26
İKİNCİ BÖLMƏ
İBADƏTLƏRİMİZ VƏ NAMAZ
İBADƏT NƏDIR?
İbadət bizi və bütün varlıqları yoxdan var edən, hər an varlıqda saxlayan,
görünən və görünməz qəzalardan, bəlalardan qoruyan və hər an cürbəcür nemət-
lər, yaxşılıqlar verən Allahü təalanın əmr və qadağalarını yerinə yetirməkdir. İba-
dət Allahü təalanın sevgisinə qovuşmuş olan Peyğəmbərlərə, Övliyaya, alimlərə
tabe olmaqdır.
İnsana saysız nemətləri göndərən Allahü təalaya gücü yetdiyi qədər şükür et-
məsi insanlıq vəzifəsidir. Ağlın əmr etdiyi bir vəzifə, bir borcdur. Amma insanlar öz
qüsurlu ağılları, qısa görüşləri ilə Allahü təalaya qarşı şükür,
hörmət ola biləcək
şeyləri tapa bilməz. Şükür etməyə, hörmət göstərməyə yarayan vəzifələr Allahü
təala tərəfindən bildirilmədikcə tərifləmək kimi sanılan şeylər əslində pisləmək olar.
Məhz, insanların Allahü təalaya qarşı qəlb, dil və bədən ilə etmələri və
inanmaları lazım olan şükür borcu, qulluq vəzifələri Allahü təala tərəfindən bil-
dirilmiş, Onun sevgili Peyğəmbəri tərəfindən ortaya qoyulmuşdur.
Allahü təala-
nın göstərdiyi və əmr etdiyi qulluq vəzifələrinə “İslamiyyət” deyilir. Allahü təa-
laya şükür Onun Peyğəmbərinin gətirdiyi yola uymaqla olar. Bu yola tabe olma-
yan, bunun xaricində qalan heç bir şükürü, heç bir ibadəti Allahü təala qəbul et-
məz, bəyənməz. Çünki insanların yaxşı, gözəl hesab etdikləri çox şey vardır ki,
İslamiyyət bunları bəyənmir, çirkin olduqlarını bildirir.
Demək ki, ağlı olan hər kəsin, Allahü təalaya şükür etmək, ibadət etmək
üçün Muhamməd əleyhissəlama tabe olmaları lazımdır.
Muhamməd əleyhissəlama tabe olan insan müsəlmandır.
Allahü təalaya şü-
kür etməyə, yəni Muhamməd əleyhissəlama tabe olmağa da
“ibadət etmək” de-
yilir. İslamiyyət iki qismdir:
1. Qəlb ilə etiqad edilməsi, inanılması lazım olanlar.
2. Bədən və qəlb ilə ediləcək ibadətlər. Bədən ilə edilən ibadətlərin ən üstünü
namazdır. Mükəlləf olan hər müsəlmanın gündə beş vaxt namaz qılması fərzdir.
MÜKƏLLƏF KİMƏ DEYİLİR?
Ağıllı olan həddi-büluğ çağına girən kişi və qadınlara
“mükəlləf” deyilir.
Mükəlləf olanlar Allahü təalanın əmr və qadağalarına görə məsuldurlar. Dini-
mizdə mükəlləf olana ilk əvvəl iman etmək və sonra da ibadət etmək əmr olun-
muşdur. Ayrıca, işlənməsi qadağan edilən haramlardan və məkruh işlərdən də çə-
kinmələri lazımdır.
27
Ağıl anlayan bir qüvvətdir. Faydalı olanları zərərlərdən ayırmaq üçün yara-
dılmışdır. Ağıl bir ölçü aləti kimidir. İki yaxşı şeydən daha yaxşısını,
iki pis şey-
dən daha pisini ayırır. Ağıllı kimsə sadəcə pisi yaxşıdan ayırmır, həm də yaxşını
görəndə onu alan, pisi görəndə isə onu tərk edəndir. Ağıl göz kimidir. İslamiyyət
isə işıq kimidir. İşıq olmasa, göz görməz.
Həddi-büluğ çağı yetkinlik yaşı deməkdir. Oğlan uşaqlarının həddi-büluğ
çağına girmələri on iki yaşını bitirən kimi başlayar. Oğlan uşağının həddi-büluğ
çağına girdiyini göstərən əlamətlər vardır. Bu əlamətlər görünməzsə, on beş yaşı-
na gəlincə dində həddi-büluğ çağına girdiyinə hökm edilir.
Qız uşaqlarının həddi-büluğa çatması isə doqquz yaşı tamam olunca başlayar.
Doqquz yaşındakı qız uşağının həddi-büluğa çatdığının əlamətlərinin heç biri
görünməzsə, on beş yaşı tamam olunca həddi-büluğ çağına girdiyinə hökm olunur.
ƏFALİ-MÜKƏLLƏFİN
(Əhkami-İslamiyyə):
İslam dininin bildirdiyi əmrlərə və qadağalara “
Əhkami-Şəriyyə” və ya
“Əhkami-islamiyyə” deyilir
. Bunlara
“Əfali-mükəlləfin” də deyilir. Əfali-mükəl-
ləfin səkkizdir: Fərz, vacib, sünnət,
müstəhəb, mubah, haram, məkruh və müfsid.
1. FƏRZ: Allahü təalanın yerinə yetirilməsini ayəti-kərimə ilə açıq-aydın
və qəti olaraq əmr etdiyi şeylərə fərz deyilir. Fərzləri tərk etmək haramdır. İnan-
mayan və yerinə yetirlməsinə əhəmiyyət verməyən kafir olar. Fərz iki növdür:
Fərzi-Ayn: Hər mükəlləf olan müsəlmanın birbaşa özünün
yerinə yetirməsi
lazım olan fərzdir. İman etmək, dəstəmaz almaq, qüsl etmək (boy dəstəmazı al-
maq), beş vaxt namaz qılmaq, Ramazan ayında oruc tutmaq, zəngin olunca zəkat
vermək və həccə getmək fərzi-ayndır. (Otuz iki fərz və əlli dörd fərz məşhurdur).
Fərzi-Kifayə: Müsəlmanlardan bir neçəsinin və ya sadəcə
birinın etməsi ilə
digərlərinin məsuliyyətdən azad olunduğu fərzlərdir. Verilən salamın cavabını
söyləmək, cənazəni qasl etmək (yəni yumaq), cənazə namazı qılmaq,
Qurani-
Kərimin tamamını əzbərləyib hafiz olmaq, cihad etmək, sənətinə, ticarətinə lazım
olandan artıq din və fənn elmlərini öyrənmək kimi fərzlər belədir.
2. VACIB: Yerinə yetirilməsi fərz kimi qəti olan əmrlərə deyilir. Bu əmrin
Qurani-Kərimdəki dəlili fərz qədər açıq deyildir. Zənn (şübhəli) olan bir dəlilə
dayanır. Vitr namazını və bayram namazlarını qılmaq,
zəngin olunca qurban
kəsmək, fitrə (sədəqəi-fitr) vermək vacibdir. Vacibin hökmü fərz kimidir. Vacibi
tərk etmək, tahrimən məkruhdur. Vacib olduğuna inanmayan kafir olmaz. Lakin
yerinə yetirməyən Cəhənnəm əzabına layiq olar.
3. SÜNNƏT: Allahü təalanın açıqca bildirməyib, yalnız Peyğəmbər əfəndi-
mizin edilməsini çox məsləhət gördüyü, yaxud davamlı olaraq özünün etdiyi və ya-
xud edilərkən görüb mane olmadığı şeylərə “Sünnət” deyilir. Sünnəti bəyənməmək
küfrdür. Bəyənib də etməyənə əzab olmaz. Lakin üzrsüz və davamlı tərk
edən mə-
zəmmətə, danlanmağa və savabından məhrum olmağa səbəb olar. Məsələn: Azan
oxumaq, iqamət gətirmək, camaat ilə namaz qılmaq, dəstəmaz alarkən misvakdan
istifadə etmək, evləndiyi gecə ziyafət vermək və uşağını sünnət etdirmək kimi.