqrafik fəaliyyətin milli 
və  bəşəri-mənəvi dəyərlərə  əsaslanan müsbət nəticələrlə yanaşı, çox ciddi 
çatışmazlıqlar da özünü göstərməkdədir.Bu başlıca beynəlxalq elmimizin 
inkişafı üçün lazım olan biblioqrafik informasiya əlaqələrinin zəifləməsi ilə 
əlaqədardır.Məsələn Keçmiş Ümumittifaq Elmi və Texniki İnformasiya 
İnstitutunun 130 ölkənin 66 dildə çap olunan elmi ədəbiyyatını  əhatə 
edən(1,S.162) referativ jurnalları xeyli müddət mühüm kitabxanaları və başqa 
informasiya orqanları  tərəfindən alınmaması elmi tədqiqatçıları  və 
mütəxəssisləri biblioqrafik informasiya təminatı baxımından çətin vəziyyətdə 
qoymuşdur.Keçid dövrü cari biblioqrafik informasiyanın mütəşəkkilliyinə  də 
mənfi təsir göstərmişdir.Bu, Respublika Dövlət Kitab Palatasının 1991-ci ildə 
cari biblioqrafik informasiya üçün əhəmiyyətli olan «Azərbaycan Mətbuat 
Salnaməsi», «Birillik Azərbaycan kitabiyyatı», «Çap kartoçkaları» kimi 
nəşrlərinin dayandırılması ilə bağlıdır. Bununla Azərbaycan Respublikasının 
ərazisində meydana gələn kitabların və digər mətbu nəşrlərin qeydə alınması və 
onların haqqında ardıcıl, sistemli və etibarlı biblioqrafik informasiya verilməsi 
 
96


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə