124
1.
Allahü təala Ərşdən və ya göydən bizə baxır demək küfrdür.
2.
Sən
mənə zülm etdiyin kimi, Allahü təala da sənə zülm edir, demək küfr-
dür.
3.
Filan müsəlman mənim gözümdə yəhudi kimidir, demək küfrdür.
4.
Yalan bir sözə,
Allahü təala bilir ki, doğrudur, demək, küfrdür.
5.
Mələkləri kiçildən şeylər söyləmək küfrdür.
6.
Qurani-Kərimi, hətta bir hərfini kiçildən söz söyləmək, bir hərfinə inanma-
maq küfrdür.
7.
Çalğı çalaraq Qurani-Kərim oxumaq küfrdür.
8.
Həqiqi olan Tövrat və İncilə inanmamaq, bunları pisləmək küfrdür. [İndi,
həqiqi Tövrat və İncil yoxdur.]
9.
Qurani-Kərimi başqa hərflərlə oxuyub,
Quran budur, demək küfr olar.
10.
Peyğəmbərləri kiçildən şeylər söyləmək küfrdür.
11.
Qurani-Kərimdə adları bildirilən 25 Peyğəmbərdən “aləyhimüssaləvatü
vəttəslimat” birinə inanmamaq küfrdür.
12.
Çox yaxşılıq edən biri üçün Peyğəmbərdən daha yaxşıdır, demək küfr olar.
13.
Peyğəmbərlər möhtac idi, demək küfr olar. Çünki onların kasıblıqları öz
istəkləri ilə idi.
14.
Biri Peyğəmbər olduğunu söyləsə, buna inananlar da kafir olar.
15.
Axirətdə olacaq şeylərlə lağ etmək küfr olar.
16.
Qəbirdəki və qiyamətdəki əzablara [ağıla, fənnə uyğun deyildir deyərək]
inanmamaq küfrdür.
17.
Cənnətdə Allahü təalanı görməyə inanmamaq, mən Cənnəti istəmərəm,
Allahü təalanı istəyərəm? demək küfr olar.
18.
İslamiyyətə inanmamaq əlaməti olan sözlər,
fənn elmləri, din elmlərindən
daha xeyirlidir, demək küfrdür.
19.
Namaz qılsam da, qılmasam da bərabərdir, demək küfrdür.
20.
Zəkat vermərəm, demək küfrdür.
21.
Faiz halal olsaydı, demək küfrdür.
22.
Zülm halal olsaydı, demək küfrdür.
23.
Haramdan olan malı kasıba verib savab gözləmək, kasıb
verilən pulun ha-
ram olduğunu bilərək verənə xeyir dua etmək küfrdür.
24.
İmamı-azam Əbu Hənifənin qiyası (ictihadı) haqq deyildir, demək küfr-
dür. Vəhhabilər, bunun üçün kafir olur.
25.
Məşhur sünnətlərdən birini bəyənməmək küfrdür.
26.
“
Qəbrim ilə minbərim arası [Ravdai mutahhara] Cənnət bağçaların-
dan bir bağçadır” Hədisi-şərifini eşidincə, mən
minbər,
həsir və qəbirdən başqa
bir şey görmürəm, demək küfr olar.
27.
İslam elminə inanmamaq, bunları və din alimlərini aşağılamaq da küfr olar.
28.
Kafir olmağı istəyən kimsə buna niyyət etdiyi anda kafir olar.
29.
Başqasının kafir olmasını istəyən kimsə küfrü bəyəndiyi üçün istəyirsə
kafir olar.
125
30.
Küfrə səbəb olduğunu bilərək və arzusu ilə küfr kəlmələrini söyləyən
kafir olar. Bilməyərək söyləyərsə, alimlərin çoxuna görə yenə kafir olar.
31.
Küfrə səbəb olan bir işi bilərək etmək küfr olar. Bilməyərək edincə də
küfr olar, deyən alimlər çoxdur.
32.
Belinə zünnar deyilən keşiş qurşağını bağlamaq və küfrə məxsus
bir şey
geyinmək küfr olar. Tacirin dar-ül hərbdə (kafir ölkə) də istifadə etməsi küfr olar.
Bunları yumor üçün başqalarını güldürmək üçün zarafat üçün istifadə etmək də
küfrə səbəb olar.
33.
Kafirlərin bayram günlərində, o günə məxsus şeylərini, onlar kimi istifadə
etmək, bunları kafirə hədiyyə etmək küfr olar.
34.
Ağıllı, elmli, ədəbiyyatçı olduğunu göstərmək üçün və ya yanındakıları
heyrətə salmaq, güldürmək, sevindirmək və ya lağ etmək
üçün söylənən sözlərdə
“küfri hökmi”dən qorxulur. Qəzəb, hirslilik və hirs ilə söylənən sözlər də belədir.
35.
Qeybət edən kimsə mən qeybət etmədim, onda olan şeyi söylədim deyər-
sə, belə söyləmək küfr olar.
36.
Uşaq ikən nikah edilmiş qız, ağıllı və yetkin olduğu zaman, imanı, islamı
bilməsə, soruşulunca başa sala bilməsə, ərindən boşanmış sayılır, özü mürtəd olur.
Kişi üçün də belədir.
37.
Bir mömini [haqsız olaraq], öldürən və ya öldürülməsini əmr edən kimsə-
yə, yaxşı etdin, deyən kafir olar.
38.
Qətli vacib olmayan kimsə üçün öldürülməsi lazımdır, demək küfr olar.
39.
Bir kimsəni haqsız olaraq döyən və ya öldürən zalıma, yaxşı etdin, buna
layiq idi, demək küfr olar.
40.
Yalan olaraq,
Allahü təala bilir ki, səni uşağımdan çox sevirəm, demək
küfr olar.
41.
Vəzifə sahibi bir müsəlman asqırdığı zaman, buna
“Yərhamükəllah” de-
yən kimsəyə böyüklərə qarşı belə
deyilməz, demək küfr olar.
42.
Vəzifə olduğuna inanmayaraq, əhəmiyyət verməyərək namaz qılmamaq,
oruc tutmamaq, zəkat verməmək küfr olar.
43.
Allahın rəhmətindən ümidini kəsmək küfr olar.
44.
Özü haram olmayıb, sonradan hasil olan bir səbəbdən dolayı haram olan
mala, pula “
haramı li qeyrihi” deyilir. Oğurlanan və haram yollardan gələn mal
belədir. Bunlara halal demək küfr olmaz. Leş, donuz, şərab kimi, özləri haram olan
şeylərə “
haram- li eynihi” deyilir. Bunlara halal demək küfr olar.
45.
Haram olduqları dəqiq olaraq bilinən bütün
günahlara halal demək də
küfr olar.
46.
Azan, məscid, fiqh kitabları kimi islamiyyətin qiymət verdiyi şeyləri aşa-
ğılamaq küfr olar.
47.
Dəstəmazsız olduğunu bildiyi halda namaz qılmaq küfr olar.
48.
Bilə-bilə qiblədən başqa tərəfə namaz qılmaq küfr olur. Namazı qibləyə
qarşı qılmaq lazım deyildir, deyən kafir olar.
49.
Bir müsəlmanı pisləmək üçün kafir demək küfr olmaz. Kafir olmasını is-
təyərək söyləmək küfr olar.