24
Bu iki imam eyni imanı bildirmişlər. Aralarında olan bir neçə fərq mühüm
deyildir. Həqiqətdə eynidir. İslam alimləri Qurani-Kərimdə və Hədisi-şəriflərdə
təriflənmişdir. Bir ayəti-kərimədə:
“Heç bilənlərlə bilməyənlər bir olarmı?”
buyurulmuşdur. Başqa bir ayəti-kərimədə: “
Ey müsəlmanlar! Bilmədiklərınizi
bilənlərdən soruşun” buyuruldu.
Hədisi-şəriflərdə buyuruldu ki:
“Allahü təala və mələklər və hər canlı, in-
sanlara yaxşılığı öyrədən müsəlmanlara dua edərlər”. “Qiyamət günü öncə
Peyğəmbərlər, sonra alimlər, sonra şəhidlər şəfaət edəcəklər”. “Ey insanlar,
bilin ki, elm alimdən eşidilərək öyrənilir”. “Elm öyrənin. Elm öyrənmək iba-
dətdir. Elm öyrədənə və öyrənənə cihad savabı vardır”. “Elm öyrətmək sədə-
qə vermək kimidir. Alimdən elm öyrənmək təhəccüd (gecə) namazı qılmaq ki-
midir”. “Elm öyrənmək bütün nafilə ibadətlərdən daha savabdır. Çünki özü-
nə də, öyrədəcəyi kimsələrə də faydası vardır”. “Başqalarına öyrətmək üçün
öyrənən kimsəyə Sıddıqlar savabı verilir”. “Elm xəzinədir. Açarı soruşub öy-
rənməkdir”. “Elm öyrənin və öyrədi
n”. “Hər şeyin qaynağı vardır. Təqvanın
qaynağı ariflərin qəlbləridir”. “Elm öyrətmək günahlara kəffarədir”.
BESİNCİ ŞƏRT
AXİRƏTƏ İNANMAQ
Vəl yəvmil axıri: Axirət gününə inandım deməkdir. Bu
zamanın başlanğıcı,
insanın öldüyü gündür. Qiyamətin sonuna qədərdir. Son gün deyilməsi arxasın-
dan gecə gəlmədiyi üçündür. Yaxud dünyadan sonra gəldiyi üçündür. Qiyamətin
nə zaman qopacağı bildirilmədi. Amma Peyğəmbərimiz “sallallahü aləyhi və səl-
ləm” bir çox əlamətlərini xəbər verdi: Həzrəti Mehdi gələcək. İsa-əleyhissəlam
göydən Şama enəcək. Dəccal çıxacaq. Yəcüc və Məcüc deyilən
kimsələr hər yeri
qarışdıracaq. Günəş qərbdən doğacaq. Böyük zəlzələlər olacaq. Din elmləri unu-
dulacaq. Günah, yamanlıq çoxalacaq. Haramlar hər yerdə işlənəcək. Yəməndən
atəş çıxacaq. Göylər və dağlar parçalanacaq. Günəş və Ay qaralacaq və s.
Qəbir sualı vardır. Qəbirdə Münkər və Nəkir mələklərinə cavab olaraq bun-
ları əzbərləməlidir və uşaqlara da əzbərlətməlidir: “Rəbbim Allahü təala, Pey-
ğəmbərim Muhamməd-əleyhissəlam, dinim islam dini, kitabım Qurani-Kərim,
qibləm
Kəbəi- şərif, etiqadda məzhəbim Əhli-sünnət vəl-camaat, əməldə məzhə-
bim İmamı-azam Əbu Hənifə məzhəbi”. Qiyamət günü hər kəs diriləcək. Məhşər
yerində toplanacaq. Salehlərin əməl dəftərləri sağından, pislərin arxa və ya sol
tərəfindən veriləcək. Şirkdən, küfrdən başqa hər günahı Allahü təala
istəsə əfv
edəcək, istəsə kiçik günah üçün də əzab edəcəkdir.
Əməllərin çəkilməsi üçün “
Mizan” (tərəzi) vardır. “
Sirat körpüsü” Allahü
təalanın əmri ilə Cəhənnəmin üzərində qurulacaq. Muhamməd Mustafa “sallalla-
hü aləyhi və səlləm” əfəndimizə məxsus
“Kövsər hovuzu” vardır.
“Şəfaət” haqdır. Tövbəsiz ölən möminlərin kiçik və böyük
günahlarının
əfv edilməsi üçün Peyğəmbərlər, Vəlilər, salehlər, alimlər,
mələklər, şəhidlər və
Allahü təalanın icazə verdikləri şəfaət edəcək və qəbul ediləcəkdir.
25
“
Cənnət və Cəhənnəm” indi vardır. Cənnət yeddi qat göylərin üstündədir.
Cəhənnəm hər şeyin altındadır. Cənnətin səkkiz qapısı vardır. Hər qapıdan bir
Cənnətə girilir. Cəhənnəm yeddi təbəqədir. Birinci təbəqədən yeddinci təbəqəyə
doğru əzablar şiddətlənir.
ALTINCI ŞƏRT
TƏQDİRƏ İNANMAQ
Və bil-qadəri, xayrihi və şərrihi minallahi Təala: Qədərə,
xeyir və şərlə-
rin Allahü təaladan olduğuna inandım deməkdir. İnsanlara gələn xeyir və şər,
fayda
və zərər, qazanc və ziyanların hamısı Allahü təalanın təqdir etməsidir.
Allahü təalanın bir şeyin var olmasını istəməsinə
“təqdir” deyilmişdir.
Qədərin, yəni varlığı təqdir edilmiş olan şeyin var edilməsinə
“qəza” deyilir.
Qədər və qəza kəlmələri bir-birinin yerinə də istifadə edilir.
Allahü təala qullarına “
İradə” vermiş, bu iradələrini, istəmələrini, işləri ya-
ratmasına səbəb etmişdir. Bir qul
bir şey etmək istəyincə, Allahü təala da
diləyərsə, o işi yaradır. Qul istəməsə, Allahü təala da istəməz və o şeyi yaratmaz.
Buraya qədər qısaca bildirdiyimiz Əhli-sünnət etiqadını daha geniş öyrənmək
istəyənlər, “Həqiqət Kitabevi”nin dərc etdiyi, islam alimlərinin göz bəbəyi böyük öv-
liya, Mövlana Xalid Bağdadinin farsca “
Etiqadnamə” kitabını və Kəmahlı Feyzul-
lah Əfəndinin tərcümə etdiyi “
Hər kəsə Lazım Olan İman” kitabını oxusunlar. Çox
faydalı,
çox gözəl bir əsər olub, feyz və bərəkətləri iki cahan səadəti üçün yetərlidir.
Allahü təala hər kəsə təvəkkülü əmr etmişdir. “
Təvəkkül imanın şərtidir”
bu ayəti-kəriməsi bu əmrlərdən biridir
. Maidə surəsində, “
Əgər imanınız varsa,
Allahü-Təlaya təvəkkül edin!”, Əli-İmran surəsində
, “Allahü təala, təvəkkül
edənləri, əlbəttə, sevər”, Talak surəsində
, “Bir kimsə Allahü-Təlaya təvəkkül
edərsə, Allahü təala ona kafidir”, Zümər surəsində
, “Allahü təala, quluna
kafi deyildirmi?” deyə daha bir neçə
ayəti-kərimə vardır.
Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurur ki, “
Ümmətimdən bir qis-
mini mənə göstərdilər. Dağları, səhraları doldurmuşdular. Belə çox olduqla-
rına çasdım və sevindim. Sevindinmi,- dedilər,- bəli, dedim. Bunlardan an-
caq yetmiş min ədədi hesabsız Cənnətə girər dedilər. Bunlar hansılarıdır,-
deyə,- soruşdum. İşlərinə sehr, cadu, dağlamaq, fal qarışdırmayıb, Allahü
təaladan başqasına, təvəkkül və etimad etməyənlərdir buyuruldu”. Dinlə-
yənlər arasında Ukaşə
“radıyallahü anh” ayaqa qalxıb, “Ya Rəsulallah! Dua bu-
yur ki, onlardan olum” deyincə, “
Ya Rəbb! Bunu onlardan et!” buyurdu. Biri
qalxıb eyni duanı istəyincə, “
Ukaşə səndən cəld davrandı” buyurdu
.
Təvəkkül səbəblərə yapışıb, gerisi üçün zehni yormamaqdır.