Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə49/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   45   46   47   48   49   50   51   52   ...   56

 118
sıba bir gün və ya bir kasıba altmış gün yarım “sa” buğda və ya bu dəyərdə başqa 
mal vermək və ya hər gün iki dəfə doydurmaq lazımdır.  
Vəsiyyət edilməyən zəkat üçün isqat etmək lazım deyildir. Varisin zəkat 
isqatı üçün özündən dövr edə bilməsi üçün fətva verilmişdir.  
Dövr edərkən qəyyum qızılları kasıblara hər verəndə namaz və oruc üçün 
niyyət etməlidir. Kasıb da geri qaytararkən hədiyyə etdim deməli, qəyyum da 
təslim aldım deməlidir. Qəyyum isqat edə bilməyəcək vəziyyətdədirsə, ölünün 
isqatını edə bilmək üçün birini vəkil edər, isqatları və dövrü bir vəkil edər.  
İmamı Birgivinin “Vəsiyyətnamə”  kitabında və bunun Kadızadə  Əhməd 
əfəndi şərhində deyilir ki, kasıbların nisaba malik olmaması şərtdir. Ölünün qo-
humundan olması caizdir. Kasıba verərkən, “Filan adamın filan qədər namazının 
isqatı üçün bunu sənə verdim” deməsi lazımdır. Kasıb da “qəbul etdim” deməli-
dir və  qızılları alanda bunun özünkü olduğunu bilməlidir. Bilməsə,  əvvəlcədən 
öyrətmək lazımdır. Bu kasıb da lütf edib öz istəyi ilə “filan adamın namazlarını 
isqatı üçün əvəz olaraq bunu sənə verdim” deyərək başqa kasıba verir. O kasıb da 
alıb “qəbul etdim” deməlidir. Alanda öz mülkü olduğunu bilməlidir. Əmanət hə-
diyyə kimi alarsa, dövr qəbul olunmaz. Bu ikinci kasıb “aldım, qəbul etdim” de-
dikdən sonra “eyni qayda ilə sənə verdim” deyərək üçüncü kasıba verir. Beləcə, 
namaz, oruc, zəkat, qurban, fitr sədəqəsi, nəzr və qul haqları, heyvan haqları 
üçün dövr etməlidir. Andiçmə və oruc kəffarələri üçün dövr etmək caiz deyil.  
Ondan sonra qızıllar hansı kasıbda qalarsa, lütf edib arzusu və razılığı ilə 
qəyyuma hədiyyə edər. Qəyyum aldım, qəbul etdim, deyər. Əgər hədiyyə etməz-
sə, öz malı sayılır, güclə alına bilməz. Qəyyum bir qədər qızılı və ya kağız pulu 
və ya ölünün əşyasından bu kasıba verib bu sədəqə savabını da ölünün ruhuna 
hədiyyə edə bilər. Borcu olan kasıb və yetkinlik yaşına çatmayan uşaq dövr et-
məyə qatılmamalıdır. Çünki əlinə keçən qızıllar ilə borcunu ödəməsi fərz olur. 
Bu fərzi yerinə yetirməyib qızılları ölünün kəffarəsi üçün yanındakı kasıba verməsi 
caiz olmaz. Dövr qəbul olarsa da özü heç savab qazanmaz. Hətta günaha girər.  
Malı olmayan ölü dövr edilməsini vəsiyyət edərsə, qəyyumun dövr etməsi 
vacib olmaz. Ölünün kəffarələrini isqat edəcək qədər malının hamısını, mirasın 
üçdə birini aşmamaq şərtilə vəsiyyət etməsi vacib olur. Beləcə dövrə ehtiyac ol-
madan isqat edilir. Üçdə biri isqata çatdığı halda, üçdə birindən az malın dövr 
edilməsini vəsiyyət edərsə günaha girər. İbni Abidin beşinci cild, iki yüz yetmiş 
üçüncü səhifədə buyurur ki, “kiçik uşaqları olan və ya kasıb olub mirasa möhtac 
olduğu halda, yetkin övladları saleh olan xəstənin nafilə olan xeyrat və yaxşılıq-
ları vəsiyyət etməyib malını saleh övladlarına qoyması daha yaxşıdır. “Bezzazi-
yə”də hədiyyə açıqlandığı zaman deyilir ki, malı xeyirli işlərə sərf edib günahkar 
övlada miras qoyulmamalıdır. Çünki günaha kömək etmiş olur. Günahkar övlada 
da ehtiyacdan artıq mal verilməməlidir.  
Çoxlu sayda namaz, oruc, zəkat, qurban və andiçmə borcları olub, bunlar 
üçün mirasın üçdə birindən az bir malın dövr edilməsini və artıq qalan mal ilə 
Qurani-Kərim, xətmi-təhlil və mövlud oxutmasını  vəsiyyət etmək caiz deyil. 


 119
Bunları oxumaq üçün pul verən və alan günaha girər. Qurani-Kərim öyrətmək 
üçün pul alıb-vermək caizdir. Oxumaq üçün caiz deyil.  
Ölünün borclu olduğu namazları, orucları varisləri və hər hansı birinin qəza 
etməsi caiz deyildir. Lakin nafilə namaz qılıb, oruc tutub savabını ölünün ruhuna 
hədiyyə etmək caiz və yaxşı olar.  
Ölünün borcu olan həccini vəsiyyət etdiyi adamın qəza etməsi caiz olar. 
Yəni ölünü borcdan qurtarar. Çünki həcc həm bədən ilə, həm də mal ilə yerinə 
yetirilən ibadətdir. Nafilə  həcc başqasının yerinə  hər vaxt yerinə yetirilir. Fərz 
olan həcc isə ölənə qədər həccə gedə bilməyənin yerinə vəkili tərəfindən yerinə 
yetirilir.  
“Məcmaul-ənhür”-də  və  “Dürr-ül-müntəka”da deyilir ki, ölünün isqatı 
dəfndən əvvəl edilməlidir. Dəfndən sonra da caiz olduğu “Kuhistani”də yazılıb.  
Ölü üçün namaz, oruc, zəkat, qurban kəffarələrinin isqatında bir kasıba 
nisabdan artıq verilə bilər. Hətta qızılların hamısı bir kasıba verilə bilər.  
Ölüm xəstəsinin qılmadığı namazlarının fidyəsini verməsi caiz deyil. Oruc 
tuta bilməyəcək qədər qoca olanın tuta bilmədiyi orucların fidyəsini verməsi caiz-
dir. Xəstənin namazlarını başı ilə ima edərək qılması lazımdır. Bu cür ima ilə bir 
gündən artıq namaz qıla bilməyən xəstənin qılmadığı namazları bağışlanır. Yaxşı 
olduqdan sonra bunların qəza etməsi lazım olmaz. Tuta bilmədiyi orucları yaxşı 
olduqdan sonra tutması lazımdır. Yaxşı olmadan ölərsə, bu orucları bağışlanar.  
 
  
 
 
 
 
 
 
 
 
 


 120
 
 
SƏKKİZİNCİ BÖLMƏ 
 
 
OTUZ İKİ VƏ ƏLLİ DÖRD FƏRZ 
 
Bir uşaq yetkin olduğu zaman və bir kafir “Kəlmeyi-təvhid” söyləsə, yəni “Lə 
ilahə illəllah Muhammədün rəsulullah” desə  və bunun mənasını bilib inansa, 
Müsəlman” olar. Kafirin günahlarının hamısı  dərhal bağışlanar. Lakin bunların 
hər müsəlman kimi imkan tapınca imanın altı şərtini, yəni “Aməntü”nü əzbərləmə-
ləri və  mənasını öyrənərək bunlara inanmaları  və  “İslamiyyətin hamısını, yəni 
Muhamməd-əleyhissəlamın söylədiyi  əmrlərin və qadağanların hamısını Allahü 
təalanın bildirmiş olduğuna inandım” demələri lazımdır. Daha sonra imkan tapdıqca 
bütün xasiyyətlərin və qarşılaşdığı işlərdən fərz olanları, yəni əmr olunanları və ha-
ram olanları, qadağan edilmiş olanları öyrənməsi də fərzdir. Bunları öyrənmənin və 
fərzləri yerinə yetirmənin, haramlardan çəkinmənin fərz olduğunu inkar edərsə, yəni 
inanmazsa imanı gedər. Bu öyrəndiklərindən birini bəyənməzsə, qəbul etməzsə 
mürtəd olar. Mürtəd, “Lə ilahə illallah” deməklə və İslamiyyətin bəzi əmrlərini ye-
rinə yetirməklə, məsələn namaz qılmaqla, oruc tutmaqla, həccə getməklə, xeyir və 
gözəl iş görməklə müsəlman olmaz. Bu yaxşılıqlarının axirətdə heç bir faydasını 
görməz. İnkarından, yəni inanmadığı şeydən tövbə etməsi, peşman olması lazımdır.  
İslam alimləri hər müsəlmanın öyrənməsi, inanması və tabe olması lazım olan 
fərzlərdən 32 və ayrıca 54 ədədini seçmişdirlər.  
 
OTUZ İKİ FƏRZ 
İmanın şərti: Altı (6)  
İslamın şərti: Beş (5)  
Namazın fərzi: On iki (12)  
Dəstəmazın fərzi: Dörd (4)  
Qüslün fərzi: Üç (3)  
Təyəmmümün fərzi: İki (2)  
Təyəmmümün fərzinə üç deyənlər də vardır. O zaman hamısı otuz üç fərz olar.  
 
İMANIN ŞƏRTLƏRİ (6) 
1. Allahü təalanın varlığına və birliyinə inanmaq.  
2. Mələklərinə inanmaq.  
3. Allahü təalanın endirdiyi kitablarına inanmaq.  
4. Allahü təalanın Peyğəmbərlərinə inanmaq.  
5. Axirət gününə inanmaq.  
6. Təqdirə, yəni xeyir və şərlərin (yaxşılıq və yamanlıqların) Allahü təaladan 
olduğuna inanmaq.  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə